Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
4-04-2020, 19:59

KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye

KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye

 

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilib.

Axar.az xəbər verir ki, o bundan əvvəl Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

Əhməd İsmayılov 1980-ci ildə anadan olub.

2002-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması” ixtisası üzrə magistr dərəcəsi alıb.

2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb.

20 iyun 2018 – ci il tarixdən Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının "Dənizçilər” İlk Ərazi Təşkilatının sədri olub.

Əhməd İsmayılov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 23 iyun 2017-ci il tarixli 3028 nömrəli Sərəncamı ilə "Tərəqqi” medalı və 20 oktyabr 2018-ci il tarixli 587 nömrəli Sərəncamı ilə "Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

O, 2019-cu ildən etibarən Heydər Əliyev Fondu "Regional İnkişaf” İctimai Birliyində ekspert vəzifəsində çalışır.

​Ailəlidir.

XƏBƏR LENTİ
18:37 | Karantin yumşaldılsa da, bölgələrə gediş-gəliş niyə bərpa olunmur? - MÜNASİBƏT 18:10 | Pərviz Abdullayev Türkiyədə parodiya olundu: “Toyuq budu nə gedəəərrr?” - VİDEO 18:00 | Mixail Zabelin şəhid anaları haqqında nə dedi -FOTOLAR 17:50 | Dolların sabaha olan MƏZƏNNƏSİ 17:35 | İSRAİL-İRAN KİBERMÜHARİBƏSİ: hakerlər də “qana-qan, dişə-diş” prinsipi ilə hərəkət edirlər – TƏHLİL 17:17 | Prezident İlham Əliyev FƏRMAN İMZALADI 16:02 | Respublikanın Baş epidemioloqundan vətəndaşlara ÇAĞIRIŞ 15:26 | Şikayətçilər baş həkim Emin Hüseynin qanunsuz əməllərindən danışdılar 15:16 | Kamran Əliyev onlara yeni vəzifə verdi 14:50 | SON DƏQİQƏ: Bakıda etiraz aksiyası keçirilir 14:49 | Ali məktəblərə qəbul imtahanları niyə elan edilmir?- RƏSMİ AÇIQLAMA 14:37 | Kollec məzunlarının qeydiyyatı başladı 13:13 | Etirazçılar Trampı Ağ Evin bunkerində gizlənməyə məcbur etdi- SON DƏQİQƏ 12:50 | "Ən çox təhqirə məruz qalan şəxslərdən biri mənəm"- Milli Məclisin sədr müavinindən ŞOK AÇIQLAMA 12:26 | Milli Məclis tarixində bir İLK OLDU 12:05 | Ailə üzvlərində koronavirus aşkarlanan abituriyent imtahana BURAXILMAYACAQ 11:44 | Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik? 11:41 | Parlamentin növbədənkənar sessiyasının ilk iclası başladı 10:56 | Bərdədə oğul anası və bacısını güllələyib – Rəsmi açıqlama 10:37 | Mayda hərraclarda nə qədər valyuta satılıb? - FOND MƏLUMAT YAYDI 09:58 | Buraxılış imtahanlarının vaxtı açıqlandı - QRAFİK 09:24 | Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO