Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
18-05-2020, 23:16

Daha bir məhdudiyyət aradan qaldırıdı - Bu gündən etibarən...

 Daha bir məhdudiyyət aradan qaldırıdı - Bu gündən etibarən...
 

Mayın 18-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.

Dövlət Turizm Agentliyindən Metbuat.az-a verilən məlumata görə, bu barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 18 may 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı rəhbər tutularaq qəbul edilib.

Müəssisələrin fəaliyyəti, həmçinin TƏBİB tərəfindən hazırlanmış "Turizm və hotelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələbləri nəzərə alınmaqla davam etdiriləcək.

Artıq ziyarətçilər aşağıda adları qeyd olunan turizm müəssisələrini sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ziyarət edə bilərlər:

"Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

"Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

"Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu: Şəki Xan Sarayı, Şəkixanovların ev muzeyi, Şəki Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənət Muzeyi və Şəki Rəsm Qalereyası;

"Kiş” Tarix-Memarlıq Qoruğu: Alban Məbədi.

Agentliyin tabeliyindəki bütün turizm müəssələrində karantin rejimi ilə bağlı sosial izolyasiya və profilaktik tədbirlərə dair qaydaları pozan ziyarətçilər barəsində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada tədbirlər görüləcək.

Xatırladaq ki, Agentlik Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin təqbiqi qərarını rəhbər tutaraq tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoymuşdu.


XƏBƏR LENTİ
10:24 | Bakıda xəstəxanada dörd ayda 50 ölüm - RƏSMİ 10:11 | Bibiheybət yolu bu tarixdə açılacaq - RƏSMİ 09:50 | Maska taxılması tələb olunan yerlərin - Siyahısı 09:48 | Şadlıq evləri və şou əhli “qan ağlayır”: "Biz rusuq ki, 50 nəfərlik toy keçirək?" 09:07 | Günəşdə baş verən partlayışın NƏTİCƏLƏRİ 23:11 | Prezident İlham Əliyev uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanı təsdiqləyib 23:10 | DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ 23:05 | “Real” ev oyunlarını “Santyaqo Bernabeu”da keçirməkdən imtina etdi 22:58 | Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq - ADLAR 22:56 | Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi 18:23 | Azərbaycanda daha 273 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi 18:04 | Xüsusi karantin rejimində YENİ MƏHDUDİYYƏT - RƏSMİ 17:48 | Bakı polisindən nazirlik qarşısında keçirilən aksiya ilə bağlı AÇIQLAMA 17:31 | Prezident mülki aviasiya işçilərini təltif etdi - SƏRƏNCAM 17:16 | Prezident Azərbaycandakı dini qurumlara maliyyə ayırdı - SƏRƏNCAM 16:54 | Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM 16:21 | Azərbaycanda daha bir vəzifəli şəxsə rüşvətə görə cinayət işi açıldı - RƏSMİ 15:52 | Xalq Prezidentə minnətdardır: “Sizə arxalanır və güvənirik” - MƏKTUBLAR 15:33 | Nazirdən dövlət qurumu barədə bədbin AÇIQLAMA: “Vəziyyəti ürəkaçan deyil” 13:41 | Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR 13:20 | Sabahın hava PROQNOZU 12:57 | Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyunun 5-də olacaq