Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
22-01-2020, 19:34 Oxunub: 31

Xalq artisti: Əgər nə vaxtsa kökəlsəm, mən də digərləri kimi əməliyyat olunaram - ÖZƏL

Xalq artisti: Əgər nə vaxtsa kökəlsəm, mən də digərləri kimi əməliyyat olunaram - ÖZƏL
 

Formam çox gözəldir. Bu mənim qəlbimin içinin gözəlliyidir ki, xaricimə vurub. Bədən, forma gəldi-gedərdir. Əsas nurum getməsin.

Bu sözləri Xalq artisti Mələykə Əsədova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib. İdeal və fit bədən quruluşu ilə diqqət çəkən aktrisa heç bir gözəllik sirrinin olmadığını bildirib:

 

"Boyum 1.70 sm-dir. Çəkimdə hansısa artım olanda belə hiss olunmur. Mənim gözəllik sirrim yoxdur. Allaha çox bağlıyam. Dedi-qodudan uzaq olanda üzdən nur getmir. Eyni ilə mənim kimi. Simamda nurum var. Bütün azərbaycanlı xanımlar kimi gözəl və baxımlıyam”.

"Hər zaman formada qalmağınızı pəhrizə borclusuz?” sualına M. Əsədovadan belə cavab verib:

"İştaham yaxşı olsa da, çox çörək yemirəm. Tez-tez yemək yeyirəm. Hətta sizə deyim ki, şokolad da yeyirəm. Amma kökəlmirəm. Çünki bütün gün ayaq üstəyəm. Gözəl görünməyimə baxmayın, ailənin və evin yükü mənim çiyinlərimin üstündədir. Səhər tezden yuxudan oyanıram. Qızım Gülər hazırlıqlara gedir. Bütün gün qızım və onun dərsləri, müəllimləri ilə məşğulam”.

İstirahət üçün tez-tez xarici ölkələrə yollanan xalq artisti bu il də ənənəsinə sadiq qalacağını söyləyib:

"Amerikaya çox səfər etmişəm. Xüsusi ilə də adalara getmişəm. Bu il hara gedəcəyimi hələ ki götür-qoy etməmişəm. Ötən illərdə olduğu kimi sanatoriyaya mütləq şəkildə baş çəkəcəyəm. Mən dənizi çox sevdiyimdən yenə də adaların birinə istirahətə yollanacağam”.

"Deyirlər ki, Mələykə pullarının çox hissəsini bahalı brend geyimlərə və zinət əşyalarına xərcləyir” şərhinə Əsədovanın reaksiyası bu cür olub:

"Onu deyə bilərəm ki, qızım şoppinqi sevmir, mən isə tərsinə böyük həzz alıram. Şoppinqə gedəndə ən çox geyim və parfüm alıram. Şoppinq edəndə beynim dincəlir”.

"İncəsənət nümayəndələrinin xüsusi ilə xanım sənətçilərin gözəllik uğrunda seçdikləri ən təhlükəli yol sözsüz ki, plastik və estetik əməliyyatlardır” demişdik ki, Mələykə Əsədova bu mövzunu özünəməxsus şəkildə cavablandırdı:

"Əgər mən nə zamansa kökəlsəm, mən də həmin sənətçilər kimi plastik əməliyyat etdirərəm. Mən əməliyyatlara pis baxmıram. Qadınlar hər zaman baxımlı və gözəl olmalıdır. Əgər kiminsə kompleksi varsa və bu kompleksdən azad olmaq üçün bıçaq altına uzanırsa, mən normal baxıram. Özüm də bu yaxınlarda burnumdan kiçik əməliyyat keçirdim. Ciddi bir müdaxilə olmadı. Hər zaman gördüyünüz eyni burundur. Sadəcə nəfəs almağımda problemlər ucbatından əməliyyata qərar verdim. İndi hər şey yaxşıdır”. 


XƏBƏR LENTİ
15:23 | Bu gün saat 00:20 də hər kəsin diqqəti ATV də yayimlanan "Aldanmiş hisslər" serialinda olsun. 14:16 | Azərbaycanda məktəblərdə yeni virus yayıldı 13:41 | “Azəriqaz” yeni şəffaf sayğac qutularını təqdim etdi 13:24 | Azərbaycanda bu şəxslərin maaşları artacaq 12:30 | İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb 12:11 | Hillari Klinton: “Tramp Putinin marionetidir” 11:42 | Paşinyan Münhen məğlubiyyətinin depressiyasından çıxa bilmir - GƏLİŞMƏ 11:22 | Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı 10:48 | Tutulan icra başçısını hansı cəza gözləyir? 19:22 | İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub - FOTO 19:01 | Mehman Hüseynov, İqbal Ağazadə ilə Rauf Arifoğluna rəqib oldu 18:39 | DTX icra başçısını belə ifşa etdi - Əməliyyatın şok VİDEO-su 18:23 | Türkiyəli generallar Suriya sərhədinə yollandı 17:57 | DTX icra başçısının tutulması barədə məlumat yaydı - SAXLANILAN VƏZİFƏLİLƏRİN SİYAHISI 15:40 | Fevralın 20-də Gənclər Mərkəzinin İctimai Birliyinin tərkibində yaradılan Gənc Sahibkarlar Klubumunun illik hesabat tədbiri keçirib. 15:26 | İcra başçısı necə olmalıdır? - SƏNƏD 15:04 | Azərbaycanda DƏHŞƏTLİ OLAY - Bir ailənin üzvləri öldü 14:49 | “Balaca Şahzadə” yenidən səhnədə 14:06 | “Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi 13:46 | "Qarabağ"da hər şey əla idi" - Beqoviç 13:31 | Sabah hava necə olacaq? - PROQNOZ 12:49 | Zərdabda örüş sahələri zəpt olunan sakinlərin etiraz aksiyası - İcra hakimiyyəti SUSUR...