Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
6-04-2020, 11:24

"Qida Təhlükəsizliyi Agentliyi nə qədər taxıl və un ehtiyatı qaldığını açıqlamalıdır..." - qiymət sürətlə bahalaşır

"Qida Təhlükəsizliyi Agentliyi nə qədər taxıl və un ehtiyatı qaldığını açıqlamalıdır..." - qiymət sürətlə bahalaşır

 

Un qıtlığı yaranıb, qiymət sürətlə bahalaşır.

Strateji Yol Xəritəsi"ni götürün, tozunu təmizləyin, baxın.

Unun qiyməti sürətlə bahalaşır. 50 kiloqramlıq əla növ unun 1 kisəsinin qiyməti 26 manatdan 28 manata qalxıb. Hətta bu qiymətə də una tələbat kəskin artdığına görə, topdansatış müəssisələrinin çoxu satışı dayandırıb, qiymətin daha da bahalaşmasını gözləyirlər. Bu sürətlə bahalaşma davam edərsə, yəqin ki, yaxın günlərdə qiymət 30-35 manat aralığında olacaq. Odur ki, mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və unun qiymətinin bahalaşmasının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar aparılmalıdır.

Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinə səslənirəm, "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ni götürün, tozunu təmizləyin, baxın görün, 2020-ci ilədək aşağıdakılardan hansına nail olmusunuz.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə) aşağıdakı əsas hədəf indikatorları müəyyən edilmişdir:

● ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artması;
● pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması;
● barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə artması;
● 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə 25 kiçik və orta sahibkarlıq subyektinin yaranması;
● əlavə 665 milyon manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması;
● inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin hazırlanması;
● istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz artması;
● istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən mineral gübrələrdən istifadənin 25 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən istifadəsinin 25 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də tinglərdən istifadə səviyyəsinin 90 faizə çatdırılması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla, eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz artması;
● bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsilalanların sayının 20 faiz artması;
● özəl baytarlıq xidməti göstərənlərin sayının 30 faiz artması;
● paytaxtda və iri şəhərlərdə 5 "yaşıl market”in və 50 "fermer mağazası”nın qurulması;
● 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin ixtisaslaşması;
● suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması.

Qida Təhlükəsizliyi Agentliyi xalqa hesabat verməli, nə qədər taxıl və un ehtiyatı qaldığını, tələbatın indiki səviyyəsi ilə onun nə vaxta qədər bəs edəcəyini açıqlamalıdır.

Qubad İbadoğlu, İqtisadçı alim //moderator.az//
XƏBƏR LENTİ
18:37 | Karantin yumşaldılsa da, bölgələrə gediş-gəliş niyə bərpa olunmur? - MÜNASİBƏT 18:10 | Pərviz Abdullayev Türkiyədə parodiya olundu: “Toyuq budu nə gedəəərrr?” - VİDEO 18:00 | Mixail Zabelin şəhid anaları haqqında nə dedi -FOTOLAR 17:50 | Dolların sabaha olan MƏZƏNNƏSİ 17:35 | İSRAİL-İRAN KİBERMÜHARİBƏSİ: hakerlər də “qana-qan, dişə-diş” prinsipi ilə hərəkət edirlər – TƏHLİL 17:17 | Prezident İlham Əliyev FƏRMAN İMZALADI 16:02 | Respublikanın Baş epidemioloqundan vətəndaşlara ÇAĞIRIŞ 15:26 | Şikayətçilər baş həkim Emin Hüseynin qanunsuz əməllərindən danışdılar 15:16 | Kamran Əliyev onlara yeni vəzifə verdi 14:50 | SON DƏQİQƏ: Bakıda etiraz aksiyası keçirilir 14:49 | Ali məktəblərə qəbul imtahanları niyə elan edilmir?- RƏSMİ AÇIQLAMA 14:37 | Kollec məzunlarının qeydiyyatı başladı 13:13 | Etirazçılar Trampı Ağ Evin bunkerində gizlənməyə məcbur etdi- SON DƏQİQƏ 12:50 | "Ən çox təhqirə məruz qalan şəxslərdən biri mənəm"- Milli Məclisin sədr müavinindən ŞOK AÇIQLAMA 12:26 | Milli Məclis tarixində bir İLK OLDU 12:05 | Ailə üzvlərində koronavirus aşkarlanan abituriyent imtahana BURAXILMAYACAQ 11:44 | Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik? 11:41 | Parlamentin növbədənkənar sessiyasının ilk iclası başladı 10:56 | Bərdədə oğul anası və bacısını güllələyib – Rəsmi açıqlama 10:37 | Mayda hərraclarda nə qədər valyuta satılıb? - FOND MƏLUMAT YAYDI 09:58 | Buraxılış imtahanlarının vaxtı açıqlandı - QRAFİK 09:24 | Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO