Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
14-02-2020, 12:02 Oxunub: 12

Malı sat, bazardan çıx: Bir günlük şirkətlər vergidən necə yayınır? - GƏLİŞMƏ

Malı sat, bazardan çıx: Bir günlük şirkətlər vergidən necə yayınır? - GƏLİŞMƏ

 

Məlumdur ki son illər vergi qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklər ölkədə bu sahədə müəyyən qədər şəffaflığın təmin olunmasına şərait yaradıb, bir sıra neqativ halların qarşısı alınıb.

Bu ilin yanvar ayının 1-dən etibarən isə Vergi Məcəlləsinə növbəti əlavə və dəyişikliklər qüvvəyə minib. Qeyd edək ki, sənəddə 154 maddə və yarımmaddə dəyişdirilib. Dəyişikliklərdə, əsasən, vergidən yayınmanın qarşısını alması, vergi orqanının beynəlxalq vergi məsələlərində səlahiyyətlərinin artırılması, verginin hesablanma müddətinin azaldılması nəzərdə tutulur.

Dəyişikliklərdə "riskli vergi ödəyicisi”məfhumu da yer alır. Nəzərdə tutulur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edildikdə, vergi orqanı növbədənkənar (səyyar) vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri aparmaq hüququna malikdir.

Qeyd edək ki, bir neçə gün əvvəl "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bu mövzuya toxunub. O, bildirib ki, Azərbaycanda vergi daxilolmalarının 91 faizi könüllü ödəmələrin payına düşür:

"Bu da o deməkdir ki, daxilolmaların cəmi 9 faizi müxtəlif nəzarət tədbirlərinin hesabına təmin edilir. Qeyri-neft sektorunda bu rəqəm daha da yüksəkdir. Bu sahədə əsas diqqətimiz biznesin bölünməsini, vergi optimallaşdırılmasının qeyri-qanuni metodlarla həyata keçirilməsini önləmək, bir günlük şirkətlərin yaradılması praktikasını tətbiq edən bazar iştirakçılarının qarşısını almaqdır. Ötən il bunların qarşısını almaq üçün qanunvericilik və inzibatçılıq çərçivəsində gərəkli addımlar atılsa da, biz hələ də yeni elektron qeydiyyat sisteminin verdiyi asan qeydiyyat imkanlarından istifadə edərək bir şəxsin adına yaradılan çoxsaylı müəssisələrin qeydə alındığını müşahidə edirik. Bu, öz-özlüyündə təbii olaraq qanunun pozuntusu deyil, amma bəzi hallarda sui-istifadəyə yol açan alətlərdən birinə çevrildiyini görürük”.

Bəs, 1 gunlik sirkətlər necə yaradılır, onları yaradanlar bundan necə mənfəət əldə edirlər? Burada vergidən yayınma mexanizmi necədir?

Vergi məsələləri üzrə ekspert Emin Səttarov "Cümhuriyət” qəzetinə açıqlamasında bu cür şirkətin yaradılmasının asan prosedur olduğunu bildirib:

"”ASAN İmza” alıb, sistemə daxil olaraq bunu tez bir zamanda etmək olar. Bunu nizamnamə kapitalı qoymadan da etmək olur. Çünki nizamnamə kapitalı ən az üç ay müddətində qoyula bilər. Heç bir maddi vəsait, hüquqi ünvan olmadan bunu etmək mümkündür. Yalnız istənilən şəxsin VÖEN-i və şəxsiyyət vəsiqəsi və ya hüquqi ünvanının olması kifayət edir. Yəni heç bir təsdiqedici sənəd - hansısa icazə və s. istənilmir. Ona görə də bu daha da əlçatan olur. Kiminsə adında özünün də xəbəri olmadan şirkət yaratmaq və bir müddətdən sonra onu ləğv etmək mümkündür. Elektron sistem bütün prosedurları asanlaşdırdığı kimi, o qədər də təhlükə altına atır”.

Emin Səttarov deyir ki, bu şirkətlər böyük bir əməliyyat apararaq bazardan çıxa bilirlər. Bu da vergidən yayınma halının baş verməsinə gətirib çıxarır:

"Vergi orqanları həmin halı müəyyənləşdirənə qədər onlar bazardan çıxır. Ya fəaliyyətini dayandırır, ya müəssisəni ləğv edirlər. Məsələn, 100 min manatlıq malı satıb, bazardan çıxmaq mümkündür. Bu faktları yoxlamaq və üzə çıxarmaq vergi orqanları üçün resurs baxımından çətin olur”.

Qanunvericilikdə bu cür hallarla bağlı məsuliyyət nəzərdə tutulurmu? Vergi mütəxəssisi bildirir ki, qanunvericilikdə "riskli vergi ödəyicisi”, "yalançı əqd” kimi müdəalar var:

"Amma bunu tənzimləmək çətindir. Bu cür halları müəyyənləşdirmək mümkün olsa da, gec olur”.

Bu cür şirkətlərin fəaliyyəti ilə necə mübarizə aparıla bilər? Çıxış yolu yalnız onların yaradılmasını qadağan etməkdirmi?

Emin Səttarov deyir ki, hüquqi şəxsin qeydiyyatının bu qədər sadə üsulla həyata keçirilməsinin saxlanılması şərti ilə müəyyən təhlillər apararaq, bu halları aradan qaldırmaq olar:

"Məsələn, hüquqi ünvan istənilə bilər, ən azı həmin şirkətin rəhbəri kimi təqdim olunan şəxsin telefon nömrəsinə SMS yollanıla, evinə məktub göndərilə bilər. Yəni həmin şəxslər bundan məlumatlı olsun ki, onun adına VEÖN açılır, şirkət açılır”.
 
XƏBƏR LENTİ
19:22 | İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub - FOTO 19:01 | Mehman Hüseynov, İqbal Ağazadə ilə Rauf Arifoğluna rəqib oldu 18:39 | DTX icra başçısını belə ifşa etdi - Əməliyyatın şok VİDEO-su 18:23 | Türkiyəli generallar Suriya sərhədinə yollandı 17:57 | DTX icra başçısının tutulması barədə məlumat yaydı - SAXLANILAN VƏZİFƏLİLƏRİN SİYAHISI 15:40 | Fevralın 20-də Gənclər Mərkəzinin İctimai Birliyinin tərkibində yaradılan Gənc Sahibkarlar Klubumunun illik hesabat tədbiri keçirib. 15:26 | İcra başçısı necə olmalıdır? - SƏNƏD 15:04 | Azərbaycanda DƏHŞƏTLİ OLAY - Bir ailənin üzvləri öldü 14:49 | “Balaca Şahzadə” yenidən səhnədə 14:06 | “Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi 13:46 | "Qarabağ"da hər şey əla idi" - Beqoviç 13:31 | Sabah hava necə olacaq? - PROQNOZ 12:49 | Zərdabda örüş sahələri zəpt olunan sakinlərin etiraz aksiyası - İcra hakimiyyəti SUSUR... 12:30 | DTX tərəfindən Neftçalada daha iki vəzifəli şəxs SAXLANILDI 11:57 | ATV rəhbərliyinə XƏBƏRDARLIQ: bu verilişə görə 11:16 | Türk ordusundan ağır zərbə: Bazalar vuruldu – Ruslar əks-hücuma keçdi 10:51 | DTX-dən əməliyyat: Azərbaycanda daha bir vəzifəli şəxs tutuldu - FOTO 10:24 | Bakıda əməkdaşların işə gəlməməsinə görə xəbərdarlıq olunan direktorla bağlı RƏSMİ AÇIQLAMA 09:59 | Azərbaycanda kişi içində işçi olan betonqarışdıran maşını səhvən işə saldı 09:36 | Dünya bazarlarında təbii qaz ucuzlaşıb 09:30 | “Gürcüstan-Azərbaycan Dostluğu Nəsildən –Nəsilə "adlı sərgi-tədbir 09:26 | İlham Əliyev İtaliyada “Qarabağ Azərbaycandır!” dedi