Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
30-05-2020, 12:03

“Sülh danışıqları elə bərbad vəziyətdədir ki…” – Hərbi icmalçı Qarabağa lokal zərbələr endirməyi TƏKLİF EDİR

“Sülh danışıqları elə bərbad vəziyətdədir ki…” – Hərbi icmalçı Qarabağa lokal zərbələr endirməyi TƏKLİF EDİR
 

"Danışıqlar masasında Lavrovun açıqladığı nizamlanma prinsipləri aktuallığını saxlayır. Dünən prezident İlham Əliyev bu prinsiplərə yenidən toxundu…
Rusiya xarici işlər naziri Sergey Lavrov masada olan prinsipləri açıqlamqla Paşinyanı daxili siyasi opponentlərinə satdı və bunu qəsdən elədi. Rusiyanın məqsədi Paşinyanı hakimiyətdən tezliklə uzaqlaşdırmaqdır”.

Modern.az  xəbər verir ki, bunu hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram Qarabağ probleminin həlli istiqamətində aparılan danışıalara münasibət bildirərkən deyib.

"Nəzərə alsaq ki, diplomatiyada deyilməyən söz çox vaxt deyiləndən daha qiymətlidir. Lavrov təcrübəli diplomat kimi "Güc tətbiq etməmək” ifadəsinin davamını gətirmədi. Rusiya Paşinyanı həm daxildən, həm Azərbaycanın əliylə (hərbi təhdidləri ilə) zəiflətmək istəyir.
Doğrudur, hakimiyəti itirmək üçün və Azərbaycanın hərbi təhdidləri üçün Paşinyan özü də az etmir. Həm Qarabağ mövzusunda məsuliyətsiz çıxışları ilə, həm də onun Ermənistanı bir sahilə çıxara bilməyəcəyi ermənilərə artıq tam aydın olub. Erməni siyasi meydanında hazırda Paşinyana yeni alternativin formalaşması prosesi sürətlə gedir”,-deyə N.Bayram əlavə edib.

Lavrovun açıqladığı nizamlanma prinsiplərini şərh edən hərbi icmalçı deyib:

"1. Güc tətbiq etməmə.
2. Azərbaycanın ərazi bütövlüyü.
3. Qarabağ ermənilərinin özünütəyin etmə hüququ.

Yəni Azərbaycan güc tətbiq etmir, ATƏT-in Minsk qrupu Qarabağı Azərbaycanın tərkibində saxlayır, ermənilərə muxtariyat verilir.

Ardıcıllığa baxsaq, bunlar prisiplərdən daha çox Rusiyanın və Minsk qrupunun tərəflərə qarşı irəli sürdükləri şərtlərdir. Güc tətbiq etməmək şərtinin birinci yerdə olması, Azərbaycan güc tətbiq etsə, digər şərtlər qüvvəsini itirəcək anlamına gəlir.
Azərbaycan güc tətbiq etmirsə?.. Münaqişənin həlli sonsuza qədər uzanır. Başqa sözlə, münaqişə Rusiyaya sərf etdiyi şəkildə – dondurulmuş vəziyətdə qalır. Beləliklə, Rusiyanın regiondakı siyasətinin əsasları dəyişməyib.
Odur ki, eyforiyaya qapılmağa, kənardan "dobro” gözləməyə əsas yoxdur. Azərbaycan münbit şəraitdən istifadə edib, xalqa söykənib, müstəqil qərarı ilə torpaqlarını azad etməlidir. Hələlik tammiqyaslı müharibə edə bilmiriksə, Qarabağda strateji hədəflər seçilib, nöqtəvi zərbələr endirməyin vaxtı gəlib. Danışıqlarda Paşinyanın və Ermənistan XİN-in inkarçı mövqeyi dünya birliyinin gözündə belə zərbələrə bərait qazandırır – sülh danışıqları elə bərbad vəziyətdədir ki, nöqtəvi hərbi zərbələr danışıqlara ziyan vura bilməz, əksinə, ermənilərin ağlını başlarına gətirər”.


XƏBƏR LENTİ
20:18 | “Şuşa şəhərciyi”ndə yanğın olub? - Komitədən AÇIQLAMA 20:16 | "Koronavirus şübhəsi olan xəstələr poliklinikalara getməkdən çəkinsinlər"- Səhiyyə Nazirliyi rəsmisi 19:39 | Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI 19:23 | Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı 17:59 | Azərbaycanda koronavirusa 513 yeni yoluxma - 8 ölü 17:23 | 190 manatın verilməsinə başlanıldı 17:02 | İlham Əliyev fərman imzaladı 16:30 | DTX Safura Əlizadənin də atasını həbs etdi - VİDEO 16:14 | Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi 15:47 | DTX XİN-dəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib 15:36 | Bakıda kriminal avtoritetin öldürülmə anının GÖRÜNTÜLƏRİ 14:56 | 39 dərəcə isti olacaq - PROQNOZ 14:15 | İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO 13:50 | Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır” 13:22 | “Barselona”nın prezidenti VAR-ı tənqid etdi 12:28 | Mirşahin Ağayev koronavirusa yoluxdu 12:08 | Azərbaycanda 2 polis zabiti koronavirusdan öldü 12:01 | Karantin zamanı neft mədəninin ərazisini zəbt etmək istədilər 11:34 | Karantin qaydalarını pozan Mələk Heydərova işdən çıxarıldı 11:05 | Bakıda marketlərdə polis postları yaradıldı, maskasız giriş qadağan edildi 10:36 | Şəbəkə marketinq sisteminin ortaya çıxardığı bəzi etik, sosial problemlər… - ARAŞDIRMA 09:40 | 190 manatı gözləyənlərə ŞAD XƏBƏR - VİDEO