Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
30-10-2017, 16:36

Sahib Ələkbərov: "Bakı DÇ-ni qəbul etməyə hazırdır"

Sahib Ələkbərov: "Bakı DÇ-ni qəbul etməyə hazırdır"


2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar BMX Veloparkında təşkil olunmuş Dünya Sınaq Yarışından sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov mətbuat nümayəndələrinə müsahibə verib.

Milli.Az həmin müsahibəni təqdim edir:

- Test yarışı dünya çempionatı ərəfəsində çatışmazlıqları görmək üçün keçirilir. Bu gün Bakının dünya çempionatını keçirməyə tam hazır olduğunu söyləyə bilərik?
- Bu gün tam əminliklə deyə bilərik ki, Bakı təşkilatçılıq baxımından dünya çempionatını qəbul etməyə tam hazırdı. Bildiyiniz kimi, çempionat 2018-ci il iyunun 5-dən 9-dək bu məkanda keçiriləcək. Bu test yarışının həm stadion, həm də digər məsələlərin sınaqdan keçirilməsi üçün çox böyük əhəmiyyəti var idi. Məlum olduğu kimi, bizim stadion 2015-ci ildə istifadəyə verilib. Ancaq ötən il Beynəlxalq Velosipedçilər İttifaqı standartları dəyişdi. Stadionun eni və uzunluğu, həm də maneələrin hündürlüyü artırıldı. Bu üzdən BMX Trekini söküb yenidən tikməli olduq. Bu gün həm velosipedçilərin, həm də mütəxəssislərin rəyi belədi ki, stadion birmənalı şəkildə dünya çempionatını qəbul etməyə hazırdı.

- Hələ ki bu növdə idmançımız yoxdur. Bu boşluğu "milliləşdirmək"lə aradan qaldıracaqsınız?
- Yox, biz azərbaycanlı idmançıya üstünlük verəcəyik. Yaponiya, Fransa, Almaniya, İtaliya kimi nəhəng ölkələrin velosipedçiləri test yarışında iştirak etdi. Xüsusən fransız idmançılar çox güclü idi. Buna qədər isə Baltikyanı ölkələrdən titullu velosipedçiləri dəvət etmişdik. Onlar stadionu testdən keçirmiş, irad və təkliflərini bildirmişdilər. Düşünürəm ki, dünya çempionatınadək bizim idmançılar da hazır olacaq.

- BMX yetərincə baxımlı idman növüdür. DÇ vaxtı böyük azarkeş marağı ola bilər. Bunu nəzərə alıb tamaşaçılar üçün tribunaların quraşdırılması nəzərdə tutulub?
- Həqiqətən BMX çox tamaşaçı cəlb edən idman növlərindən biridir. Biz estafeti Amerikadan qəbul etmişik. 2019-da dünya çempionatı yenidən ABŞ-da keçiriləcək. Maraqlı burasındadır ki, Azərbaycan belə bir ölkəylə yanaşı bu məsul yarışı keçirir. Bu il dünya çempionatı Cənubi Korolina ştatının Rok Hill şəhərində keçirildi və yarışa 3750 iştirakçı qatılmışdı. Rok Hilldə cəmi 30 minə yaxın insan yaşayır. Ancaq ora 40 mindən çox tamaşaçı gəlmişdi. Biz də azarkeşlərin sayının çox olacağını düşünürük. Ona görə də stadionun hər iki tərəfində 3000-3500 yerlik oturacaqlar quraşdırılacaq. Artıq məsələ həllini tapıb. Texniki və digər məsələləri həll etmişik. Bizdə də bu yarış yüksək səviyyədə keçiriləcək. Bu, əsl idman bayramına çevrilməlidi. Bunun üçün əlimizdən gələni edəcəyik.
XƏBƏR LENTİ
10:24 | Bakıda xəstəxanada dörd ayda 50 ölüm - RƏSMİ 10:11 | Bibiheybət yolu bu tarixdə açılacaq - RƏSMİ 09:50 | Maska taxılması tələb olunan yerlərin - Siyahısı 09:48 | Şadlıq evləri və şou əhli “qan ağlayır”: "Biz rusuq ki, 50 nəfərlik toy keçirək?" 09:07 | Günəşdə baş verən partlayışın NƏTİCƏLƏRİ 23:11 | Prezident İlham Əliyev uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanı təsdiqləyib 23:10 | DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ 23:05 | “Real” ev oyunlarını “Santyaqo Bernabeu”da keçirməkdən imtina etdi 22:58 | Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq - ADLAR 22:56 | Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi 18:23 | Azərbaycanda daha 273 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi 18:04 | Xüsusi karantin rejimində YENİ MƏHDUDİYYƏT - RƏSMİ 17:48 | Bakı polisindən nazirlik qarşısında keçirilən aksiya ilə bağlı AÇIQLAMA 17:31 | Prezident mülki aviasiya işçilərini təltif etdi - SƏRƏNCAM 17:16 | Prezident Azərbaycandakı dini qurumlara maliyyə ayırdı - SƏRƏNCAM 16:54 | Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM 16:21 | Azərbaycanda daha bir vəzifəli şəxsə rüşvətə görə cinayət işi açıldı - RƏSMİ 15:52 | Xalq Prezidentə minnətdardır: “Sizə arxalanır və güvənirik” - MƏKTUBLAR 15:33 | Nazirdən dövlət qurumu barədə bədbin AÇIQLAMA: “Vəziyyəti ürəkaçan deyil” 13:41 | Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR 13:20 | Sabahın hava PROQNOZU 12:57 | Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyunun 5-də olacaq