Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
23-05-2020, 17:47

İşçiləri alçaldan baş həkim Xoşqədəm Hidayətqızını təhqir etdi - VİDEO

 
 
 Mərkəzi Xəstəxananın baş həkimini etdiyi qoçuluqlar - VİDEO Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışan Emin Hüseyn barəsində Xeberekspress.az-ın redaksiyasına xəstəxananın işçiləri tərəfindən şikayətlər daxil olub. Daxil olan şikayətlərdə H.Eminin xəstəxananın işçilərinə qarşı təhqiredici ifadələr işlətməsi, onları alçaldaraq müəyyən cəzalar verməsi və işçilərə qarşı fiziki şiddətin göstərilməsi öz əksini tapıb. Xeberekspress.az şikayətlər əsasında Qobustan Rayon Mərkəzi Xəstəxanasının işçiləri Vahidova Xatirə Miyandaş qızı, Səfərova Dursun Tullan qızı və Şıxıyev Məmmədağa Ağaveys oğlundan müsahibə alıb. Şikayətçilər müsahibələr zamanı xəstəxananın baş həkimi Emin Hüseynin əməllərindən danışıblar. Qobustan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində palata tibb bacısı vəzifəsində çalışan Vahidova Xatirə Miyandaş qızı koronavirusa yoluxmuş xəstələrə qulluq etdiyi üçün maaşdan əlavə almalı olduğu 160 manatlıq əlavənin ona verilmədiyini, bundan başqa iş saatından əlavə növbələrə yazıldığı üçün maaşına hesablanmalı olduğu məbləği də almadığını bildirib və bu pulların baş həkim tərəfindən mənimsəndiyini deyir. O, baş həkim və mühasibin birgə qəbulunda olarkən də buna etiraz etdiyini, almalı olduğu ödənişin doğru olmadığını bildirdikdə isə baş həkim qadına qarşı mənəvi şiddət göstərərək özünü təmizə çıxarmağa çalışıb. Vahidova Xatirə onlara bizim bilgimiz azdı, savadsızlığımızdan istifadə edib bizi aldadırsınız dedikdə isə baş həkim Emin Hüseyn ona qarşı səsini ucaldıb, savadsızsan deyərək alçaltmağa çalışıb və guya onlara savadsız dediyi üçün tibb bacısından "qələt eləmişəm” deməsini istəyərək üzr istəməsini tələb edib. Əks təqdirdə isə ərizəsi alınaraq işdən uzaqlaşdırılmaqla hədələyib. Vahidova Xatirə xəstəxanada koronavirusa yoluxmuş xəstələrə xidmət edərkən virusdan qorunmaq üçün xəstəxana tərəfindən təmin edilən xüsusi geyim, onun üzündə yaralar yaranmasına səbəb olub. Və o, göstərdiyi bu fədakar xitmətin qarşılığında dövlət tərəfindən ona ayrılan, haqqı olan maaşını tam ala bilmir, çünki həmin məbləğlər mənimsənilir.
 Emin Hüseynin Qobustan RMX-də Kadrlar şöbəsinə təyin etdiyi işçi Elnarə adlı şəxs isə xəstəxanada çalışan işçiləri işdən çıxararaq müəyyən məbləğ qarşılığında yeni işçilər işə götürmək istədiyini deyir, buna qarşı çıxan işçilərlə isə sonradan baş həkim Emin Hüseyn görüşərək onlara müəyyən cəza verib, alçaltmağa, təhqir etməyə çalışır. Bu haqda isə xəstəxanada xadimə kimi çalışan Səfərova Dursun Tullan qızı məlumat verib. Səfərova Dursunun bildirdiyinə görə o, həyat yoldaşı və qızı xəstəxanada çalışarkən Elnarə adlı şəxs onların əvəzinə işçı tapdığını və bunun müqabilində hər şəxsə görə 2000 manat pul təklif edildiyini bildirərək onları başqa bir işə keçirəcəyini deyib. Onlar buna etiraz etdikdə isə baş həkim Emin Hüseyn onlarla görüşərək xanımın etiraz etməsinə cəza olaraq həyat yoldaşının önündə bir neçə dəfə oturub durmasını tələb edərək cəzalandırmağa çalışıb. Bu formada şəxsiyyəti alçaldan şəxslər yekunda həmin xanım və ailə üzvlərini xəstəxanadan uzaqlaşdırıb. Şikayət edəcəklərini bildirən işçilərə isə Emin Hüseyn şikayətin ünvanlanacağı tanınmış simanı təhqir edib, qorxmadığını bildirərək kimə istəsəniz şikayət edin deyib. Və bilidirib ki: "Buranın böyüyü mənəm”. Xəstəxanada təsərrüfat işləri ilə məşğul olan Şıxıyev Məmmədağa Ağaveys oğlu isə təhqir edildiyini, fiziki şiddətə məruz qaldığını da bildirib. Şıxıyev Məmmədağa bildirib ki, ondan xüsusi qoruyucu geyim olmadan koronavirusa yoluxmuş xəstələrin yatdığı palatalara müxtəlif işlər üçün daxil olması, ixtisası olmadığı halda məcburən elektrik işi görməsi tələb edilib. Bunları etmədikdə isə mənəvi və fiziki şiddətə məruz qaldığını deyib. Müsahibimiz əməkdaşlarımıza bunlar barədə video müsahibə verdikdən sonra isə yenidən Emin Hüseyn tərəfindən şiddətə məruz qalaraq döyüldüyünü redaksiyamıza bildirib. Xeberekspress.az-ın rəhbərliyi Qobustan Rayon Mərkəzi Xəstəxanasında baş həkim Emin Hüseynlə görüşüb iddialarla bağlı Emin Hüseynlə müsahiba almaq üçün görüş keçirərkən baş həkim qəzəblənərək işçilərin haqqlarını müdafiə edən rəhbərliyimiz onun tərəfindən "müxalifətçi” adlandırılıb. Bir neçə il öncə Müsavat Gənclər Təşkilatının sədrinin birinci müavini postunda təyin edilmiş Emin Hüseynin vətəndaşların haqqını müdafiə edən media mənsublarına bu kimi ittihamlarla böhtan atması isə gülünc haldır. Son günlərdə ölkəmizdə vətəndaşlara qarşı laqeyd yanaşan, onların problemlərini önəmsəməyən, rüşvət alan və vətəndaşların haqqlarını mənimsəyən vəzifəli şəxslərə qarşı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat tədbirləri, tutulan şəxslərin məsuliyyətə cəlb edilməsi və ölkə Prezidenti Cənab İlham Əliyevin dəfələrlə bu hadisələrə münasibət bildirməsi, vəzifəli şəxslərin özbaşına əməllərdən əl çəkərək vətəndaşlara xidmət etməli olduqlarını bildirməsi görünür baş həkim Emin Hüseyn üçün önəm kəsb etmir, etdiyi özbaşınaçılıqlarından və qanunsuz əməllərindən qorxmur. Hüquqi dövlət olan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına və ölkə başçısının tətbiq etdiyi siyasətə inamımız və etimadımız tamdır və inanırıq ki, bu məsələ nəzarətə götürüləcək, özbaşınalıq edərək vətəndaşlarımıza əziyyət verən bu şəxslər öz layiqli cəzalarını tapacaqlar.

 Xeberekspress.az
 
XƏBƏR LENTİ
12:05 | Ailə üzvlərində koronavirus aşkarlanan abituriyent imtahana BURAXILMAYACAQ 11:44 | Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik? 11:41 | Parlamentin növbədənkənar sessiyasının ilk iclası başladı 10:56 | Bərdədə oğul anası və bacısını güllələyib – Rəsmi açıqlama 10:37 | Mayda hərraclarda nə qədər valyuta satılıb? - FOND MƏLUMAT YAYDI 09:58 | Buraxılış imtahanlarının vaxtı açıqlandı - QRAFİK 09:24 | Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO 09:10 | 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür! 21:12 | "Dərs vaxtı" verilişinin sabahkı cədvəli 20:52 | Mərkəzi Bankdan vaxtı keçmiş kreditlərlə bağlı AÇIQLAMA 18:23 | ABŞ-dakı etirazlara “Anonymous” haker qrupu da qoşuldu 18:02 | Azərbaycanda daha 101 nəfər koronavirusdan sağaldı - RƏSMİ 17:58 | Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 248 yeni yoluxma - RƏSMİ 16:15 | Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ 16:13 | Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu 15:28 | “Mall”lar bu gün niyə açılmayıb? - RƏSMİ CAVAB 14:28 | Türkiyə parlamentinin sədri Sahibə Qafarovaya zəng etdi 14:00 | Zakir Həsənov Milli Məclisdə tənqid edildi: Azərbaycanca danışa bilmir 13:57 | İyun ayında da 190 manat verilsin! – Deputatdan təklif 12:45 | Azərbaycanda zərgərlik əşyaları kəskin ucuzlaşa bilər 12:40 | Spikerdən deputatlara irad: “Yuxarıda əyləşənlər telefondan başını qaldırmır” 11:02 | Qəbələdə bir uşaq və heyvan sürüsü bataqlıqda qaldı - FHN hərəkətə keçdi