Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
31-10-2017, 14:41 Oxunub: 189

Deputat etiraz etdi: "Qiymətləri çox yuxarı qoyurlar"

Deputat etiraz etdi: "Qiymətləri çox yuxarı qoyurlar"


Milli Məclisin bugünkü iclasında "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunun 6.2-ci (Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan bəzi əmlak növlərinin özəlləşdirilməsi qadağandır) maddəsinin "Elm haqqında" qanuna uyğunlaşdırılması müzakirəyə çıxarılıb.

Deputat Qüdrət Həsənquliyev qanuna yeni bəndin əlavə edilməsinə etiraz edib.

"Mən dəfələrlə demişəm. Biz universitetləri özəlləşdirə bilərik və bu lazımdır. Dövlətə məxsus ali təhsil müəssisələrini, səhiyyə müəssisələrini özəlləşdirmək lazımdır".

Deputat onu da əlavə edib ki, Əmlak Komitəsi bu gün 150-yə qədər dövlət əmlakını özəlləşdirməyə çıxarır.

"Amma hərrac keçiriləndən sonra görürük ki, onun cüzi hissəsi özəlləşdirilib. Səbəb isə budur ki, qiymətlər çox yuxarı qoyulur. Qiymətləndirmə çox yuxarı olur və 5 dəfə hərrac keçiriləndən sonra qiymətin cəmi 50 faiz aşağı salınmasına icazə verilir. Təklif edirəm ki, bu qanuna yenidən baxaq. Əgər əmlak birinci dəfə hərracda satılmadısa, növbəti hərracda qiymətin kifayət qədər aşağı salınmasına ehtiyac var. Dövlət əmlakının özəlləşdirilməsi mexanizmi sadələşdirilməlidir".

Qeyd edək ki, dəyişikliyə əsasən, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri də özəlləşdirilməsi qadağan edilən dövlət mülkiyyətində saxlanılan əmlak növlərinin siyahısına əlavə olunub.

Layihə səsə qoyularaq qəbul edilib.

Mənbə: modern.az
XƏBƏR LENTİ
23:00 | Trampı dəstəkləyən gözəlin tacı əlindən alındı 22:30 | Azərbaycan fəlakətin astanasındadır - Alimlərdən xəbərdarlıq 22:00 | Övladını vegan kimi qidalandıran cütlüyə 18 ay həbs cəzası verilib 21:40 | Putin ABŞ-la bağlı göstəriş verdi 21:20 | Ağlasığmaz məmur saxtakarlığı: Pensiya almaq üçün pasportda yaşını 34 il artırdı 21:00 | Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı 18:00 | Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib 17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI