Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
24-02-2020, 15:40

Bəstəkarlar İttifaqında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Bəstəkarlar İttifaqında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

 

Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının xalqımıza və bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan F.Əlizadə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini bir daha diqqətə çatdırıb.

F.Əlizadə qeyd edib ki, bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti olduqca böyükdür.

Bəstəkarlar İttifaqının sədri qeyd edib ki, xalqımızın yaşadığı Xocalı soyqırımı milli musiqimiz vasitəsilə də dünyaya çatdırılır.

"Bu baxımdan "Xocalı”, "Xocalı laylası”, "Xocalı uşaqlarına lay-lay”, "Xocalı avazları”, "Xocalı-613”, "Xocalı naləsi” və başqa milli musiqi əsərləri dünyanın bir sıra ölkələrində ifa olunaraq müəyyən təbliğat vasitəsinə çevrilib. Xalqımızın qan yaddaşı olan Xocalı faciəsinin bütün dünya dövlətləri tərəfindən tanınmasında hər bir təbliğat vasitəsindən istifadə olunmalıdır. Bu baxımdan mövzu ilə əlaqədar yaranan milli musiqi əsərləri böyük əhəmiyyət kəsb edir”, - deyə F.Əlizadə vurğulayıb.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı və digər natiqlər çıxışlarında Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğulayaraq bildiriblər ki, Xocalı həqiqətlərinin dünyaya tanıdılması hər birimizin borcudur.

Sonra tədbir Xocalıya həsr olunan musiqi nömrələrinin səsləndirilməsi ilə davam edib.

XƏBƏR LENTİ
11:35 | Hökumət yoxsul vətəndaşların kreditlərinə niyə güzəşt etmədi? - GƏLİŞMƏ 11:24 | "Qida Təhlükəsizliyi Agentliyi nə qədər taxıl və un ehtiyatı qaldığını açıqlamalıdır..." - qiymət sürətlə bahalaşır 11:07 | "Azsığorta"da BÖHRANLI MƏNZƏRƏ - xalis mənfəəti 83% azalıb 10:45 | Türk alimlər sevindirdi : ''May ayında koronavirus ...'' 10:19 | Millət vəkilindən pozitiv paylaşım – Video 10:06 | Covid 19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər 09:50 | SMS müraciətlərində gecikmələrlə bağlı rəsmi açıqlama 09:30 | Hacı Əbdül vəfat etdi 22:18 | İşıqpulu ilə bağlı əhaliyə vacib xəbər 19:59 | KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye 17:44 | Prezident KİVDF-yə yeni rəhbər təyin etdi - Sərəncam 17:23 | Vüqar Səfərli vəzifədən azad edildi - Sərəncam 17:04 | Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur - RƏSMİ 16:31 | SON DƏQİQƏ: Rusiyada güclü partlayış baş verib 15:22 | Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı 14:36 | Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB 14:08 | Temperatur aşağı düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ 13:44 | Avtomobillə sərnişindaşıma qadağan olunacaq - AÇIQLAMA 13:13 | DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi - Diqqət! 12:35 | Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ 11:33 | Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı 11:09 | İmmuniteti gücləndirən qidalar - SİYAHI