Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
24-01-2020, 10:24 Oxunub: 21

Azərbaycanda misilsiz saxtakarlıq: Şagird həm Bakıda, həm ABŞ-da təhsil alır – Araşdırma başladı

Azərbaycanda misilsiz saxtakarlıq: Şagird həm Bakıda, həm ABŞ-da təhsil alır – Araşdırma başladı
 


Bakı şəhəri 53 nömrəli məktəbdə ötən dərs ilində IX sinfi bitirmiş Nigar Bayramlı bu dərs ilində ABŞ-da təhsilini davam etdirir.

Bu barədə Oxu.Az-a daxil olan məlumatda qeyd edilib.

İddiaya görə, buna baxmayaraq, onun adı 53 nömrəli məktəbin X sinif şagirdi kimi saxlanılıb. Şagirdin adı I yarım ildə sinif jurnalında yazılaraq davamiyyəti qeyd edilib.

Məktəbin direktoru Firəngiz Həmidova bunun ciddi saxtakarlıq, hətta cinayət tərkibli olduğunu bilsə də, şagirdin "kağız üzərində təhsil almasına” şərait yaradıb. 

Məlumatda qeyd edilib ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən faktla bağlı araşdırmalara başlanılıb. Bu araşdırma hələ başa çatmasa da, saxtakarlığın qarşısını alıblar. 

F.Həmidova bu işdən "qurtulmaq” adı altında bütün müəllimlərdən adam başına 150-200 manat yığıb. Bir sözü iki olmayan direktorun bu yığım reydi halal əməkhaqqı ilə dolanan müəllimləri özündən çıxarıb və hadisə ictimailəşib. 

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdin həm ABŞ-da, həm də Bakıda təhsil alması faktı aşkarlanıb:

"Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə aparılan araşdırma zamanı məktəbin ötən tədris ili məzunu (IX sinif), ABŞ-da təhsil aldığı bildirilən N.Bayramlının adının məktəbin sinif jurnalında qeyd olunması (X sinif şagird kontingentinə daxil edildiyi üçün) və qiymətləndirmə aparılması faktı aşkar edilib.

Ölkə hüdudlarından kənarda olan N.Bayramlının adının müvafiq qaydalara zidd olaraq məktəbin sinif jurnalında qeyd olunmasının və qiymətləndirilməsinin yolverilməz olduğu nəzərə alınaraq, fakt müvafiq qaydada rəsmiləşdirilib”.

"Fakt bütün təfərrüatına dair Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma davam edir.

Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək”, - deyə qurumdan qeyd edilib.

XƏBƏR LENTİ
15:23 | Bu gün saat 00:20 də hər kəsin diqqəti ATV də yayimlanan "Aldanmiş hisslər" serialinda olsun. 14:16 | Azərbaycanda məktəblərdə yeni virus yayıldı 13:41 | “Azəriqaz” yeni şəffaf sayğac qutularını təqdim etdi 13:24 | Azərbaycanda bu şəxslərin maaşları artacaq 12:30 | İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb 12:11 | Hillari Klinton: “Tramp Putinin marionetidir” 11:42 | Paşinyan Münhen məğlubiyyətinin depressiyasından çıxa bilmir - GƏLİŞMƏ 11:22 | Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı 10:48 | Tutulan icra başçısını hansı cəza gözləyir? 19:22 | İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub - FOTO 19:01 | Mehman Hüseynov, İqbal Ağazadə ilə Rauf Arifoğluna rəqib oldu 18:39 | DTX icra başçısını belə ifşa etdi - Əməliyyatın şok VİDEO-su 18:23 | Türkiyəli generallar Suriya sərhədinə yollandı 17:57 | DTX icra başçısının tutulması barədə məlumat yaydı - SAXLANILAN VƏZİFƏLİLƏRİN SİYAHISI 15:40 | Fevralın 20-də Gənclər Mərkəzinin İctimai Birliyinin tərkibində yaradılan Gənc Sahibkarlar Klubumunun illik hesabat tədbiri keçirib. 15:26 | İcra başçısı necə olmalıdır? - SƏNƏD 15:04 | Azərbaycanda DƏHŞƏTLİ OLAY - Bir ailənin üzvləri öldü 14:49 | “Balaca Şahzadə” yenidən səhnədə 14:06 | “Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi 13:46 | "Qarabağ"da hər şey əla idi" - Beqoviç 13:31 | Sabah hava necə olacaq? - PROQNOZ 12:49 | Zərdabda örüş sahələri zəpt olunan sakinlərin etiraz aksiyası - İcra hakimiyyəti SUSUR...