Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
25-03-2020, 11:02

Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH

Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH
 

Prezident İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında AzTV-yə müsahibə verərkən Azərbaycanda koronavirusa qarşı görülən işlərdən, tədbirlər planından söz açıb.

Prezidentin müsahibə zamanı səsləndirdikləri fikirlər ictimai məsuliyyət, sosial davranış qaydalarına əməl edilməsi yönündə vacib çağırışlardan ibarətdir.

"Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə, edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcək”, - deyə Prezident bildirib.

İlham Əliyev Azərbaycan xalqının mental dəyərlərinin, xalqın psixologiyasında həmrəyliyin dərin kök salmasına da toxunub.

Prezident müsahibədə bu məqamları qabardaraq, Azərbaycan xalqının etnik, sosial mənsubiyyətindən asılı olmayaraq, koronavirusa qarşı mübarizədə yumruq kimi birləşdiyi mesajını verib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda milli həmrəylik, məsuliyyət, milli birlik bizə bu xəstəliyə qalib gəlməyə imkan verəcək.

İlham Əliyev xalqa çağırış edərək, "yaşlı nəslin nümayəndələrini, özünüzü, uşaqlarınızı qoruyun” deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə martın 19-da Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

İlkin olaraq Prezidentin Ehtiyat Fondundan Dəstək Fonduna 20 milyon manat ayrılıb.

Bununla yanaşı, müxtəlif ictimai təşkilatlar, hüquqi və fiziki şəxslər, vəzifəli şəxslər, dövlət qurumları bu Fonda müxtəlif məbləğlərdə ianələr ediblər.

Prezident müsahibədə qeyd edib ki, qısa zamanda Fonda 60 milyon manat vəsaitin yığılması  xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu göstərir.

"Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir”, - deyə Prezident bildirib.

Ölkə rəhbərinin çağırışları koronavirus xəstəliyinə qarşı mübarizəyə stimul verməklə, vətəndaşların sosial məsuliyyətinin daha da artırılmasına istiqamətlənib.

Əhalinin sağlamlığının qorunması, xalqın rifah halının maksimum şəkildə yaxşılaşdırılması Azərbaycan dövlətinin qarşısına qoyduğu prioritetlər siyahısında ilk sıradadır. Bu məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı sosial layihələr həyata keçirilir və bu sosial siyasətin sürəti bundan sonra da yavaşımayacaq.

Dünya bazarlarında neftin qiymətində ucuzlaşma müşahidə olunur, bəzi ölkələr koronavirus pandemiyasına qarşı mübarizədə maliyyə çatışmazlığı ilə üzləşir.

Prezident isə deyib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək.

İlham Əliyev əmin edib ki, bütün sosial infrastruktur layihələri icra ediləcək və bu sahədə heç bir narahatlığa əsas yoxdur.


XƏBƏR LENTİ
00:24 | Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü 23:46 | Bakıda avtomobillər 100 manat cərimə olundu - DYP-dən açıqlama 23:20 | Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında evdən çıxacaq şəxslərin - SİYAHISI 22:47 | Ünvanlı yardım müddəti bitən ailələrə ŞAD XƏBƏR 22:04 | Korona xəstələrini sağaldan azərbaycanlı həkimdən ŞOK — Əlamətləri bilinmir və isti havada... - MÜSAHİBƏ 21:54 | Xüsusi karantin dövründə yalnız bu müəssisələr işləyəcək - SİYAHI 21:13 | DİQQƏT! Evdən çıxmaq üçün bu nömrəyə SMS göndərməlisiniz 21:02 | Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur 19:00 | “Şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək” 18:32 | Milli Məclisdə islahat başladı 18:05 | Böyük neft oyunları: Artıq ABŞ da qorxmağa başlayır - TƏHLİL 17:38 | “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib 16:39 | Ronaldo bütün dövrlərin ən yaxşı oyunçusu seçildi 16:14 | Qarabağda döyüşü dayandıran qəfil zəng: Ali baş komandan atəşkəsdən məlumatsız olub? - Ermənistanı qarışdıran sözlər 15:50 | Azərbaycan nefti bir az da ucuzlaşdı - 19 ilin rekordu 15:40 | "Xəstələrin sayı artsa... " - TƏBİB rəsmisi 13:58 | Vətəndaşlar icazə ilə evdən çıxa biləcək - Sənəd hazırlanır - RƏSMİ 13:21 | Bu tarixdən əhaliyə pul ödəmələr başlanacaq - AÇIQLAMA 12:50 | İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO 12:27 | Prezident bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM 12:12 | Azərbaycanda 41 yeni yoluxma - RƏSMİ 11:24 | Bu texnikalar ƏDV-dən azad edildi - QƏRAR