Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
6-04-2020, 17:42

Ev alğı-satqısı dayandı, amma ucuzlaşma yoxdur

 

Ev alğı-satqısı dayandı, amma ucuzlaşma yoxdur

 

Daşınmaz əmlak bazarında hazırda vəziyyət olduqca gərgindir. Durğunluq hökm sürür. Ev satan olsa da, ev alan demək olar ki, yoxdur. Karantin müddəti başa çatdıqdan sonra mənzil bazarında qiymət artımı olacağı gözlənilir.

Bu barədə Axar.az-a əmlak eksperti Elnur Fərzəliyev əmlak bazarındakı durumla bağlı danışarkən deyib. O bildirib ki, hazırda satış ancaq tikilməkdə olan binalarda həyata keçirilir:

"İnşası davam edən göydələnlər, içində yaşayış olmayan bina evlərinin satışında azalma baş versə də, ümumilikdə alğı-satqı var. Yaşayış olan və ya vətəndaş tərəfindən satılan evlərin satışı demək olar ki, dayanıb. Koronavirusun yayılması səbəbilə çoxları içində yaşayış olan evlərin alışına meyillənmir. Həmçinin satıcılar özləri də yayılan infeksiya səbəbindən evə baxmağa gəlmiş müştərini evə buraxmaq istəmir. Bu da təbii olaraq alışı dayandırır. Hazırda müəyyən hərəkətlilik ancaq daxili kreditlə satılan binalardadır”.

Əmlak eksperti bildirib ki, koronavirusla bağlı elan edilmiş xüsusi rejim başa çatdıqdan sonra mənzil bazarında qiymət artımı mümkündür:

"Ev alğı-satqısının dayanmasına səbəb həm də yayılan infeksiya səbəbindən əmlak satışı ilə məşğul olan obyektlərin müvəqqəti olaraq işləməməsidir. İndi ancaq internet üzərindən mənzil satışı həyata keçirilir. Alınan mənzillərin əksəriyyəti də kiçik kvadratlı evlərdir. Böyük kvadratlı evlərin alışı demək olar, tamamilə dayanıb. Hazırda mənzil bazarında durğunluq olduğundan nəyin necə olacağı ilə bağlı proqnoz vermək çətindir. Ancaq ümumilikdə demək olar ki, karantin müddətindən sonra daşınmaz əmlak bazarında qiymət enməyəcək. Hətta qiymətlərin daha da artacağı gözlənilir. Nəzərə almaq lazımdır ki, hazırda bir çox MTK tikintini dayandırmayıb, əvəzində isə tikinti materialı obyektlərinin çoxu fəaliyyətini müvəqqəti dayandırıb. Sərhədlər bağlandığından tikinti materialları da məhdud saydadır. Bu da öz təsirini birbaşa tikintiyə və mənzil qiymətinə göstərəcək”.


XƏBƏR LENTİ
18:37 | Karantin yumşaldılsa da, bölgələrə gediş-gəliş niyə bərpa olunmur? - MÜNASİBƏT 18:10 | Pərviz Abdullayev Türkiyədə parodiya olundu: “Toyuq budu nə gedəəərrr?” - VİDEO 18:00 | Mixail Zabelin şəhid anaları haqqında nə dedi -FOTOLAR 17:50 | Dolların sabaha olan MƏZƏNNƏSİ 17:35 | İSRAİL-İRAN KİBERMÜHARİBƏSİ: hakerlər də “qana-qan, dişə-diş” prinsipi ilə hərəkət edirlər – TƏHLİL 17:17 | Prezident İlham Əliyev FƏRMAN İMZALADI 16:02 | Respublikanın Baş epidemioloqundan vətəndaşlara ÇAĞIRIŞ 15:26 | Şikayətçilər baş həkim Emin Hüseynin qanunsuz əməllərindən danışdılar 15:16 | Kamran Əliyev onlara yeni vəzifə verdi 14:50 | SON DƏQİQƏ: Bakıda etiraz aksiyası keçirilir 14:49 | Ali məktəblərə qəbul imtahanları niyə elan edilmir?- RƏSMİ AÇIQLAMA 14:37 | Kollec məzunlarının qeydiyyatı başladı 13:13 | Etirazçılar Trampı Ağ Evin bunkerində gizlənməyə məcbur etdi- SON DƏQİQƏ 12:50 | "Ən çox təhqirə məruz qalan şəxslərdən biri mənəm"- Milli Məclisin sədr müavinindən ŞOK AÇIQLAMA 12:26 | Milli Məclis tarixində bir İLK OLDU 12:05 | Ailə üzvlərində koronavirus aşkarlanan abituriyent imtahana BURAXILMAYACAQ 11:44 | Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik? 11:41 | Parlamentin növbədənkənar sessiyasının ilk iclası başladı 10:56 | Bərdədə oğul anası və bacısını güllələyib – Rəsmi açıqlama 10:37 | Mayda hərraclarda nə qədər valyuta satılıb? - FOND MƏLUMAT YAYDI 09:58 | Buraxılış imtahanlarının vaxtı açıqlandı - QRAFİK 09:24 | Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO