Azərbaycanlı məşhur müğənni şəxsi avtomobili ilə QƏZAYA DÜŞDÜ — Nişan günü də... - FOTO

Gündəm / Hadisə
29-02-2020, 14:52
 

Azərbaycanlı məşhur müğənni şəxsi avtomobili ilə QƏZAYA DÜŞDÜ — Nişan günü də... - FOTO

 

 
Müğənni Mənzurə Musayeva bu gün şəxsi avtomobili ilə qəzaya düşüb.

Xeberekspress.az milli.az-a istinadən xəbər verir ki, bunu müğənni "Gündən-günə"də deyib.

Mənzurə 4 ildən bir təqvimə düşən 29 fevralın onun üçün ən uğursuz günlərdən biri olduğunu bildirib. Müğənni nişan mərasiminin də məhz bu tarixdə baş tutduğunu və ailə həyatının çox qısa çəkdiyini qeyd edib:

"29 fevral mənə düşməyib. Nişan günüm fevralın 29-u olub. Bu gün də maşını əzmişəm. Telefonum da bu gün düşdü əzildi. Gətirib göstərə də bilərəm, pis gündədir. Mən hər dəfə 29-u gələndə qorxuram ki, "Görəsən bu dəfə başıma nə iş gələcək?!" Olur da! Daş düşəydi 29-u (fevral) mənim nişan günümə".