Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
24-03-2020, 15:42

Mənzildə olan sayğacların oxunması dayandırılır - RƏSMİ

 

Mənzildə olan sayğacların oxunması dayandırılır - RƏSMİ

 

 

Mənzillərin daxilində olan su sayğaclarının oxunması müvəqqəti dayandırılır.

Bu barədə Oxu.Az-a "Azərsu” ASC-dən məlumat verilib.

Qeyd olunur ki, Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə "Azərsu” ASC tərəfindən zəruri tədbirlər görülür. 

Bu tədbirlərin tərkib hissəsi olaraq "Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək məqsədilə 24 mart 2020-ci il tarixindən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılır. 

Bununla əlaqədar cari ayda sərf edilmiş suyun həcmi əvvəlki 12 aylıq dövrdə istifadə edilmiş orta aylıq həcmə əsasən, informasiya sistemi tərəfindən avtomatik olaraq müəyyən ediləcək. Sonradan sayğaca baxış keçirilərkən faktiki göstəriciyə uyğun olaraq, orta sərfiyyat üzrə aparılmış hesabatlara düzəlişlər ediləcək.

Eyni zamanda, abonentlər təqdim edilən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətindən (https://www.e-gov.az/az/login/index/…) istifadə etməklə, sayğacın faktiki göstəricisinə əsasən formalaşmış elektron bildiriş-faktura əldə edə bilərlər.

Pilləkən qəfəslərində, mənzillərin və həyət evlərinin xaricində quraşdırılmış sayğacların oxunması isə əvvəlki qaydada davam etdirilərək, bildiriş-fakturaların abonentlərlə təmas qurmadan ünvanların girişinə yerləşdirilməsi təmin olunacaq.

Yaranacaq suallarla bağlı vətəndaşlar "Azərsu” ASC-nin 955 saylı Zəng Mərkəzinə müraciət edə bilərlər.


XƏBƏR LENTİ
00:24 | Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü 23:46 | Bakıda avtomobillər 100 manat cərimə olundu - DYP-dən açıqlama 23:20 | Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında evdən çıxacaq şəxslərin - SİYAHISI 22:47 | Ünvanlı yardım müddəti bitən ailələrə ŞAD XƏBƏR 22:04 | Korona xəstələrini sağaldan azərbaycanlı həkimdən ŞOK — Əlamətləri bilinmir və isti havada... - MÜSAHİBƏ 21:54 | Xüsusi karantin dövründə yalnız bu müəssisələr işləyəcək - SİYAHI 21:13 | DİQQƏT! Evdən çıxmaq üçün bu nömrəyə SMS göndərməlisiniz 21:02 | Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur 19:00 | “Şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək” 18:32 | Milli Məclisdə islahat başladı 18:05 | Böyük neft oyunları: Artıq ABŞ da qorxmağa başlayır - TƏHLİL 17:38 | “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib 16:39 | Ronaldo bütün dövrlərin ən yaxşı oyunçusu seçildi 16:14 | Qarabağda döyüşü dayandıran qəfil zəng: Ali baş komandan atəşkəsdən məlumatsız olub? - Ermənistanı qarışdıran sözlər 15:50 | Azərbaycan nefti bir az da ucuzlaşdı - 19 ilin rekordu 15:40 | "Xəstələrin sayı artsa... " - TƏBİB rəsmisi 13:58 | Vətəndaşlar icazə ilə evdən çıxa biləcək - Sənəd hazırlanır - RƏSMİ 13:21 | Bu tarixdən əhaliyə pul ödəmələr başlanacaq - AÇIQLAMA 12:50 | İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO 12:27 | Prezident bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM 12:12 | Azərbaycanda 41 yeni yoluxma - RƏSMİ 11:24 | Bu texnikalar ƏDV-dən azad edildi - QƏRAR