Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
2-06-2020, 13:41

Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR

 Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR
 

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ikinci iclasında müxalifət partiyalarını təmsil edən deputatlar parlamentin spikeri Sahibə Qafarovanın fəaliyyətindən razılıqlarını dilə gəririblər. 

 

Modern.az xəbər verir ki, Böyük Quruluş Partiyasının başqanı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Sahibə Qafarovaya Milli Məclisdəki yeniliklərə görə təşəkkürünü bildirib:

 

"Biz müxalifəti təmsil ediriksə, əsasən müxalif fikirlər səsləndirməliyik. Bununla belə, təqdir olunası işləri də qeyd etməliyik. Əvvəllər parlamentdə komitə sədrlərinin inhisarçılığı hiss olunurdu. İndi isə adi komitə üzvü də qanun layihələrini təqdim edir. Bu, çox müsbət haldır”.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev də Fazil Mustafanın fikirlərini dəstəklədiyini bildirib. O, həmçinin təklif edib ki, Milli Məclisin öz televiziya kanalı olsun və iclaslar canlı yaymılansın: 

 

"Bu, belə davam edəcəksə, insanlar onların problemlərinin danışıldığı başqa auditoriya axtarmayacaqlar. Görəcəklər ki, onların problemlərindən özlərinin seçdikləri millət vəkilləri danışırlar və həmin problemlər onların seçdiyi millət vəkillərini də narahat edir. Məsələn, bugünkü iclası götürək. Burada kifayət qədər problemdən danışıldı. Görülmüş işlər barədə minnətdarlıq hissi ilə nələrsə qeyd olundu. Milli Məclisin iclasları televiziya ilə yayımlanmalıdır ki, seçicilər görsünlər".


XƏBƏR LENTİ
20:18 | “Şuşa şəhərciyi”ndə yanğın olub? - Komitədən AÇIQLAMA 20:16 | "Koronavirus şübhəsi olan xəstələr poliklinikalara getməkdən çəkinsinlər"- Səhiyyə Nazirliyi rəsmisi 19:39 | Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI 19:23 | Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı 17:59 | Azərbaycanda koronavirusa 513 yeni yoluxma - 8 ölü 17:23 | 190 manatın verilməsinə başlanıldı 17:02 | İlham Əliyev fərman imzaladı 16:30 | DTX Safura Əlizadənin də atasını həbs etdi - VİDEO 16:14 | Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi 15:47 | DTX XİN-dəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib 15:36 | Bakıda kriminal avtoritetin öldürülmə anının GÖRÜNTÜLƏRİ 14:56 | 39 dərəcə isti olacaq - PROQNOZ 14:15 | İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO 13:50 | Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır” 13:22 | “Barselona”nın prezidenti VAR-ı tənqid etdi 12:28 | Mirşahin Ağayev koronavirusa yoluxdu 12:08 | Azərbaycanda 2 polis zabiti koronavirusdan öldü 12:01 | Karantin zamanı neft mədəninin ərazisini zəbt etmək istədilər 11:34 | Karantin qaydalarını pozan Mələk Heydərova işdən çıxarıldı 11:05 | Bakıda marketlərdə polis postları yaradıldı, maskasız giriş qadağan edildi 10:36 | Şəbəkə marketinq sisteminin ortaya çıxardığı bəzi etik, sosial problemlər… - ARAŞDIRMA 09:40 | 190 manatı gözləyənlərə ŞAD XƏBƏR - VİDEO