Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
29-05-2020, 16:47

Bu yerlərdə maska taxmaq məcburidir – Nazirlər Kabinetindən yeni QƏRAR

Bu yerlərdə maska taxmaq məcburidir – Nazirlər Kabinetindən yeni QƏRAR

 

Baş Nazir Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar verib. 

Xeberekspress.az xəbər verir ki, qərarda deyilir:

"Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

XƏBƏR LENTİ
20:18 | “Şuşa şəhərciyi”ndə yanğın olub? - Komitədən AÇIQLAMA 20:16 | "Koronavirus şübhəsi olan xəstələr poliklinikalara getməkdən çəkinsinlər"- Səhiyyə Nazirliyi rəsmisi 19:39 | Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI 19:23 | Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı 17:59 | Azərbaycanda koronavirusa 513 yeni yoluxma - 8 ölü 17:23 | 190 manatın verilməsinə başlanıldı 17:02 | İlham Əliyev fərman imzaladı 16:30 | DTX Safura Əlizadənin də atasını həbs etdi - VİDEO 16:14 | Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi 15:47 | DTX XİN-dəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib 15:36 | Bakıda kriminal avtoritetin öldürülmə anının GÖRÜNTÜLƏRİ 14:56 | 39 dərəcə isti olacaq - PROQNOZ 14:15 | İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO 13:50 | Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır” 13:22 | “Barselona”nın prezidenti VAR-ı tənqid etdi 12:28 | Mirşahin Ağayev koronavirusa yoluxdu 12:08 | Azərbaycanda 2 polis zabiti koronavirusdan öldü 12:01 | Karantin zamanı neft mədəninin ərazisini zəbt etmək istədilər 11:34 | Karantin qaydalarını pozan Mələk Heydərova işdən çıxarıldı 11:05 | Bakıda marketlərdə polis postları yaradıldı, maskasız giriş qadağan edildi 10:36 | Şəbəkə marketinq sisteminin ortaya çıxardığı bəzi etik, sosial problemlər… - ARAŞDIRMA 09:40 | 190 manatı gözləyənlərə ŞAD XƏBƏR - VİDEO