Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
14-02-2020, 09:11 Oxunub: 16

Tarix yazan idmançılarımızın qarşılanma mərasimi keçirilib - FOTO

Tarix yazan idmançılarımızın qarşılanma mərasimi keçirilib - FOTO
 
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə yığmamız bu gecə vətənə qayıdıb.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, iki qızıl, dörd bürünc medalla tarixinin ən məhsuldar qitə birinciliyini keçirən və komanda hesabında 2-ci yeri tutan millimizi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbər şəxsləri, məşqçilər, güləşçilər, yığma üzvlərinin yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıb.

AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışını belə şərh edib:

"Güləşçilərimizin çıxışından çox razıyam. Xüsusən də gənc Sənan Süleymanovla tanınmış güləşçimiz Rafiq Hüseynovu qeyd etmək istərdim. Bütün idman ictimaiyyətinə belə diqqətə görə federasiyamız adından minnətdarlığımı bildirirəm. Ölkə prezidenti İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təbriklərinə görə təşəkkür edirəm. Bu, hamımızı çox sevindirdi. Hesab edirəm ki, bu, idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir. Güləşçiləri qarşıladığınıza və verdiyiniz dəstəyə görə hamınıza federasiyamızın rəhbəri Namiq Əliyev adından minnətdarlığımı bildirirəm.

Bundan sonra yığmamızı iki lisenziya turniri gözləyir. Bu yarışlara hazırlığımızı davam etdirəcəyik. Təbii ki, medalsız qalan güləşçilər səhvlərindən nəticə çıxaracaqlar. Çalışacağıq ki, Tokio Olimpiadasına nəzərdə tutulan lisenziyaları əldə edək".

Millimizin baş məşqçisi Aleksandr Tarakanov bunları deyib:

"Komandanın çıxışından çox razı qaldım. Fikrimcə, Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanmaq çox yaxşı nəticədir. Nəzərə alaq ki, bizim üçün əsas lisenziya turnirləri sayılır. Çünki Olimpiadaya bacardığımız qədər çox vəsiqə əldə etməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Fürsətdən istifadə edib AGF-nin rəhbəri Namiq Əliyevə dərin minnətdarlığımı bildirirəm. Çünki o komandanın bütün ehtiyaclarının qarşılanması və yüksək səviyyədə təlim-məşq toplanışlarının təşkili üçün əlindən gələni əsirgəmir. Biz də çalışacağıq ki, bizə yaradılan bu şərait fonunda etimadı tam doğruldaq".

Daha sonra Avropa çempionları mikrafonlar qarşısına çıxıb. Əvvəlcə ilk dəfə iştirak etdiyi 77 kq-da uğurlu çıxışla diqqətləri üzərinə çəkən Sənan Süleymanov təəssüratlarını bölüşüb:

"İlk dəfə bu çəkidə çıxış edirdim. Çempion olmaq çox gözəl hissdir. Gözləmədiyim halda çempion oldum. İlk görüşdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəldim. Yarımfinalda da rəqibim erməni idi. Onu da məğlub etməyi bacardım. Əlbəttə, cənab prezidentin və xanımının bizi təbrik etməsi motivasiyamızı artırır, gələcək yarışlar ərəfəsində daha da ruhlandırır. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı göz önündədir. Bu təbriklərdən xəbər tutandan sonra qürur hissi keçirdim. Gələcəkdə dünya çempionatında və Olimpiadada da uğurumun davamını gətirməyə çalışacağam".

Doqquz illik həsrətə son qoyaraq ikinci dəfə Avropa çempionu olan Rafiq Hüseynovun fikirləri isə belə olub:

"Təbriklərə görə təşəkkür edirəm. Həm ikinci dəfə Avropa çempionu olduğum üçün, həm də komanda yoldaşlarımın uğuruna görə çox sevinirəm. Artıq millimizdə güclü gənc güləşçilər var. Hər idmançı yarışa çempion olmaq üçün gedir. Böyüklərdə ilk nəticəm olduğu üçün birinci çempionluq daha şirin idi. Amma eyni nəticəni 9 ildən sonra təkrarlamağın da dəyəri başqadır. Hər titulun öz yeri var. Bundan sonra lisenziya xarakterli yarışlara hazırlaşacağıq. Məşqçilərin qoyduğu plan üzrə hərəkət edəcəyik. Ondan sonra da hədəfimiz Olimpiadadır".

Xatırladaq ki, Avropa çempionatında Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb. Millimiz 116 xalla komanda hesabında 2-ci yeri tutub.

Tarix yazan idmançılarımızın qarşılanma mərasimi keçirilib - FOTO
Tarix yazan idmançılarımızın qarşılanma mərasimi keçirilib - FOTO
Tarix yazan idmançılarımızın qarşılanma mərasimi keçirilib - FOTO

XƏBƏR LENTİ
19:22 | İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub - FOTO 19:01 | Mehman Hüseynov, İqbal Ağazadə ilə Rauf Arifoğluna rəqib oldu 18:39 | DTX icra başçısını belə ifşa etdi - Əməliyyatın şok VİDEO-su 18:23 | Türkiyəli generallar Suriya sərhədinə yollandı 17:57 | DTX icra başçısının tutulması barədə məlumat yaydı - SAXLANILAN VƏZİFƏLİLƏRİN SİYAHISI 15:40 | Fevralın 20-də Gənclər Mərkəzinin İctimai Birliyinin tərkibində yaradılan Gənc Sahibkarlar Klubumunun illik hesabat tədbiri keçirib. 15:26 | İcra başçısı necə olmalıdır? - SƏNƏD 15:04 | Azərbaycanda DƏHŞƏTLİ OLAY - Bir ailənin üzvləri öldü 14:49 | “Balaca Şahzadə” yenidən səhnədə 14:06 | “Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi 13:46 | "Qarabağ"da hər şey əla idi" - Beqoviç 13:31 | Sabah hava necə olacaq? - PROQNOZ 12:49 | Zərdabda örüş sahələri zəpt olunan sakinlərin etiraz aksiyası - İcra hakimiyyəti SUSUR... 12:30 | DTX tərəfindən Neftçalada daha iki vəzifəli şəxs SAXLANILDI 11:57 | ATV rəhbərliyinə XƏBƏRDARLIQ: bu verilişə görə 11:16 | Türk ordusundan ağır zərbə: Bazalar vuruldu – Ruslar əks-hücuma keçdi 10:51 | DTX-dən əməliyyat: Azərbaycanda daha bir vəzifəli şəxs tutuldu - FOTO 10:24 | Bakıda əməkdaşların işə gəlməməsinə görə xəbərdarlıq olunan direktorla bağlı RƏSMİ AÇIQLAMA 09:59 | Azərbaycanda kişi içində işçi olan betonqarışdıran maşını səhvən işə saldı 09:36 | Dünya bazarlarında təbii qaz ucuzlaşıb 09:30 | “Gürcüstan-Azərbaycan Dostluğu Nəsildən –Nəsilə "adlı sərgi-tədbir 09:26 | İlham Əliyev İtaliyada “Qarabağ Azərbaycandır!” dedi