Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
29-05-2020, 15:23

Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video

 
 

"DogruXeber.az” informasiya agentliyininin peşəkar kollektivi hər zaman bir-birindən maraqlı,rəngarəng və böyük oxucu diqqətini özünə cəlb edən məlumatları tərəddüd etmədən ictimaiyyətinin diqqətinə çatdırmağı özünə borc hesab etmişdir. Təbii ki, bu cür ağır missiyanı öz üzərinə götürən agentliyin şəffaf və dürüst fəaliyyəti zamanı bir sıra haqsızlıqlarla qarşılaşması qaçınılmaz olur. Amma necə deyərlər: "mübarizə qurban tələb edir”. Bu yolda qarşımıza çıxan bütün maniələri xalq və dövlət naminə aşmağa borcluyuq. Müdriklərimiz gözəl buyurmuş: "yüz acını ye bir şirinin xatirinə”.

Dəyərli "DogruXeber.az” informasiya agentliyinin izləyiciləri ! Bu gün diqqətinizə çatdıracağımız məlumatlar düşünürük ki,hər birinizi təəccübləndirəcək. Artıq bir neçə gündür ki, "Xeberekspress.az”ın Qobustan rayon Mərkəzi Xəstəxanasında baş verən hadisələrlə bağlı yaydığı məlumatlar bir çox dövlət qurumlarının diqqətini özünə cəlb etmişdir. Əlbəttə ki,xəstəxanada baş verən "analoji” hadisələr bizim də diqqətimizdən kənarda qalmayıb. Belə ki, ardı-arası kəsilmədən redaksiyamıza daxil olan müxtəlif məzmunlu məlumatlarda xəstəxananın baş həkimi Emin Hüseynin qara əməlləri barədə dəhşətli iddialar qeyd olunmuşdur.
Məlumdur ki,ölkənin bəzi dövlət qurumlarının daxilində ardıcıl əməliyyatlar həyata keçirilib. Keçirilən əməliyyatlar zamanı,vəzifə səlahiyyətlərindən sui-istifadə edən bir neçə yüksək ranqlı məmurlar,elə iş yerindən də bir başa həbsə göndərilmişdir. Təbii ki,silsilə xarakterli yoxlamalar və həbslər hələ də davam etdirilməkdədir. Maraqlıdır,bəs görəsən Qobustan rayon mərkəzi Xəstəxanasının baş həkimi E.Hüseyn ölkədə baş verən məmur həbslərindən bu qədərmi xəbərsizdir?

Amma gedişata baxdıqda məlum olur ki,iş otaqlarında rüşvət alarkən görüntüləri əks olunan icra başçılarından fərqli olaraq, baş həkim E.Hüseyn rüşvəti otaqda deyil,kənarda almağa üstünlük verir. Qobustan rayon sakini,2-ci qrup əlil Şıxıyev Süleyman Aslan oğlu müraciətində ilk olaraq ölkə Prezidenti İlham Əliyev və 1-ci Vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib. S.Şıxıyevin sözlərinə görə ölkə Prezidenti tərəfindən tibbi sığorta ilə bağlı verilən qərara uyğun olaraq,onun da tibbi sığortadan yararlanması üçün gözündən və böyrəyindən keçirdiyi ağır əməliyyatlara dair bütün sənədləri toplayıb Qobustan rayon Mərkəzi Xəstəxanasına təqdim etmişdir.
Amma onun sözlərinə görə bu istəyi ona 2000 manata başa gəlmişdir. Maraqlısı buradadır ki,baş həkim E.Hüseyn və xəstəxananın məsul işçisi Qurban Kərimov,2-ci qrup əlil S.Şıxıyevlə şüşəli bazar adlanan ərazidə görüşüb və tibbi sığorta üçün nəzərdə tutduqları 2000 manatın onlara verilmə yerini müəyyənləşdiriblər. Rayon sakininin sözlərinə görə həyat yoldaşının qızıllarını dəyər-dəyməzinə sataraq deyilən məbləği baş həkim Emin Hüseynə çatdırıb. Nəzərinizə çatdıraq ki, "Moderator.az”ın bildirdiyinə görə,hələ 2015-ci ildə baş həkim E.Hüseynin Astara rayon Mərkəzi Xəstəxanasında 2 milyon manat vəsaiti mənimsədiyinə dair və yerli sakinlərin çoxsaylı şikayətlərinə əsasən tutduğu vəzifəsindən azad edilərək,Qobustan rayon Mərkəzi xəstəxanasında baş həkim vəzifəsinə təyin olunmuşdur.
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video













Redaksiyamıza edilən çoxsaylı müraciətlərə əsaslanaraq bildirmək istəyirik ki, gənc olmasına baxmayaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanaşı,rəhbəri olduğu müəssənin müəyyən işçilərinə qarşı ədəbsiz davranış,nalayiq ifadə və şiddət tətbiq etmişdir. Bütün qeyd olunanlara dair aşağıda təqdim etdiyimiz videoçarxda hər şey aydın şəkildə əks olunmuşdur.
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video



















Emin Hüseyn kimdir?
Məlum olmuşdur ki, Emin Hüseyn 22.08.1979-cu ildə Bakı şəhərində anadan olub, əslən Gürcüstan Respublikasındandır. Emin Hüseyn, 2001-ci ildə Müsavat Gənclər Təşkilatının sədrliyinə keçirilmiş seçkilərdə namizəd olmuş, 117 nəfər konfrans nümayəndələrindən 34 səs toplayaraq seçkidə məğlub olmuş, təşkilatın o zamankı sədri - Emin Əlisoyla koalisiyaya girərək təşkilat sədrinin birinci müavini postuna təyinat almış və yalnız 2015-ci ildə Müsavat Partiyasının Səbail Rayon Təşkilatının üzvlüyündən imtina etmişdir. Hətta yuxarıda adını qeyd etdiyimiz qonşu saytda bildirilir ki, mütəmadi olaraq siyasi əqidəsini dəyişən Emin Hüseyn sosial şəbəkələr vasitəsilə erməni mənşəli qadınlarla yazışaraq sevgi macərası yaşayır, ölkə xaricinə səfərləri zamanı isə onlarla görüşərək eyş-işrət məclislərində iştirak edir.
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video



















Qeyd olunanlar məsələnin bir tərəfidir, keçid alaq məsələnin digər tərəflərinə. Yəqin ki,hər kəsə yaxşı məlumdur ki, həbs olunan icra başıları barədə istintaq zamanı rayon ərazisində bütün müəssisə rəhbərlərindən aylıq haqq,yəni "rüşvət” aldıqları məlum olmuşdur. Hətta Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkiminin hər ay icra başçısına 2000 manat pul "rüşvət” verməsinə,ölkə Prezidenti də sərt iradını bildirmişdir.
Burada sual meydana gəlir,bəs görəsən Qobustan rayon Mərkəzi Xəstəxanasında baş verən rüşvət halları və qanuna zidd əməllərdən rayon İcra başçısı məlumatlıdırmı?
İlk əvvəl diqqətinizə bir məlumatı çatdıraq ki,bir neçə gün öncə,Qobustan Mərkəzi Xəstəxanası ilə bağlı redaksiyamıza daxil olan məlumatlarla əlaqədar Qobustan rayon İH-in köməkçisi Anar Əliyevlə telefon əlaqəsi saxladıq. Anar müəllim danışa bilməyəcəyini və Təranə xanımla əlaqə saxlamağımızı istədi. İkinci zəngimiz isə Təranə xanıma oldu. Beləliklə də xəstəxanada baş verən qanuna zidd əməllərin hər birini Təranə xanımın diqqətinə çatdırdıq. Təranə xanım isə öz növbəsində bizə bildirdi ki,bütün məlumatları başçının diqqətinə çatdırıb və sizə məlumat verəcəyik. Təəssüflər olsun ki, məsələ ilə bağlı redaksiyamıza İH-i tərəfindən heç bir məlumat verilmədi.

Buradan belə anlaşılır ki,rayon mərkəzi xəstəxanasında baş verən hadisələrdə rayon rəhbərinin də xüsusi payı vardır. Əgər belə olmasaydı,bu gün rayon İcra başçısının müavini Məharət Əkbərov şikayətçi vətəndaşlara öz müraciətlərindən əl çəkmələri üçün müxtəlif psixoloji təsirlər etməzdi. Əlbəttə ki, bu məlumatları etibarlı mənbədən əldə etmişik.
O ki qaldı xəstəxananın baş həkimi E.Hüseynə ,gedişata nəzər saldıqda görürük ki,rəhbəri olduğu müəssisədə törətdiyi qanuna zidd əməllərin ört-bastır edilməsi üçün,bəzi özünü "savadlı” hesab edən sayt nümayəndələrinə, müəyyən maraq qarşılığında şəninə xoş ifadələr işlədilən yazılar dərc etdirməkdədir. Bu mövzuya gələn buraxlışlarımızda daha geniş yer ayıracağıq.
Söz haqları olduğu üçün adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Bu hələ son deyil...!!!
"DogruXeber.az”
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video


XƏBƏR LENTİ
15:09 | Bəhram Bağırzadənin ağciyər və bədənin reabilitasiyasına başlanılıb 14:57 | Sədərəyin polis rəisi işdən çıxarıldı – “Yaşıl soyqırım”a biganə qaldığına görə 14:42 | Beynəlxalq ekspert: “Azərbaycanda sudan istifadə təcrübəsi dəyişməlidir” - MÜSAHİBƏ 14:34 | İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi 14:17 | Sərt karantin rejimi: İcazəli şəxslərə xəbərdarlıq edildi 13:47 | Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA 13:24 | Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək 12:44 | BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ 12:21 | Makqreqor Həbib Nurməhəmmədova başsağlığı verdi 11:58 | Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ 10:54 | Poçt şöbələri şənbə və bazar günləri də işləyəcək 10:23 | Yeni siyasi və iqtisadi yaxınlaşma... - TƏHLİL 09:58 | Yüzlərlə maşın postlardan icazəsiz keçmək istədi 09:55 | Dünyada yenidən Böyük böhran yaşana bilər 23:54 | Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO 23:48 | 7 yaşlı uşaq bacısını öldürdü - Bərdədə FACİƏ 23:43 | ASAN Xidmət 4 gün işləməyəcək 23:39 | Avtomobil nömrəsi ilə SMS icazə alınması üçün yeni qanun layihəsi hazırlanır 23:26 | Türkiyə İraqın şimalına hava zərbələri endirdi 18:41 | “Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır” - Prezidentə yazırlar 18:30 | Prezidentin köməkçisindən 190 manat açıqlaması 18:06 | SMS icazə sistemində yenilik edildi - RƏSMİ