Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
29-05-2020, 17:12

Azərbaycanda karantin rejmi uzadılır - RƏSMİ

 Azərbaycanda karantin rejmi uzadılır - RƏSMİ
 
Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzərət altına alınmışdır. Bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.
Bununla yanaşı sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır.
Eyni zamanda 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilmişdir:
●        Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;
●        ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall"arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);
        açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;
●        Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);
Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır. 
Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.
XƏBƏR LENTİ
20:18 | “Şuşa şəhərciyi”ndə yanğın olub? - Komitədən AÇIQLAMA 20:16 | "Koronavirus şübhəsi olan xəstələr poliklinikalara getməkdən çəkinsinlər"- Səhiyyə Nazirliyi rəsmisi 19:39 | Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI 19:23 | Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı 17:59 | Azərbaycanda koronavirusa 513 yeni yoluxma - 8 ölü 17:23 | 190 manatın verilməsinə başlanıldı 17:02 | İlham Əliyev fərman imzaladı 16:30 | DTX Safura Əlizadənin də atasını həbs etdi - VİDEO 16:14 | Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi 15:47 | DTX XİN-dəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib 15:36 | Bakıda kriminal avtoritetin öldürülmə anının GÖRÜNTÜLƏRİ 14:56 | 39 dərəcə isti olacaq - PROQNOZ 14:15 | İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO 13:50 | Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır” 13:22 | “Barselona”nın prezidenti VAR-ı tənqid etdi 12:28 | Mirşahin Ağayev koronavirusa yoluxdu 12:08 | Azərbaycanda 2 polis zabiti koronavirusdan öldü 12:01 | Karantin zamanı neft mədəninin ərazisini zəbt etmək istədilər 11:34 | Karantin qaydalarını pozan Mələk Heydərova işdən çıxarıldı 11:05 | Bakıda marketlərdə polis postları yaradıldı, maskasız giriş qadağan edildi 10:36 | Şəbəkə marketinq sisteminin ortaya çıxardığı bəzi etik, sosial problemlər… - ARAŞDIRMA 09:40 | 190 manatı gözləyənlərə ŞAD XƏBƏR - VİDEO