Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
21-05-2020, 23:16

Xalq artisti Əbülfəs Qarayevdən elə şeylər danışdı ki: “İnsanda namus olar…”

 

Xalq artisti Əbülfəs Qarayevdən elə şeylər danışdı ki: “İnsanda namus olar…”

 

 

"Mənim yerimə kim olsaydı, ya türməyə düşərdi, ya da qaraciyərdən serroz olub bu dünyadan gedərdi”.

Hurriyyet.org xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur Mədəniyyət naziri Əbülfəs Qarayevin əməllərindən danışarkən deyib. Aktyor nazirin ona dağ çəkdiyini, zülm etdiyini bildirib;


"Bunlar mənə dağ çəkdi. İnsanda abır, həya, namus, qeyrət olar… Mən Sumqayıt teatrında işləyəndə onun qayınatası Tofiq Kazımovun sevimli aktyoru olmuşam. Bütün bunların hamısını bilə-bilə Əbülfəs Qarayev mənə zülm elədi. Əbülfəs Qarayev hər görüşdə deyirdi ki, "mən hər şeyi bilirəm. Sən evsizsən, 10 nəfər ailə ilə birlikdə mağarada yaşayırsan”. Bütün bunların hamısını deyirdi, amma mənim üçün heç nə etmirdi. Əksinə, məni bütün kollektivin, bütün cəmiyyətin gözündən salmağa çalışırdı. Müavini kimi üzdə üzümə gülürdü, "səndən yoxdur, biz səni seçib qiymətləndirirk”, – deyirdi, arxada isə mənim kürəyimə zəhərli xəncər soxurdu. Dəfələrlə məni cağırıb deyirdi: "Sən məni respublikada biabır edirsən. Mətbuatda deyirsən ki, Əbülfəs Qarayev  rüşvətxor, korrupsioner, fəxri adları, evləri aktyorlara pulla satır”. Soruşurdum ki, cənab nazir, sizə şər atıram? Verin məhkəməyə. Deyirdi ki, faktın var? Deyirdim, 1000 dənə. Birini deyən kimi qayıdırdı ki, "aprelin 1-nə kimi sənin evin də, fəxri adın da olacaq”. Bunu Əbülfəs Qarayev mənə deyirdi. İnsanda bir kişilik olar? Əbülfəs Qarayev, insanın taleyi, əsəbi ilə bu qədər oynamaq olmazdı”.

Aktyor qeyd edib ki, dəfələrlə Prezident Aparatına çağırılıb:

"Adını çəkmirəm, orada mənə deyiblər ki, "sənin 30 il əvvəl fəxri adın, evin olmalı idi”. Bu 30 ildə Mədəniyyət Nazirliyi məndən nəyin qisasını alırdı? Mən onların nəyinə sataşmışdım? Mənim kimi aktyoru gözümçıxdıya salmışdılar. Azərbaycanda 27 teatr var. Amma cəmi 7 aktyor tapa bilərsən ki, erməninin, gürcünün, rusun, amerkanın qarşısına çıxa bilsin. Onlardan biri də mənəm. Mənim başıma bu oyunları gətirdilər. Əbülfəs Qarayev bir gündə məni iki dəfə nazirliyə apartdırdı. Dedi ki, "cənab Prezidentin adına ərizə yaz, sənin ev məsələni həll edəcəyik”. İkisini də yazdım. Mənə dəfələrlə belə ərizələr yazdırıb. Hanı o ev? Hanı o ərizələrin nəticəsi? Onların bütün əməllərini mən bilirəm. Bütün teatrların direktorlarını, administratorlarını çağırın soruşun, görün tamaşalardan yığılan pullar hara, kimin cibinə gedib? Kimə veriblər? Mən demirəm, xalq görür, teatrlar it günündədir. Rüşvət və korrupsiya, rejissor qıtlığı və s. Direktor teatrı nə ola bilər? Teatr direktordan tanınmır. Direktor teatrda adminstrativ işçidir, bilet satan adamdır. Teatrın başında rejissor dayanmalıdr. Əbülfəs Qarayev hansı rejissoru oxutdurub? Hansı rejissora Moskvada, Avropada təhsil verib, sonra Azərbaycana  gətirib?

Bir fakt deyəcəm. Akademik Milli Dram teatrı 2011-ci idə təmirə dayanmışdı. Onun təmirinə 4 milyon pul ayırıldı. 2013-c il ilin iyun ayının 14-də teatra köçdük. Ayın 15-də bir yüngül yağış yağdı, Akademik Milli Dram Teatrının 4-cü mərtəbəsini sel basdı. Akademik teatrın cındır pərdəsi göz oxşayırdı. Onun çılçırağı vardı Çexoslovakiyadan gətirilmişdi, milyon yarım qiyməti vardı. Həmin çılçırağı götürüb cındır bir çılçıraq asdılar yerinə. Fil sümüyündən möhtəşəm bilyard vardı, "Şeyx Xiyabani” tamaşasında aktyorlar oynayırdı. Hamısı getdi.  Süleyman Sani Axundovun "Eqş və İntiqam” tamaşasında mən Əlmərdan bəyi oynayırdım, belimdə gümüş xəncər. Hanı o xəncər? Tamaşa vaxtı mən bir xəncər tapmadım ki, belimə bağlayım. Axırda xəncərsiz çıxıdm səhnəyə. Budur Əbülfəs Qarayevin teatrı. Budur Əbülfəs Qarayevin teatrlara münasibəti. Akademik teatrda aparılan təmirdən sonra aktyorlar səhnədə görünmürdü. Əvvəlki direktorun vaxtında nə qədər dedimsə, düzəltmədilər. Azər Paşa Nemətov gələn kimi onları qaydaya saldı, pərdəni dəyişdirdi. Səhnə spaldan düzəlmişdi, üstünə tank çıxsaydı, titrəmirdi. İndi səhnəyə elə taxtalar vurublar ki, üstünə çıxan kimi aktyor az qalır yıxıla. Orada poladdan ştangetlər vardı, 10 ton yükü qaldırmağa hazır idi. Hanı o ştangetlər? İndi ştangetlər 500 kloqram yükü qaldıra bilmir. 44 milyon pulu hara xərclədilər? Teatrın təmirinə, ya ciblərinə. Hələ ana və Prezident teatrıdır. Əbülfəs Qarayevin əmələri… İnsanın nə qədər evi, villası olar? Ayıb deyil? Biz hələ çox şeyi demirik”.


XƏBƏR LENTİ
09:50 | Maska taxılması tələb olunan yerlərin - Siyahısı 09:48 | Şadlıq evləri və şou əhli “qan ağlayır”: "Biz rusuq ki, 50 nəfərlik toy keçirək?" 09:07 | Günəşdə baş verən partlayışın NƏTİCƏLƏRİ 23:11 | Prezident İlham Əliyev uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanı təsdiqləyib 23:10 | DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ 23:05 | “Real” ev oyunlarını “Santyaqo Bernabeu”da keçirməkdən imtina etdi 22:58 | Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq - ADLAR 22:56 | Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi 18:23 | Azərbaycanda daha 273 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi 18:04 | Xüsusi karantin rejimində YENİ MƏHDUDİYYƏT - RƏSMİ 17:48 | Bakı polisindən nazirlik qarşısında keçirilən aksiya ilə bağlı AÇIQLAMA 17:31 | Prezident mülki aviasiya işçilərini təltif etdi - SƏRƏNCAM 17:16 | Prezident Azərbaycandakı dini qurumlara maliyyə ayırdı - SƏRƏNCAM 16:54 | Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM 16:21 | Azərbaycanda daha bir vəzifəli şəxsə rüşvətə görə cinayət işi açıldı - RƏSMİ 15:52 | Xalq Prezidentə minnətdardır: “Sizə arxalanır və güvənirik” - MƏKTUBLAR 15:33 | Nazirdən dövlət qurumu barədə bədbin AÇIQLAMA: “Vəziyyəti ürəkaçan deyil” 13:41 | Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR 13:20 | Sabahın hava PROQNOZU 12:57 | Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyunun 5-də olacaq 12:31 | Maska cəriməsi üçüncü oxunuşda qəbul edildi 12:30 | Tramp ABŞ-da baş verənləri terror aktı kimi qiymətləndirdi