Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
28-01-2020, 22:15 Oxunub: 20

Dəmir yolunda virusla bağlı tədbirlər gücləndirildi

 Dəmir yolunda virusla bağlı tədbirlər gücləndirildi
 

Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən Çində ötən ilin sonunda yeni aşkarlanmış Koronovirus 2019-nCoV virusuna qarşı ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür. 

"Azərbaycan Dəmir Yolları” QSC-dən Xeberekspress.az-a verilən məlumata görə, dəmir yolu insanların kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğundan burada da müntəzəm sanitariya-epidemioloji tədbirlər  aparılır. 

Bununla bağlı "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən Tədbirlər Proqramı hazırlanıb.
 
Tədbirlər Proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.

Ölkədaxili və beynəlxalq hərəkət edən qatarlarda lazımi tədbirlər görülür. Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib. Sərnişin qatarlarında çalışan briqadalar arasında təlimatlar aparılır. Onlar hər hansı bir xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslə qarşılaşdıqda necə davranacaqları ilə bağlı maarifləndirilirlər. Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyena qaydalarının gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular məlumatlandırılıb. Qatar heyətlərinin tibbi-sanitar biliklərinin artırılması istiqamətində işlər gücləndirilib.

Hər hansı xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxs  aşkarlanarsa, bu barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. 

Dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə sərnişinlərin ümumi gigiyena qaydaları barədə məlumatlandırılmasına başlanılacaq.


XƏBƏR LENTİ
15:23 | Bu gün saat 00:20 də hər kəsin diqqəti ATV də yayimlanan "Aldanmiş hisslər" serialinda olsun. 14:16 | Azərbaycanda məktəblərdə yeni virus yayıldı 13:41 | “Azəriqaz” yeni şəffaf sayğac qutularını təqdim etdi 13:24 | Azərbaycanda bu şəxslərin maaşları artacaq 12:30 | İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb 12:11 | Hillari Klinton: “Tramp Putinin marionetidir” 11:42 | Paşinyan Münhen məğlubiyyətinin depressiyasından çıxa bilmir - GƏLİŞMƏ 11:22 | Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı 10:48 | Tutulan icra başçısını hansı cəza gözləyir? 19:22 | İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub - FOTO 19:01 | Mehman Hüseynov, İqbal Ağazadə ilə Rauf Arifoğluna rəqib oldu 18:39 | DTX icra başçısını belə ifşa etdi - Əməliyyatın şok VİDEO-su 18:23 | Türkiyəli generallar Suriya sərhədinə yollandı 17:57 | DTX icra başçısının tutulması barədə məlumat yaydı - SAXLANILAN VƏZİFƏLİLƏRİN SİYAHISI 15:40 | Fevralın 20-də Gənclər Mərkəzinin İctimai Birliyinin tərkibində yaradılan Gənc Sahibkarlar Klubumunun illik hesabat tədbiri keçirib. 15:26 | İcra başçısı necə olmalıdır? - SƏNƏD 15:04 | Azərbaycanda DƏHŞƏTLİ OLAY - Bir ailənin üzvləri öldü 14:49 | “Balaca Şahzadə” yenidən səhnədə 14:06 | “Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi 13:46 | "Qarabağ"da hər şey əla idi" - Beqoviç 13:31 | Sabah hava necə olacaq? - PROQNOZ 12:49 | Zərdabda örüş sahələri zəpt olunan sakinlərin etiraz aksiyası - İcra hakimiyyəti SUSUR...