Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
25-05-2020, 02:54

Ötən gün Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseynin özbaşınalıqları barəsində məlumat vermişdik. 

 
 
 

Ötən gün Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseynin özbaşınalıqları barəsində məlumat vermişdik. 

 

Məsələ ilə bağlı araşdırmalar apardığımız müddətdə Xeberekspress.az-ın rəhbərliyi də daxil olmaqla bir neçə medya qurumlarının rəhbərliyi toplantı keçirmiş və sonda Doğruxeber.az-ın rəhbəri Qobustan Rayon İcra Hakimiyyətinin birinci müavini Əkbərov Məharətlə telefon əlaqəsi saxladıq, Ə.Məharət qəbulunda qonaqlar olduğunu və Güləliyeva Təranə ilə əlaqə saxlamalı olduğumuzu bildirdi. Güləliyeva Təranə ilə əlaqə saxlayıb xəstəxanada baş verənləri, bunlar barədə şikayətçilər olduğunu bildirildikdə isə o, məsələ ilə bağlı rayonun icara başçısını məlumatlandıracağını və yekun nəticəni Doğruxeber.az rəhbərliyinə bildirəcəyini bildirsə də təəssüflər olsun ki, iş gününün sonuna qədər Rayon İcra hakimiyyətindən heç kim bu məsələ ilə əlaqəli hansısa açıqlama verməyi lazım bilmədi. Və növbəti gün Qobustan Rayon Mərkəzi Xəstəxanasında senariləşdirilmiş hadisələr baş verməyə başladı. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Emin Hüseyin ailə üzvlərini baş həkimi olduğu xəstaxanada öncədən hazırlanmış və hər cür yüksək şəraitlə təmin olunmuş xüsusi palataya guya koronavirusa yoluxduqları adı ilə yerləşdirib. May ayının 19-unda Emin Hüseyinin başçılığı ilə Rzalı Rəsul üçün doğum günü tədbiri təşkil edilmiş və bu tədbir zamanı nə sosial məsafənin qorunmadığını, nə də maska, əlcək kimi hər hansısa xüsusi qoruyucu vasitələrdən istifadə edilmədiyi xəstəxanada təşkil olunmuş həmin yığıncaqdan çəkilmiş fotoşəkildən açıqca görmək mümkündür. Hansı ki, cənab Prezident İlham Əliyev bir müddət öncə hansısa bir bonkamatın önündə dayanan insanların maskadan istifadə etməməsindən, sosial məsafəni qorumamasından danışmış, bu formada davranan məsuliyyətsiz vətəndaşları qınamışdı. Cənab Prezidentin fədakar, təhlükə ilə üz-üzə qalan həkimlərimizdən qürurla danışdığı, onları ayaqda alqışladığı bir dövrdə Emin Hüseyn adlanan şəxsin bu kimi tədbirlər təşkil edib, personalının həyatını təhlükəya atması anlaşılan deyil. Aydın məsələdir ki, "Buranın böyüyü mənəm" deyən biri baş həkimin bu formada özbaşına davranışı heç də təəccübləndirici hall deyil. Koronavirusun ölkə ərazisinda yayılmağa başladığı ilk günlərdən Qobustan Rayon Mərkəzi Xəstəxanasının virusa yoluxmuş xəstələrin müalicə almaları üçün ayrılan tibb mərkəzlərindən biri olduğu sirr deyil və elə bu xəstəxanadan xəstəxananın baş həkimi Emin Hüseyin müxtəlif media qrumlarına məlumatlar vermiş, xəstələrlə bağlı açıqlamalar etmişdir. Təbii ki, koronavirusa yoluxmuş xəstələrin yetərincə olduğu bu xəstəxanada lazımı izolyasiya tədbirlərinin görülməməsi, işçilərin məcburən maskasız palatalara daxil olmasının tələb edilməsi kimi halların yaşandığı elə həmin xəstəxanada bir çox işçinin haqsızlıqlardan danışdığı, Emin Hüseynin şəxsiyyəti alçaldan, insanları şiddətə məruz qoyan əmələrini dilə gətirib cəmiyyətə çatdırılmağa çalışıldığı bir müddətdə baş həkimin guya ailəsi virusa yoluxubmuş kimi tablo cızmağa çalışmağı, xəstəxananın bəzi həkimlərinin ailələrinə bayram payları göndəməyi aydındır ki, oynanan oyunlara, qanunsuz əməllərə don geyindirməkdən başqa bir şey deyildir. Qeyd edək ki, 2015-ci ildə Emin Hüseyn Astara Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində çalışarkən xəstəxanada korrupsiya, özbaşınalıq halları baş verdiyinə və iki milyon manat vəsaiti mənimsədiyinə görə Astara rayon sakinlərinin çoxsaylı şikayətləri nəticəsində vəzifəsindən azad edilib. Ötən yazımızda bir neçə şikayətçidən danışmış və onların müsahibələrini də sizlərə təqdim etmişdik. Bu gün də bir neçə şikayətçinin Xeberekspress.az-a verdiyi müsahibələri sizlərə təqdim edəcik. Ancaq öncədən qeyd edək ki, ötən xəbərimizdə bizə müsahibə verən Vahidova Xatirə Miyandaş qızı xəstəxananın baş həkimi Emin Hüseyn tərəfindən iyirmi beş ildir çalışdığı vəzifəsindən uzaqlaşdırılıb ki, öncəki xəbərdən də məlumat verdiyimiz kimi Vahidova Xatirə haqsız şəkildə işindən uzaqlaşdırılan ilk işçi deyil. Bu dəfə təqdim edəcəyimiz şikayətçilər isə Qobustan rayon sakini Qarabağ müharibəsi əlili Qayıbov Nəsimi, hansı ki həyat yoldaşı Qayıbova Zöhrə Kamal qızı sözügedən xəstəxanada çalışır, xəstəxananın Təcili-tibbi yardım şöbəsinin növbətçi həkimi vəzifəsində çalışmış və sonradan işdən uzaqlaşdırılmış Baxşəliyev Bəylər, əlilliyi olan şəxsin valideyni Lətifov İmamxan, Reanimasiya şöbəsinin tibb bacısı Qayıbova Aynurə Ayat qızı, Cərrahiyə şöbəsinin tibb bacısı Əkbərova Yasəmən Hikmət qızı və tibb bacısı Səmədova Aytən Səməd qızı əməkdaşlarımıza müshibə veriblər. Onlar müsahibələri zamanı Qobustan Rayonu Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyinin əməllərindən, işçiləri haqsız yerə işdən uzaqlaşdırmasından, maaşlarını mənimsəməsindən və başqa əməllərindən danışıblar. Ümid edirik ki, aidiyyatı qurumların yoxlama göndərərək bütün bu məsələləri aydınlaşdırıb və vəzifəli bir şəxsin dövlət müəsisəsində belə özbaşınalıq edərək vətəndaşları incitməsinin qarşısını alacaqlar. Necə ki, ölkə başçımız daima bu kimi məsələləri nəzarətdə saxlamış və bu səbəblə özbaşına məmurlar daima öz layiqli cəzalarını taparaq qanun qarşısında cavab vermişlər.
 
Ardi var bizi izləyin 
 


XƏBƏR LENTİ
15:09 | Bəhram Bağırzadənin ağciyər və bədənin reabilitasiyasına başlanılıb 14:57 | Sədərəyin polis rəisi işdən çıxarıldı – “Yaşıl soyqırım”a biganə qaldığına görə 14:42 | Beynəlxalq ekspert: “Azərbaycanda sudan istifadə təcrübəsi dəyişməlidir” - MÜSAHİBƏ 14:34 | İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi 14:17 | Sərt karantin rejimi: İcazəli şəxslərə xəbərdarlıq edildi 13:47 | Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA 13:24 | Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək 12:44 | BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ 12:21 | Makqreqor Həbib Nurməhəmmədova başsağlığı verdi 11:58 | Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ 10:54 | Poçt şöbələri şənbə və bazar günləri də işləyəcək 10:23 | Yeni siyasi və iqtisadi yaxınlaşma... - TƏHLİL 09:58 | Yüzlərlə maşın postlardan icazəsiz keçmək istədi 09:55 | Dünyada yenidən Böyük böhran yaşana bilər 23:54 | Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO 23:48 | 7 yaşlı uşaq bacısını öldürdü - Bərdədə FACİƏ 23:43 | ASAN Xidmət 4 gün işləməyəcək 23:39 | Avtomobil nömrəsi ilə SMS icazə alınması üçün yeni qanun layihəsi hazırlanır 23:26 | Türkiyə İraqın şimalına hava zərbələri endirdi 18:41 | “Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır” - Prezidentə yazırlar 18:30 | Prezidentin köməkçisindən 190 manat açıqlaması 18:06 | SMS icazə sistemində yenilik edildi - RƏSMİ