Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
31-05-2020, 15:28

“Mall”lar bu gün niyə açılmayıb? - RƏSMİ CAVAB

 “Mall”lar bu gün niyə açılmayıb? - RƏSMİ CAVAB

 

Nazirlər Kabineti yanında operativ qərargah məhdudiyyətlərin bir qisminin ləğv olunmasının qüvvəyə minmə tarixi ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Report-a açıqlamasında bildirib ki, bu gündən - 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb:

"Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir. Təbii ki, ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla”.

 
 

İ.Məmmədov bildirib ki, bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması artıq ləğv olunub.

"Ölkəmizin ərazisində iri ticarət mərkəzlərinin və "Mall”ların fəaliyyəti bu gündən bərpa olunub. Təbii ki, nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla. Eyni zamanda açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilib”, - deyə İ.Məmmədov vurğulayıb.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə Qafqazinfo-ya bildirib ki, operativ qərargahın elan etdiyi qaydalar bu gündən qüvvəyə minir:

"Artıq kafe və restoranlar bu gün saat 22:00-dək fəaliyyət göstərə bilərlər”. 

Maraqlıdır ki, "Mall”lara da bu gündən icazə verilsə də, bəziləri sabahdan fəaliyyətə başlayacaqlarını açıqlayıblar.

Operativ qərargahın açıqladığı qərarda kafe-restoranların saat 22:00-dək işləməsi, ticarət mərkəzlərinin açılması 31 may saat 00:00-dan etibarən olacağı qeyd olunmuşdu.

Qeyd edək ki, sosial şəbəkələrdə operativ qərargahın məhdudiyyətlərin bir qisminin ləğv olunması ilə bağlı qərarının sabahdan (iyunun 1-dən) qüvvəyə minəcəyi ilə bağlı məlumatlar yayılıb.

XƏBƏR LENTİ
19:39 | Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI 19:23 | Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı 17:59 | Azərbaycanda koronavirusa 513 yeni yoluxma - 8 ölü 17:23 | 190 manatın verilməsinə başlanıldı 17:02 | İlham Əliyev fərman imzaladı 16:30 | DTX Safura Əlizadənin də atasını həbs etdi - VİDEO 16:14 | Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi 15:47 | DTX XİN-dəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib 15:36 | Bakıda kriminal avtoritetin öldürülmə anının GÖRÜNTÜLƏRİ 14:56 | 39 dərəcə isti olacaq - PROQNOZ 14:15 | İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO 13:50 | Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır” 13:22 | “Barselona”nın prezidenti VAR-ı tənqid etdi 12:28 | Mirşahin Ağayev koronavirusa yoluxdu 12:08 | Azərbaycanda 2 polis zabiti koronavirusdan öldü 12:01 | Karantin zamanı neft mədəninin ərazisini zəbt etmək istədilər 11:34 | Karantin qaydalarını pozan Mələk Heydərova işdən çıxarıldı 11:05 | Bakıda marketlərdə polis postları yaradıldı, maskasız giriş qadağan edildi 10:36 | Şəbəkə marketinq sisteminin ortaya çıxardığı bəzi etik, sosial problemlər… - ARAŞDIRMA 09:40 | 190 manatı gözləyənlərə ŞAD XƏBƏR - VİDEO 09:22 | Əhəd Abıyev koronavirusa yoluxub? - Açıqlaması QALMAQAL YARATDI 16:08 |    Atv-də yayimlanan Aldadilmiş Hislər seriali sezon finalina çixib