Qaynarxətt: (+99470) 997 11 77
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
24-02-2020, 15:04

Koronavirusdan Azərbaycana Novruz zərbəsi

Koronavirusdan Azərbaycana Novruz zərbəsi

 

 
 
İrandan Azərbaycana gəlmək üçün tur paket alan iranlı turistlərin bir qismi səyahət biletlərini ləğv etmək üçün otellərə müraciət edib.

BakuPost xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a İranın "Ulduz" Turizm Şirkətinin rəhbəri Həmid Cahadi məlumat verib. O, bildirib ki, tur paket alan iranlı turistlərdən 8-9 ailə otellərə zəng edərək bronları ləğv etmək istədiklərini bildiriblər:


"Onların çoxu 4 ulduzlu otellərdə yer bron edən iranlı turistlərdir. Amma hələki biz sərhədlər bağlanmayanadək sifarişlərin ləğvi ilə bağlı tələbləri icra etmirik. Çünki, bu turistlərin özlərinə zərər vurur. Əgər səyahət bileti turist tərəfindən tam əsas olmadan ləğv edilirsə, bunun cəriməsini turist özü ödəyir".
 

Həmid Cahadi bildirib ki, koronavirus yayılmazdan öncə İrandan bu Novruz bayramında Azərbaycana 50 min turistin gəlməsi proqnozlaşdırılıb:

"Təkcə bizim şirkət 2-3 min arası turist cəlb etməyi nəzərdə tuturdu. Bu günə kimi bizim tur şirkətdən 1000-ə yaxın turist səyahət bileti alıb. Onların bir qismi konsertlər, digər qismi isə Novruz şənliklərində iştirak etmək istəyindədirlər. Novruz Bayramı Azərbaycanda daha maraqlı keçdiyi üçün, iranlı turistlər bu bayramı ölkəmizdə qeyd etmək arzusundadırlar. Amma Azərbaycanın Tehrandakı səfirliyi Azərbaycana vizaların verilməsini müvəqqəti olaraq dayandırıb. İranlı turistlərin əksəriyyəti Azərbaycana viza almaq üçün onlayn şəkildə müraciət edirlər və bu məsələdə heç bir problem yoxdur. Biz özümüz də müvəqqəti olaraq İrandan turistlərin rezervasiyasını dayandırmışıq."

"Baku Life Travel"ın rəhbəri Aqşin Hüseynov açıqlamasında bildirib ki, İranda koronavirus təhlükəsi ilə bağlı Azərbaycana səyahət bileti alanlardan bir neçə ailə biletin ləğvi üçün müraciət edib:

"Bizdən tur paket alan iranlı turistlərin sayı 30-35 ailədir. Əslində biz bu Novruzda İrandan daha çox turistin gələcəyini proqnozlaşdırırdıq. Amma İrandakı Azərbaycan konsulluğu viza verməyi dayandırıb. Ancaq turistlər asan vizaya müraciət edə bilərlər. Əgər İranla sərhədlər bağlanmasa güman edirik ki, Novruz bayramında Azərbaycana xeyli sayda iranlı turist gələcək. Çünki, rezervasiya etmək üçün müraciət edənlərin sayı çoxdur".

XƏBƏR LENTİ
13:35 | Azərbaycanda polisdə koronavirus aşkarlandı 13:22 | Sabah Azərbaycanda hərarət 35 dərəcəyə yüksələcək 12:59 | “Prezident belə biabırçılığa dözən adam deyil” - Çingiz Abdullayev 12:43 | Dərsliklər nə vaxt yığılacaq? - AÇIQLAMA 12:27 | DYP XƏBƏRDARLIQ ETDİ! ''Əgər cərimələri ödəməsəniz ...'' 10:50 | Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... 10:37 | Xətai rayonunda su olmayacaq - RƏSMİ 10:24 | ABŞ qoşunlarını Əfqanıstandan çıxarır 10:05 | “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı 09:44 | Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR - VİDEO 17:56 | Daha 149 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü - Video 17:37 | Gənc kuryerin ölümü ilə bağlı "Dominos Pizza Azərbaycan" şirkətindən RƏSMİ AÇIQLAMA 17:22 | İranda daha 57 nəfər koronavirusdan öldü 17:08 | Əhalinin Diqqətinə! Çimərlik və su istirahət mərkəzlərinin işləmə qaydası açıqlandı - RƏSMİ 16:52 | Azərbaycanda komendant saatı tətbiq edilir? - Baş infeksionist danışdı 14:08 | Avropa Məhkəməsi Ramil Səfərov barədə QƏRAR ÇIXARDI - YENİLƏNİB 14:07 | Türkiyə və Azərbaycan vətəndaşlarının təxliyə vaxtı bəlli oldu 13:27 | İstifadəyə yararsız ətlər aşkarlandı- DİN məsələyə qarışdı 13:09 | ÜST-dən Azərbaycanda karantin rejiminin yumşaldılmasına MÜNASİBƏT 12:50 | Azərbaycanda hərbçilərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi açıldı 11:24 | Təhqiqatçılara yeni hüquqlar verilir - YENİLİK 10:58 | Şimşək, yağış, külək - FAKTİKİ HAVA