Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
20-05-2020, 08:53

Həbsdən çıxan məmur niyə “kral kimi” yaşayır?

Həbsdən çıxan məmur niyə “kral kimi” yaşayır?
 

Həbs edilən korrupsioner məmurların bəzisi cəzasını çəkib, azadlığa çıxdıqdan sonra rüşvət yolu ilə əldə etdikləri mülklərində yenidən oliqarx həyatı yaşamağa davam edirlər. Bu vəziyyət onların əmlaklarının müsadirə olunması məsələsini gündəmə gətirir.

Ümumiyyətlə, rüşvətə görə həbs edilən bu məmurların mülklərinin müsadirə olunması prosesi necə həyata keçirilir? Necə olur ki, onlar həbsdən çıxandan sonra rüşvət yolu ilə taladıqları sərvətdən gen-bol istifadə edə bilirlər?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, cinayət hadisəsinin predmeti olmuş əmlak cinayət qanunvericiliyinə əsasən müsadirə olunur.

"2012-ci ildə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar əmlakın müsadirə edilməsi cəza növü kimi Məcəllədən çıxarılıb. Yalnız cinayətin predmeti olan əmlakın müsadirə olunması nəzərdə tutulur. Hazırda həbs edilən vəzifəli şəxslərin cinayət yolu ilə əldə etdikləri əmlakın taleyinə gəldikdə isə onu qeyd edim ki, əgər həmin vəzifəli şəxsin hərəkətlərindən zərər çəkmişlər sırasında fiziki şəxslər də varsa, bu cinayət hadisəsi kompleks araşdırılaraq, həmin şəxslərin zərərinin ödənilməsinə yönəldilməlidir. Bu cinayət qanunvericiliyində vəzifə olaraq istintaq orqanına tapşırılıb. İstintaq orqanının vəzifəsi həmin zərərin ödənilməsi ilə bağlı tədbir görməkdir. Lakin burada bir nüansı da qeyd etmək lazımdır. Əgər bu cinayət hadisəsi nəticəsində yalnız dövlət zərər çəkibsə, bu halda dövlət o şəxsin əmlakının müsadirə edilməsi ilə bağlı məsələ qaldırıla bilər. Cinayət törətmiş şəxsin məhkəmə hökmü ilə hər hansı cəzanı çəkməsi onu zərərin ödənilməsi öhdəliyindən azad etmir”, - S.Vəkilov bildirib.

Hüquqşünas qeyd edib ki, vurulmuş zərər tam ödənilməlidir:

"Hazırda həbs edilən vəzifəli şəxslərin əməlləri araşdırılarkən çirkli pulların yuyulması və digər pozuntular da aşkar edilə bilər. Bu halda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun müddəaları da tətbiq edilməlidir”.


XƏBƏR LENTİ
09:07 | Günəşdə baş verən partlayışın NƏTİCƏLƏRİ 23:11 | Prezident İlham Əliyev uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanı təsdiqləyib 23:10 | DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ 23:05 | “Real” ev oyunlarını “Santyaqo Bernabeu”da keçirməkdən imtina etdi 22:58 | Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq - ADLAR 22:56 | Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi 18:23 | Azərbaycanda daha 273 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi 18:04 | Xüsusi karantin rejimində YENİ MƏHDUDİYYƏT - RƏSMİ 17:48 | Bakı polisindən nazirlik qarşısında keçirilən aksiya ilə bağlı AÇIQLAMA 17:31 | Prezident mülki aviasiya işçilərini təltif etdi - SƏRƏNCAM 17:16 | Prezident Azərbaycandakı dini qurumlara maliyyə ayırdı - SƏRƏNCAM 16:54 | Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM 16:21 | Azərbaycanda daha bir vəzifəli şəxsə rüşvətə görə cinayət işi açıldı - RƏSMİ 15:52 | Xalq Prezidentə minnətdardır: “Sizə arxalanır və güvənirik” - MƏKTUBLAR 15:33 | Nazirdən dövlət qurumu barədə bədbin AÇIQLAMA: “Vəziyyəti ürəkaçan deyil” 13:41 | Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR 13:20 | Sabahın hava PROQNOZU 12:57 | Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyunun 5-də olacaq 12:31 | Maska cəriməsi üçüncü oxunuşda qəbul edildi 12:30 | Tramp ABŞ-da baş verənləri terror aktı kimi qiymətləndirdi 11:55 | Prezident Sumqayıtla bağlı sərəncam İMZALADI 11:38 | Qənirə Paşayevadan Baş Nazirə ÇAĞIRIŞ