Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
25-01-2020, 14:04 Oxunub: 24

“Dəyirman öz işindədir”: Azyaşlılara hələ də enerji içkisi satılır – Marketlərin gülməli arqumenti

“Dəyirman öz işindədir”: Azyaşlılara hələ də enerji içkisi satılır – Marketlərin gülməli arqumenti

 



Bu gün marketlərdə 18 yaşından kiçik şəxslər heç bir problemsiz enerji içkiləri ala bilirlər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən "Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunub. Bu qaydalar yanvar ayının 1-dən etibarən qüvvəyə minib. Amma tətbiq mexanizmi bir o qədər də effektiv deyil. 

Qaydalar icazə verməsə də, görünən odur ki, marketlər məhsullarını satmaqda maraqlıdırlar. Onlar üçün fərq etmir ki, alıcının 18 yaşı var, yoxsa yox.

Bu məsələyə toxunmağımızın səbəbi marketlərdən birində qarşılaşdığımız mənzərə oldu. Alış-veriş zamanı 10-12 yaşlarında bir uşağın soyuducudan enerji içkisi götürdüyünü gördük. Azyaşlı olduğu üçün satıcının məhsulu ona satıb-satmayacağını dəqiqləşdirmək üçün kassaya qədər izlədik. Nəticə isə, təəssüf ki, düşündüyümüz kimi oldu. Satıcı bu məhsulu uşağa satdı.

Azyaşlının enerji içkisini özü üçün deyil, başqası üçün aldığını deməsi satıcı üçün kifayət qədər sərfəli "arqument” oldu. 

Məsələnin maraqlı tərəfi isə AQTA tərəfindən "Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”nı hansı mexanizmlə tənzimlənməsidir. Aydındır ki, bu kimi faktları görən vətəndaşların müraciəti əsasında inzibati tədbirlər görülür. Bəs görünməyən hallar necə?

Faktla bağlı AQTA-ya müraciət edərək, bu qaydalara riayət olunub-olunmamasına hansı şəkildə nəzarət edildiyini soruşduq.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir:

"Azərbaycan Respublikasinin Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən "Enerji içkilərinə dair sanitariya norma və qaydaları”da nəzərdə tutulan tələblərə əməl edilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər həyata keçirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati tədbirlər görülür.  

Əgər vətəndaşlar sözügedən tələblərin pozulması və eləcə də, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satılması halları ilə qarşılaşsalar, bu barədə Agentliyin 1003 "Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Müraciət daxil olduqdan sonra dərhal araşdırmalara başlanılacaq və qanuna müvafiq tədbirlər görüləcək”.
XƏBƏR LENTİ
15:23 | Bu gün saat 00:20 də hər kəsin diqqəti ATV də yayimlanan "Aldanmiş hisslər" serialinda olsun. 14:16 | Azərbaycanda məktəblərdə yeni virus yayıldı 13:41 | “Azəriqaz” yeni şəffaf sayğac qutularını təqdim etdi 13:24 | Azərbaycanda bu şəxslərin maaşları artacaq 12:30 | İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb 12:11 | Hillari Klinton: “Tramp Putinin marionetidir” 11:42 | Paşinyan Münhen məğlubiyyətinin depressiyasından çıxa bilmir - GƏLİŞMƏ 11:22 | Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı 10:48 | Tutulan icra başçısını hansı cəza gözləyir? 19:22 | İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub - FOTO 19:01 | Mehman Hüseynov, İqbal Ağazadə ilə Rauf Arifoğluna rəqib oldu 18:39 | DTX icra başçısını belə ifşa etdi - Əməliyyatın şok VİDEO-su 18:23 | Türkiyəli generallar Suriya sərhədinə yollandı 17:57 | DTX icra başçısının tutulması barədə məlumat yaydı - SAXLANILAN VƏZİFƏLİLƏRİN SİYAHISI 15:40 | Fevralın 20-də Gənclər Mərkəzinin İctimai Birliyinin tərkibində yaradılan Gənc Sahibkarlar Klubumunun illik hesabat tədbiri keçirib. 15:26 | İcra başçısı necə olmalıdır? - SƏNƏD 15:04 | Azərbaycanda DƏHŞƏTLİ OLAY - Bir ailənin üzvləri öldü 14:49 | “Balaca Şahzadə” yenidən səhnədə 14:06 | “Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi 13:46 | "Qarabağ"da hər şey əla idi" - Beqoviç 13:31 | Sabah hava necə olacaq? - PROQNOZ 12:49 | Zərdabda örüş sahələri zəpt olunan sakinlərin etiraz aksiyası - İcra hakimiyyəti SUSUR...