Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
30-10-2017, 16:10

Azərbaycan Prezidenti: Bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasına inanmırdılar

Azərbaycan Prezidenti: Bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasına inanmırdılar


Bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasına inanmırdılar.

Xeberekspress.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda dəmir yolunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur: "Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir".

Prezident vurğulayıb ki, bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artacaq, bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək, bu yol sabitliyə, təhlükəsizliyə xidmət göstərəcək: "Əminəm ki, bu yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq. Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti olacaq".

Dövlətimizin başçısı qeyd edib ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar: "Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil və bunun üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Lakin üç ölkə göstərdi və sübut etdi ki, bu mümkündür. Bizim güclü iradəmiz olan yerdə, qarşılıqlı dəstək olan yerdə, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da bir-birini dəstəkləyəcək".

İlham Əliyev deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir: "Bu dəmir yolu layihəsinə Orta Asiya, Qazaxıstan böyük maraq göstərir. Orta Asiyadan və Qazaxıstandan gəlmiş nümayəndə heyətləri, yüksək vəzifəli şəxslərin bu mərasimdə iştirakı bunu əyani şəkildə göstərir. Biz əminik ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq. Bizim ölkələrin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmlənəcək".
XƏBƏR LENTİ
10:24 | Bakıda xəstəxanada dörd ayda 50 ölüm - RƏSMİ 10:11 | Bibiheybət yolu bu tarixdə açılacaq - RƏSMİ 09:50 | Maska taxılması tələb olunan yerlərin - Siyahısı 09:48 | Şadlıq evləri və şou əhli “qan ağlayır”: "Biz rusuq ki, 50 nəfərlik toy keçirək?" 09:07 | Günəşdə baş verən partlayışın NƏTİCƏLƏRİ 23:11 | Prezident İlham Əliyev uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanı təsdiqləyib 23:10 | DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ 23:05 | “Real” ev oyunlarını “Santyaqo Bernabeu”da keçirməkdən imtina etdi 22:58 | Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq - ADLAR 22:56 | Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi 18:23 | Azərbaycanda daha 273 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi 18:04 | Xüsusi karantin rejimində YENİ MƏHDUDİYYƏT - RƏSMİ 17:48 | Bakı polisindən nazirlik qarşısında keçirilən aksiya ilə bağlı AÇIQLAMA 17:31 | Prezident mülki aviasiya işçilərini təltif etdi - SƏRƏNCAM 17:16 | Prezident Azərbaycandakı dini qurumlara maliyyə ayırdı - SƏRƏNCAM 16:54 | Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM 16:21 | Azərbaycanda daha bir vəzifəli şəxsə rüşvətə görə cinayət işi açıldı - RƏSMİ 15:52 | Xalq Prezidentə minnətdardır: “Sizə arxalanır və güvənirik” - MƏKTUBLAR 15:33 | Nazirdən dövlət qurumu barədə bədbin AÇIQLAMA: “Vəziyyəti ürəkaçan deyil” 13:41 | Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR 13:20 | Sabahın hava PROQNOZU 12:57 | Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyunun 5-də olacaq