Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
23-05-2020, 10:16

ABŞ şəhərində 28 May Azərbaycan Respublika Günü elan olundu

ABŞ şəhərində 28 May Azərbaycan Respublika Günü elan olundu

 

Florida ştatının Mayami-Deyd şəhərinin meri Karlos Himenez 2020-ci ilin 28 May tarixinin Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ilk olaraq Mayami-Deyd şəhərinin multimədəniyyət müxtəlifliyinə fərdlər və təşkilatların töhfəsini tanımağa səy göstərdiyi bildirilir.

Belə ki, ABŞ-da yaşayan azərbaycanlıların Floridadada güclü iştirakı vurğulanaraq, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfələrini qeyd edilib.


 

K.Himenez dünyada 46 milyondan çox azərbaycanlının son 100 ildə 28 May tarixini əcdadların töhfələrini qeyd etmək üçün Azərbaycan Respublikası Günü kimi qeyd etdiyini, o cümlədən, bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu xatırladıb.

Daha sonra mətndə Azərbaycan Respublikasının universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olması və ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı yazılır.

Bu hadisənin həm də Mayami-Deyd dairəsi üçün ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib.

Mer Himenez 28 may 2020-ci il tarixini Azərbaycan Respublika Günü elan edərək, Mayami-Deyd şəhərinin sakinlərini bu bayrama qoşulmağa və Azərbaycan xalqının səylərini və nailiyyətlərini birgə qeyd etməyə çağırıb.

XƏBƏR LENTİ
09:07 | Günəşdə baş verən partlayışın NƏTİCƏLƏRİ 23:11 | Prezident İlham Əliyev uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanı təsdiqləyib 23:10 | DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ 23:05 | “Real” ev oyunlarını “Santyaqo Bernabeu”da keçirməkdən imtina etdi 22:58 | Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq - ADLAR 22:56 | Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi 18:23 | Azərbaycanda daha 273 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi 18:04 | Xüsusi karantin rejimində YENİ MƏHDUDİYYƏT - RƏSMİ 17:48 | Bakı polisindən nazirlik qarşısında keçirilən aksiya ilə bağlı AÇIQLAMA 17:31 | Prezident mülki aviasiya işçilərini təltif etdi - SƏRƏNCAM 17:16 | Prezident Azərbaycandakı dini qurumlara maliyyə ayırdı - SƏRƏNCAM 16:54 | Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM 16:21 | Azərbaycanda daha bir vəzifəli şəxsə rüşvətə görə cinayət işi açıldı - RƏSMİ 15:52 | Xalq Prezidentə minnətdardır: “Sizə arxalanır və güvənirik” - MƏKTUBLAR 15:33 | Nazirdən dövlət qurumu barədə bədbin AÇIQLAMA: “Vəziyyəti ürəkaçan deyil” 13:41 | Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR 13:20 | Sabahın hava PROQNOZU 12:57 | Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyunun 5-də olacaq 12:31 | Maska cəriməsi üçüncü oxunuşda qəbul edildi 12:30 | Tramp ABŞ-da baş verənləri terror aktı kimi qiymətləndirdi 11:55 | Prezident Sumqayıtla bağlı sərəncam İMZALADI 11:38 | Qənirə Paşayevadan Baş Nazirə ÇAĞIRIŞ