Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
6-10-2017, 12:00 Oxunub: 214

Lənkəranda bələdiyyə ərazisində 30 ağac kəsilib - 8100 manat cərimə (FOTO)

Lənkəranda bələdiyyə ərazisində 30 ağac kəsilib - 8100 manat cərimə (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Lənkəran rayonu Tükəvilə kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı Lənkəran rayonu Separadi-Tükəvilə avtomobil yolunun sağ tərəfində, tarlaqoruyucu zolaqda yaşköküstə 20-44 sm diametrliyində 30 ağacın (ağcaqayın və küknar) kəsildiyi məlum olub.

Araşdırma zamanı sözügedən ərazinin Separadi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğu və təbiətə 8100 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun qaydada akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran şəhər Prokurorluğuna göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

mətbuat xidməti

Trend.az

XƏBƏR LENTİ