Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
14-02-2020, 13:00 Oxunub: 9

Bu xidmətlər icbari tibbi sığorta sisteminə daxil olmayacaq - RƏSMİ

Bu xidmətlər icbari tibbi sığorta sisteminə daxil olmayacaq - RƏSMİ

 

 
 
Azərbaycanda bu il icbari tibbi sığorta sisteminə daxil olmayan tibbi xidmətlərin adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər üçün "İcbari Tibbi Sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda keçirilən tədbirdə çıxış edən Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov məlumat verib.

Ş.Eyvazovun sözlərinə görə, icbari tibbi sığorta sisteminə cari ildə daxil olmayan xidmətlər psixi davranış pozuntularının müayinə və müalicəsi, QİÇS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlərdir:

"Bu xidmətlərin bu il icbari tibbi sığorta sisteminə daxil olması gözlənilmir. Agentlik çevik mexanizm üzərində çalışır. Qarşıdakı illərdə bu xidmətlər də təminata alına bilər. Bunlar, əsasən, dövlət proqramı çərçivəsində maliyyələşən xəstəliklərdir”.

E.Eyvazov onu da əlavə edib ki, cari ilin yanvar ayını 1-dən ölkə üzrə tətbiq olunmağa başlayan icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən ilkin mərhələdə ölkə əhalisinin 27 faizi faydalanacaq:

"Ən sonda Bakı və Sumqayıt şəhərlərində icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin tətbiqinə başlanılacaq. Bununla da icbari tibbi sığorta sisteminin əhatə dairəsinin 100 faizə çatdırılması proqnozlaşdırılır”.

Şöbə müdiri onu da qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi üçün əsas maliyyə yükünü dövlət öz üzərinə götürüb:

"Azərbaycanda 18 yaşınadək şəxslərin, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərin, pensiyaçıların, sosial müavinət almaq hüququna malik olan şəxslərin, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Aprelin 1-dən yalnız işləyən Azərbaycan vətəndaşının əməkhaqqından icbari tibbi sığorta haqqı tutulacaq. Yəni minumum aylıq əməkhaqqının 250 manat olması nəzərə alınarsa, aylıq 10 manat icbari sığorta haqqı tutulacaq. Dövlət tərəfindən sığorta haqqı ödənilən vətəndaşlarla sığorta haqqı ödəyən şəxslərin alacağı tibbi xidmətlər arasında heç bir fərq olmayacaq”.

XƏBƏR LENTİ
19:22 | İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub - FOTO 19:01 | Mehman Hüseynov, İqbal Ağazadə ilə Rauf Arifoğluna rəqib oldu 18:39 | DTX icra başçısını belə ifşa etdi - Əməliyyatın şok VİDEO-su 18:23 | Türkiyəli generallar Suriya sərhədinə yollandı 17:57 | DTX icra başçısının tutulması barədə məlumat yaydı - SAXLANILAN VƏZİFƏLİLƏRİN SİYAHISI 15:40 | Fevralın 20-də Gənclər Mərkəzinin İctimai Birliyinin tərkibində yaradılan Gənc Sahibkarlar Klubumunun illik hesabat tədbiri keçirib. 15:26 | İcra başçısı necə olmalıdır? - SƏNƏD 15:04 | Azərbaycanda DƏHŞƏTLİ OLAY - Bir ailənin üzvləri öldü 14:49 | “Balaca Şahzadə” yenidən səhnədə 14:06 | “Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi 13:46 | "Qarabağ"da hər şey əla idi" - Beqoviç 13:31 | Sabah hava necə olacaq? - PROQNOZ 12:49 | Zərdabda örüş sahələri zəpt olunan sakinlərin etiraz aksiyası - İcra hakimiyyəti SUSUR... 12:30 | DTX tərəfindən Neftçalada daha iki vəzifəli şəxs SAXLANILDI 11:57 | ATV rəhbərliyinə XƏBƏRDARLIQ: bu verilişə görə 11:16 | Türk ordusundan ağır zərbə: Bazalar vuruldu – Ruslar əks-hücuma keçdi 10:51 | DTX-dən əməliyyat: Azərbaycanda daha bir vəzifəli şəxs tutuldu - FOTO 10:24 | Bakıda əməkdaşların işə gəlməməsinə görə xəbərdarlıq olunan direktorla bağlı RƏSMİ AÇIQLAMA 09:59 | Azərbaycanda kişi içində işçi olan betonqarışdıran maşını səhvən işə saldı 09:36 | Dünya bazarlarında təbii qaz ucuzlaşıb 09:30 | “Gürcüstan-Azərbaycan Dostluğu Nəsildən –Nəsilə "adlı sərgi-tədbir 09:26 | İlham Əliyev İtaliyada “Qarabağ Azərbaycandır!” dedi