Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
23-05-2020, 11:34

Oqtay Gülalıyev Bakıya gətirilə bilər

Oqtay Gülalıyev Bakıya gətirilə bilərTanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevdən uzun müddətdir ki, xəbər yoxdur. Sonuncu dəfə onun vəziyyəti ilə bağlı açıqlama fevral ayında ailəsi tərəfindən verilib. Bəs Oqtay Gülalıyevin hazırkı durumu necədir?
 
 2019-cu il oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
 
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və orada müalicəsi davam etdirilir.
 
Bu ilin fevral ayında ailə üzvlərinin paylaşdıqları son məlumatlara görə, onun səhhətində irəliləyiş müşahidə edilib. Oğlu Təbriz Gülalıyev sosial şəbəkədə bildirib ki, Oqtay Gülalıyevin sonuncu əməliyyatından sonra oyanıqlığı artıb: "Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəliləyişlərin göstəricisinə əsasən, xüsusi qurğu vasitəsilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa kömək vasitəsilə öz ayaqları üzərində dura bilir”.
 
Xanımı Firuzə Gülalıyeva "Amerikanın Səsi”nə deyib ki, hərəkətlərində irəliləyişlər olmasına baxmayraq, Oqtay Gülalıyev hələ komadan tam ayılmayıb: "Nitqində irəliləyiş yoxdur. Hələ danışmır. Əvvəllər oturdurdular. Amma indi aparatlar vasitəsilə ayaq üstə qaldırırlar. Həkimlər komadan nə vaxt ayılacağı ilə bağlı hələ bir söz demir. Həkimlərin gözləntilərində Oqtayın ayağa qalxması da yox idi”.
 
Onun indiki vəziyyəti barədə əksər dostları məlumata sahib deyillər. Lakin Oqtay Gülalıyevin durumundan xəbərdar olan professor Adil Qeybulla aşağıdakıları söyləyib: "Məlumatlı adam kimi deyirəm ki, hələ Oqtay Gülalıyev komadadır, ayılma yoxdur. Hesab edirəm ki, onun Azərbaycana qaytarılması, müalicənin burada aparılması daha məqsədəuyğundur. Oqtay Gülalıyevin komadan ayılması məsələsinə gəlincə isə, deyim ki, ümumiyyətlə, komadan ayılma şansı hər zaman var. Lakin bir məsələ var ki, koma dövrü uzandıqca ayılma şansı da aşağı düşür. Ən əsas şeylərdən biri də beyinin hansı itkilərlə komadan ayılacağı məsələsidir. Biz arzu edirik ki, beyin maksimum az itkilərlə ayılsın. Ancaq nəticəni birmənalı proqnozlaşdırmaq da çətindir. Travma beyinin sol yarımkürəsində olub. Həmin hissədə isə nitq, yazı mərkəzi və sairə var. Ona görə də hələ  biz bilmirik ki, beyin hansı imkanlarını saxlamaqla özünə gələcək. Bunun üçün zaman lazımdır”.
XƏBƏR LENTİ
18:37 | Karantin yumşaldılsa da, bölgələrə gediş-gəliş niyə bərpa olunmur? - MÜNASİBƏT 18:10 | Pərviz Abdullayev Türkiyədə parodiya olundu: “Toyuq budu nə gedəəərrr?” - VİDEO 18:00 | Mixail Zabelin şəhid anaları haqqında nə dedi -FOTOLAR 17:50 | Dolların sabaha olan MƏZƏNNƏSİ 17:35 | İSRAİL-İRAN KİBERMÜHARİBƏSİ: hakerlər də “qana-qan, dişə-diş” prinsipi ilə hərəkət edirlər – TƏHLİL 17:17 | Prezident İlham Əliyev FƏRMAN İMZALADI 16:02 | Respublikanın Baş epidemioloqundan vətəndaşlara ÇAĞIRIŞ 15:26 | Şikayətçilər baş həkim Emin Hüseynin qanunsuz əməllərindən danışdılar 15:16 | Kamran Əliyev onlara yeni vəzifə verdi 14:50 | SON DƏQİQƏ: Bakıda etiraz aksiyası keçirilir 14:49 | Ali məktəblərə qəbul imtahanları niyə elan edilmir?- RƏSMİ AÇIQLAMA 14:37 | Kollec məzunlarının qeydiyyatı başladı 13:13 | Etirazçılar Trampı Ağ Evin bunkerində gizlənməyə məcbur etdi- SON DƏQİQƏ 12:50 | "Ən çox təhqirə məruz qalan şəxslərdən biri mənəm"- Milli Məclisin sədr müavinindən ŞOK AÇIQLAMA 12:26 | Milli Məclis tarixində bir İLK OLDU 12:05 | Ailə üzvlərində koronavirus aşkarlanan abituriyent imtahana BURAXILMAYACAQ 11:44 | Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik? 11:41 | Parlamentin növbədənkənar sessiyasının ilk iclası başladı 10:56 | Bərdədə oğul anası və bacısını güllələyib – Rəsmi açıqlama 10:37 | Mayda hərraclarda nə qədər valyuta satılıb? - FOND MƏLUMAT YAYDI 09:58 | Buraxılış imtahanlarının vaxtı açıqlandı - QRAFİK 09:24 | Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO