Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
25-03-2020, 13:08

Azərbaycan üçün arzuolunmaz təhdid - GƏLİŞMƏ

Azərbaycan üçün arzuolunmaz təhdid - GƏLİŞMƏ

 

Dünya bazarında neftin kəskin ucuzlaşması Azərbaycan üçün müham əhəmiyyət daşıyan təbii qazın qiymətlərinə necə təsir edəcək? İndi ən aktual suallardan biri də budur.

Bu sualı Moderator.az-a şərh edən neft məsələləri üzrə tanınmış ekspert, Neft Araşdırmaları Fondunun prezidenti İlham Şaban hesab edir ki, bu amil qaçılmazdır:

"Əlbəttə, neftin ucuzlaşması təbii qaza da ciddi təsir edəcək. Onsuz da qazın qiyməti ilin əvvəlindən enməyə başlamışdı”.

Ekspert bildirib ki, neftlə qazın qiyməti arasında olan uyğunluq özünü qısa vaxtda deyil, daha uzun müddətdə biruzə verir:

"Bu gün qazın dünya bazarındakı mövcud qiyməti 6 ay əvvəlki qiymətdir. Yəni, neftin 55 dollara olan dövrünə uyğundur. Hazırda Avropa bazarında qazın bir kubmetrinin dəyəri 200 dollardan aşağıdı. Maye qaz isə daha ucuzdu. Çünki onun ən böyük alıcısı Çindir və oradakı vəziyyətlə bağlı qaza tələbat aşağı düşüb. Sənaye obyektlərinin çoxunun dayandırılması ilə əlaqədar qazın istifadəsi azalıb”.

İlham Şabanın sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar biz qazın qiymətinin daha çox ucuzlaşmasını isə əsasən ilin ortalarında müşahidə edəcəyik:

"İndi neftin kəskin ucuzlaşmasının nəticələri qazın qiymətində öz təsirini cari ilin ortalarında göstərəcək. Hətta o dövrdə neftin qiyməti qalxsa belə, ilin ortasında qazın qiyməti minimum həddə, yəni 150 dollara, hətta bir az da aşağı düşəcək. Bu ehtimal böyükdür”.

İ. Şabanın fikrincə, bu ehtimal həm də ona görə yüksəkdir ki, iki gün əvvəl İtaliyanın baş nazirinin qərarı ilə ölkədəki sənaye sahəsinin 70 faizi işini dayandırıb. Yaxın zamanlarda bu, Almaniya və Fransada da özünü göstərəcək:

"Bu isə o deməkdir ki, qazın ən böyük bazarlarından biri olan Avropa məkanında enerjiyə tələbat azalacaq. Bununla da Avropada təqribən 50 milyardlıq qaz istehlakı aşağı düşəcək. Təbii olaraq isə qazın qiyməti də ucuzlaşacaq”.
XƏBƏR LENTİ
00:24 | Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü 23:46 | Bakıda avtomobillər 100 manat cərimə olundu - DYP-dən açıqlama 23:20 | Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında evdən çıxacaq şəxslərin - SİYAHISI 22:47 | Ünvanlı yardım müddəti bitən ailələrə ŞAD XƏBƏR 22:04 | Korona xəstələrini sağaldan azərbaycanlı həkimdən ŞOK — Əlamətləri bilinmir və isti havada... - MÜSAHİBƏ 21:54 | Xüsusi karantin dövründə yalnız bu müəssisələr işləyəcək - SİYAHI 21:13 | DİQQƏT! Evdən çıxmaq üçün bu nömrəyə SMS göndərməlisiniz 21:02 | Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur 19:00 | “Şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək” 18:32 | Milli Məclisdə islahat başladı 18:05 | Böyük neft oyunları: Artıq ABŞ da qorxmağa başlayır - TƏHLİL 17:38 | “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib 16:39 | Ronaldo bütün dövrlərin ən yaxşı oyunçusu seçildi 16:14 | Qarabağda döyüşü dayandıran qəfil zəng: Ali baş komandan atəşkəsdən məlumatsız olub? - Ermənistanı qarışdıran sözlər 15:50 | Azərbaycan nefti bir az da ucuzlaşdı - 19 ilin rekordu 15:40 | "Xəstələrin sayı artsa... " - TƏBİB rəsmisi 13:58 | Vətəndaşlar icazə ilə evdən çıxa biləcək - Sənəd hazırlanır - RƏSMİ 13:21 | Bu tarixdən əhaliyə pul ödəmələr başlanacaq - AÇIQLAMA 12:50 | İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO 12:27 | Prezident bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM 12:12 | Azərbaycanda 41 yeni yoluxma - RƏSMİ 11:24 | Bu texnikalar ƏDV-dən azad edildi - QƏRAR