Aeterna dərman şirkətinin vəzifəli şəxsinin hüquqlarını müdafiə edən vəkildən Dövlət Gömrük Komitəsinin rəsmi açıqlamasına əsaslı şəkildə cavabın əks olunduğu video müraciət

Gündəm / Sosial
4-04-2020, 06:30
 
 
Bu günlərdə dünya ölkələri koronovirus pandemiyası ilə çox  ciddi mübarizə aparır.On minlərlə insan təlafatına səbəb olan virusun Azərbaycanda da yayılması dövlət səviyyəsində bir sıra mühüm tədbirlərin görülməsi ilə nəticələndi.Vətəndaşların sağlamlığının qorunması,yaranmış çətinliklərin aradan  qaldırılması,yeni  tibbi avadanlıq və ləvazimatların ,dərmanların  alınması məqsədilə koronovirusla mübarizəyə dəstək fondu belə yaradıldı.Prezident də daxil olmaqla adi vətəndaşa kimi hər kəs az da olsa əllərindən gələni əsirgəmirlər.Ölkənin bu çətin sınaq qarşısında  mübarizə apardığı bir vaxtda  kanalımıza daxil olan növbəti şikayət də  elə tibbi ləvazimatlar və dərmanlar haqqındadır.Səsləndirilən iddialar çox  ciddidir. Söhbət milyonlarla manat dəyərində ,bu gün Azərbaycan əhalisinin ehtiyacı olan tibbi ləvazimatların  göz görə-görə  məhv olmasından gedir.Məsələyə bir qədər aydınlıq gətirək.Aeterna farm mmc nin səlaiyyətli nümayəndəsi Ramil Rüstəmov kanalımıza müraciət edərək  bildiridi ki,şirkətlərinə məxsus ,Azərbaycana gətirilmiş,gövlət rüsumları ödənilmiş və bütün tibbi  standartlara cavab verən on minlərlə dərman pereparatları Dövlət  Gömrük Komitəsinin İstintaq idarəsində qanunsuz olaraq saxlanılır və nə şirkətə,nə də istifadə üçün əhaliyə verilmir