Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
25-03-2020, 12:34

Apteklərdə spirt və maska qıtlığı – BELƏ NƏ QƏDƏR DAVAM EDƏCƏK?

Apteklərdə spirt və maska qıtlığı – BELƏ NƏ QƏDƏR DAVAM EDƏCƏK?

 

 
 

Məlum olduğu kimi, hazırda ölkədə koronavirusla mübarizə istiqamətində ciddi tədbirlər görülür ki, bütün bunlar da vətəndaşların virusa yoluxma riskini minimuma endirməyə hesablanıb. Lakin bu tədbirlər fonunda apteklərdə bir sıra zəruri tibbi avadanlıqların qəhətə çıxması insanların pandemiya ilə mübarizə əzminə bilavasitə təsir göstərməkdədir.

KONKRET.az-ın əməkdaşlarının konkret olaraq Sumqayıt şəhərinin bir sıra apteklərində apardığı müşahidələr bunu deməyə bir daha əsas verir. Şəhərin əksər apteklərində artıq iki həftədir tibbi maska və beş gündür spirt qıtlığı insanların böyük narahatlığına və narazılığına zəmin yaradıb. Şəhərdə fəaliyyət göstərən "Zeytun” apteklərindən birinin əczaçısının bildirdiyinə görə, buna səbəb "Avromed” şirkətinin onları zəruri tibbi vasitələrlə təmin etməməsidir: "Avromed” öz apteklərindən, yəni "Dokta”lardan başqa apteklərə maska və spirt vermir. Bu məhsullara ciddi tələbat yarandığı bir vaxtda süni məhsul qıtlığı yaradaraq inhisarçılıq edir. Hər gün yüzlərlə alıcıdan yersiz tənqid və təhqirlər eşidirik. İnsanları başa sala bilmirik ki, depodan bu ləvazimatları əldə edə bilmirik. Elə bilirlər ki, maska və spirti əlaltdan baha satırıq. Qarğış edib gedirlər”.

Apteklərdə əczaçılarla söhbətimiz zamanı doğrudan da belə bir mənzərənin bir neçə dəfə şahidi olduq. Belə ki, içəri girən bir neçə alıcı "Spirt və maska yoxdur” sözlərini eşitcək, oranı aqressiv halda tərk edirdi. Bəzi alıcılara "Spirt bir saatdan sonra olacaq” cavabını eşidəndə isə öyrəndik ki, söhbət spreylərdən gedir ki, onların da qiyməti artıq 4 manata qalxıb.

Əczaçının bildirdiyinə görə, belə bir dönəmdə bu zəruri tibbi məhsulların olmaması onların özünü də risk altına atıb: "Biz özümüz də əllərimizi dezinfeksiya etmək üçün spirt və qoruyucu maska tapa bilmirik. Hər gün yüzlərlə insanla bu şəkildə təmas qurmaqla həm özümüzü, həm də insanları riskə atırıq”. Xanım əczaçı bütün bu çatışmazlıqlara görə əczaçılıq məhsullarının Azərbaycanda ən böyük idxalçısı sayılan "Avromed” şirkətinin məsuliyyət daşıdığını dedi.

Beləliklə, görünən odur ki, virusla mübarizədə hökumətin daha ciddi addımlar atdığı bir vaxtda bəzi qurumlar məsələyə barmaqarası və öz maraqlarından yanaşmaqdadırlar. Və biz bu işdə konkret olaraq kimləri isə ittiham etməsək də, hər halda aidiyyəti orqanların məsələylə bağlı ciddi araşdırmalar aparacağına ümid edirik.


XƏBƏR LENTİ
00:24 | Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü 23:46 | Bakıda avtomobillər 100 manat cərimə olundu - DYP-dən açıqlama 23:20 | Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında evdən çıxacaq şəxslərin - SİYAHISI 22:47 | Ünvanlı yardım müddəti bitən ailələrə ŞAD XƏBƏR 22:04 | Korona xəstələrini sağaldan azərbaycanlı həkimdən ŞOK — Əlamətləri bilinmir və isti havada... - MÜSAHİBƏ 21:54 | Xüsusi karantin dövründə yalnız bu müəssisələr işləyəcək - SİYAHI 21:13 | DİQQƏT! Evdən çıxmaq üçün bu nömrəyə SMS göndərməlisiniz 21:02 | Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur 19:00 | “Şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək” 18:32 | Milli Məclisdə islahat başladı 18:05 | Böyük neft oyunları: Artıq ABŞ da qorxmağa başlayır - TƏHLİL 17:38 | “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib 16:39 | Ronaldo bütün dövrlərin ən yaxşı oyunçusu seçildi 16:14 | Qarabağda döyüşü dayandıran qəfil zəng: Ali baş komandan atəşkəsdən məlumatsız olub? - Ermənistanı qarışdıran sözlər 15:50 | Azərbaycan nefti bir az da ucuzlaşdı - 19 ilin rekordu 15:40 | "Xəstələrin sayı artsa... " - TƏBİB rəsmisi 13:58 | Vətəndaşlar icazə ilə evdən çıxa biləcək - Sənəd hazırlanır - RƏSMİ 13:21 | Bu tarixdən əhaliyə pul ödəmələr başlanacaq - AÇIQLAMA 12:50 | İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO 12:27 | Prezident bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM 12:12 | Azərbaycanda 41 yeni yoluxma - RƏSMİ 11:24 | Bu texnikalar ƏDV-dən azad edildi - QƏRAR