Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
21-02-2020, 14:06

“Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi

“Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi

 

"Film kastinqi keçirirlər, büdcədən pul ayrılır. Özü də peşəkar yerdə - ən azından adı peşəkardır. Amma aktyorların, aktrisaların xəbəri olmur. Kim seçir, necə seçir bilinmir”.

Axşam.az xəbər verir ki, bu sözləri "Ata ocağı” serialının aktrisası Zülfiyyə Qurbanova sosial media hesabında yazıb.

O, rejissorların filmlərinə dost-tanışlarını çəkdiyini, peşəkar sənətçilərə çox az yer verdiyini qeyd edib:

"Sən çağır alınmasın, rola uyğun olmasın, qabiliyyəti qane etməsin, amma çağır. Deyirəm ki, özfəaliyyətə çevirmisiniz. Sonra da deyirlər ki, niyə filan yerdə - bazada şəklin yoxdur? Şərait yaradırsınız ki, şəklimiz olsun? Adam istəyir ki, danışmasın, ancaq alınmır. Çevrəmdəki adamlar da qəribədirlər: Kömək lazım olanda, işlərinin dəyərini qaldırmaq, rolun yükünü ancaq istedadlı, peşəkar aktrisanın daşıyacağı iş olanda dil tökürlər ki, ay istedadlısan, filan işdə "dağıtmısan”. "Yedirtmək” lazım olanda başqalarını çağırırlar. Haşiyəyə çıxaraq qeyd edim ki, hər zaman işim var: filmim, serialım. Hər zaman olacaq da. Lakin adamı qanmaz yerinə qoymayın. Heç kim "ağıllı” məsləhət verməsin ki, niyə yazmısan. Sözü hara və niyə yazdığımı əla bilirəm. Çoxdandır yazmırdım, elə bilməyin ki, görmürəm”.

Qeyd edək ki, bir neçə gün öncə aktyor Fərhad Səmimi də serial sektorunda çalışan sənətçiləri tənqid etmişdi.
XƏBƏR LENTİ
11:24 | "Qida Təhlükəsizliyi Agentliyi nə qədər taxıl və un ehtiyatı qaldığını açıqlamalıdır..." - qiymət sürətlə bahalaşır 11:07 | "Azsığorta"da BÖHRANLI MƏNZƏRƏ - xalis mənfəəti 83% azalıb 10:45 | Türk alimlər sevindirdi : ''May ayında koronavirus ...'' 10:19 | Millət vəkilindən pozitiv paylaşım – Video 10:06 | Covid 19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər 09:50 | SMS müraciətlərində gecikmələrlə bağlı rəsmi açıqlama 09:30 | Hacı Əbdül vəfat etdi 22:18 | İşıqpulu ilə bağlı əhaliyə vacib xəbər 19:59 | KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye 17:44 | Prezident KİVDF-yə yeni rəhbər təyin etdi - Sərəncam 17:23 | Vüqar Səfərli vəzifədən azad edildi - Sərəncam 17:04 | Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur - RƏSMİ 16:31 | SON DƏQİQƏ: Rusiyada güclü partlayış baş verib 15:22 | Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı 14:36 | Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB 14:08 | Temperatur aşağı düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ 13:44 | Avtomobillə sərnişindaşıma qadağan olunacaq - AÇIQLAMA 13:13 | DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi - Diqqət! 12:35 | Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ 11:33 | Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı 11:09 | İmmuniteti gücləndirən qidalar - SİYAHI 10:49 | 11 saylı İnternat məktəbində təhlükəli durum - İDDİA