Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
26-03-2020, 21:41

Bir şeirdən doğan hisslər...

 

Bir şeirdən doğan hisslər...

 

  Bir yanan ocağın qaralan közü,
Bir bəxtsiz atanın bükülən dizi,
Bu yurdun alnına yazılan yazı-
Şəhid!

Qanın asimana qalxan buxarı,
Tanrıdan yuxarı, göydən yuxarı,
Atılan güllənin ətdən məzarı-
Şəhid!

Haqsız divanların qurulan vaxtı,
Yerin göy üzünə burulan vaxtı,
Tanrının kar olan, kor olan vaxtı...
Şəhid.

Üstünə yükləsən parçalar dağı,
Nə var e çiynində bu dərddən ağır?
Kasıb qapısında qurulan çadır-
Şəhid!

Ümidsiz gözlərin çatılan qaşı,
Və ömrün bitməyən soyuğu, qışı,
Səmadan asılı qalan göz yaşı-
Şəhid!

Heç vaxt əriməyən zirvənin qarı,
Arzusu yarımçıq, ümidi yarım,
Mərmidən deşilmiş əsgər paltarı-
Şəhid!

 
Bir yanan ocağın qaralan közü,
Bir bəxtsiz atanın bükülən dizi,
Bu yurdun alnına yazılan yazı-
Şəhid!

Qanın asimana qalxan buxarı,
Tanrıdan yuxarı, göydən yuxarı,
Atılan güllənin ətdən məzarı-
Şəhid!

Haqsız divanların qurulan vaxtı,
Yerin göy üzünə burulan vaxtı,
Tanrının kar olan, kor olan vaxtı...
Şəhid.

Üstünə yükləsən parçalar dağı,
Nə var e çiynində bu dərddən ağır?
Kasıb qapısında qurulan çadır-
Şəhid!

Ümidsiz gözlərin çatılan qaşı,
Və ömrün bitməyən soyuğu, qışı,
Səmadan asılı qalan göz yaşı-
Şəhid!

Heç vaxt əriməyən zirvənin qarı,
Arzusu yarımçıq, ümidi yarım,
Mərmidən deşilmiş əsgər paltarı-
Şəhid!

Gəlməyən sabahın itkin günəşi,
Yarımçıq bir bəxtin yarım gərdişi,
Sinədən açılan yaylım atəşi-
Şəhid!

Batan bir günəşin can verən bərqi,
Torpağa qan ilə çəkilən sərgi,
Üçrəngli bayrağın dördüncü rəngi-
Şəhid!

Elcin Memmedov
 
Bir şeirdən doğan hisslər...

Çağdaş Azərbaycan ədəbiyyatının bəlkə bu gün özünün də fərqində olmadığı nümunələrini yaradan söz sənətkarları içində E.Məmmədov xüsusi dəsti - xətti olan simalardandır. Vətənə ,torpağa ,xalqa qəlbən bağlı olan bu insanın yaradıcığının ana xəttini də sadaladığlarımız müqəddəsliklərə məhəbbət təşkil edir. 
Tarixən yazılan bütün ədəbiyyat nümunələri yarandığı dövrdə deyil , çox- çox sonralar layiqli qiymətini almış , bədii ədəbiyyat nümunələri kimi ədəbiyyat tariximizə yazılmışdır.
Hər dövrün özünəməxsus hadisələri , məişəti , insanları , faciələri xalqın içindən çıxan insanlar tərəfindən qələmə alınmış və tarixin həmin mərhələsini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Özünü bütünlükdə Vətənin və xalqın ağrı - acısına qurban vermiş sənətkarlar bu yaşamları dilə gətirməklə əbədi olaraq adlarını onun tarixinə yazanlardır.
E. Məmmədov da torpaqlarının 30 faizdən çoxu işğal olunmuş , hər parçası bir qonşusunda əsir qalmış Azərbaycan adlı məmləkətin oğludur. Elə bir məmləkətin ki , onun varlığı üçün hər canından və qanından keçərək müqəddəs Şəhidlik zirvəsinə yüksələn övladları var. Elə bir məmləkətin ki , süfrəsini açdığı insanlar onun yağısına çevrilib.Elə bir məmləkətin ki , dünyaya yalnız barış carçısı kimi çıxış edir.  Qəhrəmanlıq simvoluna çevrilmiş Şəhidlərimizə E.Məmmədovun ithaf etdiyi " Şəhid " şeiri bu mövzuda yazılmış ən yaxşı nümunələrdəndir. Bu şeir yox , elegiyadır , əsərdir. Elə bir əsər ki , onun yalnız qiymətini tarix verə bilər.Elə bir əsər ki , tarixin şanlı səifəsini öz qanlarıyla yazan igidlərin dəyərinin ölçüyəsığmaz olduğunu göstərir.
 Hər şeydən əvvəl onu qeyd edim ki , içindən ağrını yaşamayan biri heç vaxt bu acını dilə gətirə bilməz. Məhz  bu ağrının gücü onu dilləndirir , beyin düşüncələrini misralara köçürməyə sövq edir. Həmin ağrının şiddətindən isə yeni söz və ifadələr yaranır. Məhz Elçinin şeirində olduğu kimi: 
" Bir yanan ocağın qaralan közü,
Bir bəxtsiz atanın bükülən dizi,
Bir yurdun alnına yazılan yazı
Şəhid "
" Bu yurdun alnına yazılan yazını " qələmə alan insanın iç dünyası bu ağrıya gömüldüyü üçün hayqırtı edir , bu taleyə üsyan qaldırır.
E.Məmmədovun Vətən sevgisi , torpağ məhəbbəti tam fərqli bir səpkidədir. Torpağı və yurdu Elçin kimi sevmək üçün onun gözü ilə , onun qəlbi ilə bu torpağa baxmaq lazım. 
Şeirin hər bəndində sənətkarın müqəddəsliklərə qürür hissi ilə yanaşı, bu yurdun başına gətirilənlərə nifrət və qəzəb duyulmaqdadır. 
Şeirin bütün bəndlərinin ayrı - ayrılıqda təhlili bunu deməyə əsas verir. 
Bədii sözün qüvvəsinin ən təsirli bəndlərindən olan "
Qanın asimana qalxan buxarı ,
Tanrıdan yuxarı , göydən yixarı " - bəndi yoxluğun vara çevrilməsinin bədii inkasıdır.Bu isə şairin sözünün gücünün və qüvvəsinin əksidir.
Qanın asimana buxarlanması - həm elmi , həm də bədii baxımdan təhlilə ehtiyacı olan misra. Bilirik ki , qan formalı elementlər və plazmadan ibarətdir. Formalı elementlər isə - trombosit, leykosit , eritrositdən ibarədir. Plazma isə su , qeyri - üzvi və üzvi maddələrdən ibarətdir. Bu maddələr parçalanmasa bixarlanma ola bilməz. Sənətkar da şəhid qanının heç vaxt parçaıanmayb , " buxarlanaraq" Vətən göylərinə əbədi hopmasını və bu hopmanın da tanrıdan və göydən də uca məqamda toplandığını bədii ifadə ilə qələmə alır. 
Şəhidin ölməzliyi və  əbədiliyinin ifadəsi üçün isə bundan gözəl söz seçilə bilməzdi. Təkcə bu beyt ədəbiyyatda romantizm və realizmin bir vəhdətdə borləşmək gücünə malik olmasını verən ən gözəl poetik ifadədir.
Şeirdə reallığın gücünü və əzəmətini özündə əks etdirən poetik ifadələr çoxdur. 
"Atılan güllənin ətdən məzarı" ,  "Səmadan aslı qalan göz yaşı " , " Gəlməyən sabahın itkin günəşi " və b. 
Bu misraların hər birinin ayrı -ayrılıqda təhlil uzun zaman apara bilər. 
Şeirin insan qəlbinə və beyninə hakim kəsilən ən təsirli bəndi isə 
" Batan bir günəşin can verən bərqi , 
Torpağa qan ilə çəkilən sərgi ,
Üçrəngli bayrağın dördüncü rəngi ,
Şəhid " - bəndidir
Müqəddəs canlarını fəda etmiş Şəhidlərin ucalığını bayrağın dördüncü rəngi kimi səciyyələndirmək - bu əzəmətin təhlilini vermək üçün söz seçə bilmədim. Elçin artıq bu əzəməti vermiş və ondan sonra deyiləcək və yazılacaq hər hansı söz bu müqəddəsliyi ifadə üçün çox zəif olardı. 
Dövlətin rəmzlıri onun dövlət olduğunu sübut edən ən qiymətli amillərdir. Ölkənin varlığı , ayaqda qalması və yaşaması üçün öz canlarını fəda edənlər onun əbədilik rəmzinə çevrilir , həmin dövlət , həmin xalq yaşadıqca onlar da əbədiyaşarlıq qazanırlar. 
Torpağı həyatından üstün tutanlar məhz bu bayrağa bükülürək , canlarından çox sevdikləri torpağına qovuşar. Və bu bayrağa gözəllik və özəllik verənlər də Şəhidlərdir. Və dövlətçilik tarixi yaşadıqca onlar da əbədi yaşayacaq
 
Muellif:Elçin Məmmədov

Tedqiqatçi: Mehriban Sadiqova.

XƏBƏR LENTİ
12:11 | SON DƏQİQƏ: Azərbaycanlı idmançı koronavirusdan öldü 11:35 | Hökumət yoxsul vətəndaşların kreditlərinə niyə güzəşt etmədi? - GƏLİŞMƏ 11:24 | "Qida Təhlükəsizliyi Agentliyi nə qədər taxıl və un ehtiyatı qaldığını açıqlamalıdır..." - qiymət sürətlə bahalaşır 11:07 | "Azsığorta"da BÖHRANLI MƏNZƏRƏ - xalis mənfəəti 83% azalıb 10:45 | Türk alimlər sevindirdi : ''May ayında koronavirus ...'' 10:19 | Millət vəkilindən pozitiv paylaşım – Video 10:06 | Covid 19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər 09:50 | SMS müraciətlərində gecikmələrlə bağlı rəsmi açıqlama 09:30 | Hacı Əbdül vəfat etdi 22:18 | İşıqpulu ilə bağlı əhaliyə vacib xəbər 19:59 | KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye 17:44 | Prezident KİVDF-yə yeni rəhbər təyin etdi - Sərəncam 17:23 | Vüqar Səfərli vəzifədən azad edildi - Sərəncam 17:04 | Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur - RƏSMİ 16:31 | SON DƏQİQƏ: Rusiyada güclü partlayış baş verib 15:22 | Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı 14:36 | Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB 14:08 | Temperatur aşağı düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ 13:44 | Avtomobillə sərnişindaşıma qadağan olunacaq - AÇIQLAMA 13:13 | DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi - Diqqət! 12:35 | Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ 11:33 | Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı