Qaynarxətt: (+99470) 997 11 77
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
22-05-2020, 11:21

Bayramda ''Mall''-lar AÇILACAQ? - AÇIQLAMA

 Bayramda ''Mall''-lar AÇILACAQ? - AÇIQLAMA
 

Mayın 24 və 25-i Azərbaycanda Ramazan bayramının qeyd edilməsi gözlənilir. Bayram günlərində iri ticarət mərkəzləri açıla bilərmi?


Bununla bağlı danışan deputat İqbal Məmmədov bildirib ki, bu kimi qərarları Operativ Qərargah verir

 
 

"Operativ Qərargah yoluxanların və sağalanların artma-azalma dinamikasına izləyərək, dünyadakı mövcud vəziyyəti analiz edərək ona uyğun qərarlar verir. Dövlətimizin və cənab prezidentin zamanında gördüyü qabaqlayıcı tədbirlər sayəsində koronavirusun ölkəmizin ərazisində yayılmasının qarşısı alındı. Bilirsiniz ki, iki ay ərzində 600 min nəfərə və sahibkarlara maddi yardımlar edildi. Təbii ki, bu addım vətəndaşlarımıza dövlətimizin və cənab prezidentin verdiyi dəyərin baris nümunəsidir.

Bilirsiniz ki, mərhələli şəkildə karantin rejimində yumşalmalar oldu. Həmin yumşalmalar nəticəsində insanların çox toplaşmadığı bir çox müəssisələr və kiçik ticarət mərkəzləri fəaliyyətinə icazə verildi. Son bir neçə günün statistikası insanların bu xəstəliyə biganə yanaşdığını göstərir. Təəssüf ki, insanlarımız sosial məsafə saxlanılmır, qoruyucu tibbi maska və əlcəklərdən istifadə etmir. Nəticədə ölkəmizdə yoluxanların sayı yüzü keçib.

Ona görə də iri ticarət mərkəzlərinin nə zaman açılacağı ilə bağlı hər hansı bir fikir səsləndirmək çətindir. Bu barədə dəqiq fikiri Operativ Qərargah deyə bilər. Ticarət mərkəzləri açılsa da sosial məsafə qorunmalı, oraya daxil olan insanların hərarəti ölçülməli, qoruyucu tibbi maskalardan istifadə məcburi olmalı və sanitar-gigyenik qaydalara tam əməl etməlidir. Bizim normal həyata qayıtmağımız insanlarımızdan asılıdır. Düşünürəm ki, vətəndaşlarımız qoyulan qaydalara riyaət etsələr normal həyatımıza tezliklə qayıda bilərik".(sonxeber.az)



XƏBƏR LENTİ
20:08 | "ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək" - Pompeo 19:49 | Baş Prokurorluq polis və qadının bıçaqlanması ilə bağlı məlumat yaydı 19:33 | Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır 19:08 | Xalq artisti: “Gündəmdə qalmaq üçün abırından, mənəviyyatından keçənlər var” 18:30 | Qərar verildi: İyunun 1-dən etibarən... 18:10 | Azərbaycanda koronavirusdan daha üç nəfər öldü, 202 xəstə sağaldı - RƏSMİ 18:06 | Maska taxmayanların CƏRİMƏSİ MÜƏYYƏNLƏŞDİ: 200 manat... 13:39 | İcra başçısının biznesinə nəzarət edən "Fedya" qəzada öldü - FOTO 13:34 | Balakənə xınayaxdıya gələn Çakır ailəsi geri döndü 12:03 | “Sülh danışıqları elə bərbad vəziyətdədir ki…” – Hərbi icmalçı Qarabağa lokal zərbələr endirməyi TƏKLİF EDİR 11:39 | SON DƏQİQƏ: Azərbaycan neftinin qiyməti dəyişdi 10:45 | Sabah Milli Məclisin iclası keçiriləcək – Gündəlikdə 11 məsələ var 22:00 | SON DƏQİQƏ: TƏBİB statistikanı açıqladı 18:32 | Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxdu - 103 pasiyent sağaldı, ikisi vəfat etdi 17:57 | Bakıda Malların açılacağı tarix MƏLUM OLDU 17:29 | Bu qadağalar hələ də qüvvədədir – SİYAHI 17:12 | Azərbaycanda karantin rejmi uzadılır - RƏSMİ 16:47 | Bu yerlərdə maska taxmaq məcburidir – Nazirlər Kabinetindən yeni QƏRAR 16:33 | Azərbaycan sərhədlərinin bağlı qalma vaxtı uzadıldı – RƏSMİ 16:25 | Xaçmazda kütləvi yoluxma var? – TƏBİB-dən AÇIQLAMA 15:23 | Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video 14:14 | İcra başçısı kartof yığdı, müzakirələrə səbəb oldu – FOTOLAR