Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
18-03-2020, 12:22

Baş nazirin enerji və spirtli içkilərlə bağlı qərarı sabahdan qüvvəyə minir

 
 

Baş nazirin enerji və spirtli içkilərlə bağlı qərarı sabahdan qüvvəyə minir

 

Baş nazir Əli Əsədovun "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarı martın 19-dan qüvvəyə minir.

Xeberekspress.az xəbər verir ki, qərarla ölkəyə idxal edilən tütün məmulatları, enerji və spirtli içkilər üçün aksiz dərəcələri artırılıb.

Qərara əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1 000 ədədi üçün 20 manatdan 31 manata qaldırılıb.

 

Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.

Enerji içkilərinin aksiz dərəcələri hər litr üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.

Tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün aksiz dərəcəsi isə 1,9 manat müəyyənləşib.

Viskilər, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan məhsullar, cin və ardıc tinkturası, araq və likörlərin bir litri üçün nəzərdə tutulan məbləğ 10 manatdan 11.2 manata qaldırılıb.

Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün  aksiz dərəcəsi isə 10 manatdan 7,2 manata endirilib.


XƏBƏR LENTİ
00:24 | Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü 23:46 | Bakıda avtomobillər 100 manat cərimə olundu - DYP-dən açıqlama 23:20 | Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında evdən çıxacaq şəxslərin - SİYAHISI 22:47 | Ünvanlı yardım müddəti bitən ailələrə ŞAD XƏBƏR 22:04 | Korona xəstələrini sağaldan azərbaycanlı həkimdən ŞOK — Əlamətləri bilinmir və isti havada... - MÜSAHİBƏ 21:54 | Xüsusi karantin dövründə yalnız bu müəssisələr işləyəcək - SİYAHI 21:13 | DİQQƏT! Evdən çıxmaq üçün bu nömrəyə SMS göndərməlisiniz 21:02 | Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur 19:00 | “Şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək” 18:32 | Milli Məclisdə islahat başladı 18:05 | Böyük neft oyunları: Artıq ABŞ da qorxmağa başlayır - TƏHLİL 17:38 | “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib 16:39 | Ronaldo bütün dövrlərin ən yaxşı oyunçusu seçildi 16:14 | Qarabağda döyüşü dayandıran qəfil zəng: Ali baş komandan atəşkəsdən məlumatsız olub? - Ermənistanı qarışdıran sözlər 15:50 | Azərbaycan nefti bir az da ucuzlaşdı - 19 ilin rekordu 15:40 | "Xəstələrin sayı artsa... " - TƏBİB rəsmisi 13:58 | Vətəndaşlar icazə ilə evdən çıxa biləcək - Sənəd hazırlanır - RƏSMİ 13:21 | Bu tarixdən əhaliyə pul ödəmələr başlanacaq - AÇIQLAMA 12:50 | İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO 12:27 | Prezident bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM 12:12 | Azərbaycanda 41 yeni yoluxma - RƏSMİ 11:24 | Bu texnikalar ƏDV-dən azad edildi - QƏRAR