Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
13-02-2020, 12:43

Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq

Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq

 

Azərbaycanda Qida Təhlükəsizliyi Klinikasının yaradılması nəzərdə tutulub.

Xeberekspressşaz "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasında keçirdiyi brifinqdə deyib.

O bildirib ki, AQTA-nın yaradacağı klinikanın nəzdində "Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi” və "Toksikoloji və Kimyəvi Təhlüksəzilik Mərkəzi” fəaliyyət göstərəcək.

Sədrin sözlərinə görə, Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi ölkənin biotəhlükəsizlik statusunun mütəmadi nəzarətdə saxlanılması, ölkə xaricində vəya daxilində ortaya çıxan biolojik təhlükə qaynaqlarının araşdırılması, qiymətləndirilməsi, önləyici tədbirlərin hazırlanması, biolojik agent qaynaqlı böhran vəziyətində müvafiq koordinasıyanın həyata keçirilməsi, ölkənin biotəhlükəsizlik statusuna təhdit ola biləcək biolojik agentlərdən qorunma məqsədi ilə elmi-praktiki tədqiqatlarının aparılması, biolojik agent qaynaqlı alovlanmaların mənşəyinin təyin edilməsi, önləyici tədbirlərin alınması məqsədi ilə genom xəritəsinin təyin edilməsi və müvafiq biotexnoloji metodların tətbiq edilməsi üzrə fəaliyyət göstərəcək.

Həmçinin Mərkəz tərəfindən Quş qripi, yüksək patogenliyə malik koronavirus növlərinin, Qara Yara kimi xüsusi təhlükəli xəstəliklərin sürətli diaqnozunun qoyulması, tədqiqinin aparılması, bu kimi hallara çevik reaksiya verilməsi məqsədi ilə Biotəhlükəsizlik 3 səviyyəli laboratoriyaların formalaşdırılması, xəstəliklərdən qorunma məqsədi ilə ölkə əhalisinin mütəmadi bilgiləndirilməsi, maarifləndirilməsi, müvafiq önləyici tədbirlərin əhaliyə aşılanması həyata keçiriləcək.

Toksikoloji və Kimyəvi Təhlüksəzilik Mərkəzi tərəfindən qida, bitki və heyvan sağlamlığı sahələrində istifadə edilən dərman vasitələri qaynaqlı kimyəvi təhlükələrin önlənməsi məqsədi ilə müvafiq təlimatların hazırlanması və icra edilməsi, eləcə də, ölkə xaricindən və daxilindən qaynaqlana biləcək kimyəvi agent qaynaqlı təhlükələrin mütəmadi olaraq qiymətləndirilməsi və önlənməsi tədbirləri görüləcək.

Eyni zamanda Mərkəz kimyəvi zəhərlənmələrin qaynağının müəyyən edilməsi məqsədi ilə mənşəyi məlum olmayan kimyəvi maddə təyini, həmçinin biolojik materiallarda toksikoloji analiz laboratoriyaların qurulması və işinin təşkil edilməs, kimyəvi agent qaynaqlı təhlükələrə qarşı böhran vəziyətinin idarə edilməsi və müvafiq koordinasiyanın həyata keçirilməsi, kimyəvi təhlükə səviyyəsinin yerində müəyyən edilməsi üçün müvafiq mobil laboratoriyaların işinin təşkili, kimyəvi agent qaynaqlı xəstəliklərdən və zəhərlənmələrdən qorunma məqsədi ilə ölkə əhalisinin mütəmadi bilgiləndirilməsi, maarifləndirilməsi, müvafiq önləyici tədbirlərin əhaliyə aşılanması üzrə fəaliyyət göstərəcək.
XƏBƏR LENTİ
22:38 | Polis: 20 manatım var, 15-ini götür - VİDEO 20:53 | Türkiyə müğənniləri “Evdə qal” kampaniyası çərçivəsində distant konsertlər verəcəklər 19:58 | Pərviz sabah səsverməyə çıxacaq - Video 19:22 | A Seriyası klubları qərar verdilər - Rəsmi 19:05 | İqtisadiyyatı pandemiyadan necə qorumaq olar - TƏHLİL 18:40 | "Addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq" - Prezident İlham Əliyev 18:18 | Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib 17:42 | Ev alğı-satqısı dayandı, amma ucuzlaşma yoxdur 16:11 | Su pulu ilə bağlı ƏHALİYƏ VACİB XƏBƏR - Karantin müddətində... 15:46 | Azərbaycanda daha 12 nəfər koronavirusdan sağaldı - RƏSMİ 15:30 | Şəhid atası Atış Hüseynovun Prezidentə, Birinci Vitse-Prezidentə, Daxili İşlər Naziri və Baş Prokurora müraciəti 12:11 | SON DƏQİQƏ: Azərbaycanlı idmançı koronavirusdan öldü 11:35 | Hökumət yoxsul vətəndaşların kreditlərinə niyə güzəşt etmədi? - GƏLİŞMƏ 11:24 | "Qida Təhlükəsizliyi Agentliyi nə qədər taxıl və un ehtiyatı qaldığını açıqlamalıdır..." - qiymət sürətlə bahalaşır 11:07 | "Azsığorta"da BÖHRANLI MƏNZƏRƏ - xalis mənfəəti 83% azalıb 10:45 | Türk alimlər sevindirdi : ''May ayında koronavirus ...'' 10:19 | Millət vəkilindən pozitiv paylaşım – Video 10:06 | Covid 19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər 09:50 | SMS müraciətlərində gecikmələrlə bağlı rəsmi açıqlama 09:30 | Hacı Əbdül vəfat etdi 22:18 | İşıqpulu ilə bağlı əhaliyə vacib xəbər 19:59 | KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye