Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
25-03-2020, 10:45

İşıq və qaz limiti ilə bağlı təklif

 
 

İşıq və qaz limiti ilə bağlı təklif

 

"İnsanların ev şəraitində daha çox qalması onların işiq və qazdan da daha çox istifadəsinə gətirib çıxarır. Beləliklə, limiti keçən ailələrin sayı artacaq. Belə ailələr işıq və qazın xərclərini ikiqat ödəməli olurlar. Bu isə onsuz da durumu pisləşən ailələrin gəlirlərinin xeyli hissəsini işıq və qaza sərf etməsinə gətirib çıxarır”.

"Yeni Sabah” xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında millət vəkili Əli Məsimli işıq və qaz limitinin bu müddət üçün aradan qaldırılması təklifindən danışarkən deyib.

Onun sözlərinə görə, hazırkı şəraitdə ailələrin xərclərini yüngülləşdirməkdən ötrü hökumətin hazırladığı tədbirlər paketində işıq və qaz limitinin ya tam, ya da nəzərəçarpan dərəcədə qaldırılması zəruridir:

"Artıq epidemiya halından çıxaraq pandemiya miqyasına yüksəlmiş "COVID-19” virusunun təsir dairəsinin genişlənməsi insanların həyat və sağlamlıqlarına real təhdidə çevrilməklə yanaşı, bu xəstəliyin doğurduğu təsirlər həm iqtisadi müstəvidə, həm də insanların gündəlik yaşam tərzində, eləcə də onların maddi vəziyyətində mənfi təsirini aydın şəkildə biruzə verməkdədir. Ona görə də ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı sistemli tədbirlər həyata keçirilir. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən martın 24-dən ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Məhdudlaşdırıcı tədbirlərin biznes strukturlarına və əhaliyə mənfi təsirini minimuma endirmək və mümkün sahələrdə isə tamammilə aradan qaldırmaqdan ötrü tədbirlər kompleksi hazırlanır. Həmin tədbirlər kompleksində insanların işdən çıxarılma hallarına yol verilməməsi, koronavirus təhlüksi sovuşana və insanlar normal fəaliyyət rejimində çalışmağa başlayanaqədərki dövrdə banklara borcu olanların əsas və faiz borclarını, eləcə də gecikmələrə görə pensiya, cərimə və s. dayandırılmasını, vergi güzəştlərini, eləcə də kommunal xidmətlərə görə xərclərin ödənilməsində güzəştləri zəruri hesab edirik.

Seçicilərlə görüş zamanı qaldırılan məsələr arasında işıq və qaz limitinin aradan qaldırılması məsələsi xüsusi yer tuturdu. Hesab edirik ki, Nazirlər Kabineti tərəfindən martın 24-dən ölkədə xüsusi karantin rejiminin tətbiqi bu məsələnin aktuallığını daha da artırıb”.


XƏBƏR LENTİ
00:24 | Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü 23:46 | Bakıda avtomobillər 100 manat cərimə olundu - DYP-dən açıqlama 23:20 | Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında evdən çıxacaq şəxslərin - SİYAHISI 22:47 | Ünvanlı yardım müddəti bitən ailələrə ŞAD XƏBƏR 22:04 | Korona xəstələrini sağaldan azərbaycanlı həkimdən ŞOK — Əlamətləri bilinmir və isti havada... - MÜSAHİBƏ 21:54 | Xüsusi karantin dövründə yalnız bu müəssisələr işləyəcək - SİYAHI 21:13 | DİQQƏT! Evdən çıxmaq üçün bu nömrəyə SMS göndərməlisiniz 21:02 | Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur 19:00 | “Şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək” 18:32 | Milli Məclisdə islahat başladı 18:05 | Böyük neft oyunları: Artıq ABŞ da qorxmağa başlayır - TƏHLİL 17:38 | “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib 16:39 | Ronaldo bütün dövrlərin ən yaxşı oyunçusu seçildi 16:14 | Qarabağda döyüşü dayandıran qəfil zəng: Ali baş komandan atəşkəsdən məlumatsız olub? - Ermənistanı qarışdıran sözlər 15:50 | Azərbaycan nefti bir az da ucuzlaşdı - 19 ilin rekordu 15:40 | "Xəstələrin sayı artsa... " - TƏBİB rəsmisi 13:58 | Vətəndaşlar icazə ilə evdən çıxa biləcək - Sənəd hazırlanır - RƏSMİ 13:21 | Bu tarixdən əhaliyə pul ödəmələr başlanacaq - AÇIQLAMA 12:50 | İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO 12:27 | Prezident bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM 12:12 | Azərbaycanda 41 yeni yoluxma - RƏSMİ 11:24 | Bu texnikalar ƏDV-dən azad edildi - QƏRAR