Qaynarxətt: (+99470) 997 11 77
Xüsusi reportajlar
Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü.
Respublika Veteranlar Təşkilatında
ARİF SƏLIMOVUN QIZI ZƏHRA BALANIN AD GÜNÜNDƏ BİZDƏ QONAĞ OLDUĞ.AD GÜNÜNDƏN İSTİ GÖRÜNTÜLƏRI XEBEREKSPRESS.AZ SAYTINDA SİZDƏ İZLƏYİN
Ağstafada baxça Müdürəsi  jurnalistə hücum etdi - Video
Məmmədov Qara Məhərrəm oğlu  Zəngilan - Qubadlı sakinləri ilə görüşlər keçirmişdir.
Şuşa Dövlət Musiqili Dram Teatrinda Azərbaycan Rəssamlar İB-nin üzvləri Elnurə və Aygun bacılarının təşəbbüsü ilə 20 YANVAR faciəsinə həsr olunmuş tədbir keçirildi.
Sumqayıtda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AYB-nin ” NATƏVAN” klubunda istedadlı şairə Zəkiyyə Elruh Pənahovanın “YARITORPAQ İNSAN” adlı kitabının təqdimatı keçirildi
Əziz və dəyərli Azərbaycan xalqı. Dostluğumda olan hər bir dost bir ananın səsinə səs verib dəstək olsun. Çox xahiş edirəm paylaşın ki, tez bir zamanda kömək edək. Bir gün siqaret, kontur istifadə etməyək. Həmin məbləğı hesaba köçürək.
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  “Gövhəri - laməkan” adlı  sərgi-tədbir keçirildi.
Prezdentin Sərəncamina Baxmayan FHN nin vətəndaşa biganəliyi
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
16-01-2020, 17:50 Oxunub: 15

Sürücülərin NƏZƏRİNƏ - "Xəbərdarlıq etmədən cərimələyirlər"

 Sürücülərin NƏZƏRİNƏ - "Xəbərdarlıq etmədən cərimələyirlər"
 

Bundan əvvəl də paytaxt yollarının əsas problemlərindən olan uyğunsuz nişanlarla bağlı məlumat vermişdik. Bakının müxtəlif ərazilərində olan səhv nişanlara görə hər gün onlarla sürücü cərimələnir. Problemlə bağlı dəfələrlə ekspertlər irad bildirsə də, mediada məlumatlar yayılsa da, hələ ki aidiyyatı orqanlar hər hansı addımlar atmayıb. Əsas qalmaqallı nişanlar da məhz dönmə əməliyyatı zamanı dirəkdə olan nişanla yerdə çəkilən nişanın üst-üstə düşməməsidir.

"Hazırda paytaxtda standartlara uyğun gəlməyən yol nişanları var. Buna görə də Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi məsuliyyət daşıyır”.

Bunu Lent.az -a yol-nəqliyyat eksperti Eldəniz Cəfərov müəmmalı yol nişanları barədə münasibət bildirərkən deyib. Onun fikrincə, qadağanedici nişanların çox olmasına rəğmən, xəbərdaredici və məlumatlandırıcı nişanlar azdır:

 

"Ümumiyyətlə, ölkə üzrə yol infrastrukturu yaxşı inkişaf etməyib. Xüsusən, Bakı şəhərində yol nişanlarının çatışmazlığı və bir-birinə uyğunlaşmaması müşahidə edilir. Hazırda paytaxtda standartlara uyğun gəlməyən yol nişanları var. Buna görə də Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi məsuliyyət daşıyır. Təəssüf ki, mediada bu haqda xeyli çıxışlar etsək də, problemlər hələ də həllini tapmayıb. Məsələn, piyada keçidləri ilə bağlı nişanlar demək olar ki, yoxdur. Piyada keçidinin yaxınlığında qoyulan məlumatlandırıcı nişanlar var. Amma 100-150 metr qalmış xəbərdaredici nişanlar qoyulmayıb. Yol hərəkətini tənzimləyən nişanlara rast gəlmirik. Daha çox qadağanedici nişanlar var. Amma xəbərdaredici və məlumatlandırıcı nişanlar olduqca azdır”.

Ekspert sürücülərin cərimələnməsindən danışarkən, yol polisi əməkdaşlarının maarifləndirməni zəif apardığını da vurğulayıb:

"Nişanların qurulmasında daha çox DYP məsuliyyət daşıyır. Ona görə ki, cərimələnməni də həmin qurum həyata keçirir. İctimaiyyət, xüsusən də media bu problemi daim gündəmdə saxlamalı və yol polisinin qarşısına çıxartmalıdır ki, məsələ həllini tapsın. Çünki sürücülər xəbərdarlıqla kifayətlənməli səhvə görə, haqsız yerə cərimələnirlər. Ancaq bu barədə maarifləndirmə aparılmalıdır. Təəssüf ki, bu gün yol polislərinin çoxu öz xidmətlərini sürücüləri cərimələməkdə görürlər. Halbuki yol polisinin əsas vəzifəsi hərəkəti tənzimləmək və maarifləndirmə aparmaqdır. Ancaq indiyə qədər hansısa yol polisinin maarifləndirmə ilə məşğul olduğunu görməmişəm. Bəzən bilmədən, bəzən də səhv nişanlara görə sürücülərimiz qaydaları pozurlar. Yol polisinin ona həvalə edilən yolda hərəkəti tənzimləmək əvəzinə sürücüləri təqib etdiyinə, hər hansı cərimə olmasa belə, onları saxlayıb sənədlərini yoxlamasına da rast gəlmişik. Təəssüf ki, hələ də bunlar öz həllini tapmayıb”.

Yol nişanlarında uyğunsuzluq olan əsas küçələrin adlarını çəkən Eldəniz Cəfərov, bu problemin sürücülərin cərimələnməsinə və ya ağır qəzalara gətirib çıxartdığını bildirib:

"Nişan pozuntuları olan küçələrdən biri daha çox tıxac yaşanan Yusif Səfərov küçəsidir. Yol polisi həmin küçəyə çıxışı olan yollarda hərəkəti dayandırmaqla tıxacın qarşısını almaq istəyir. Ancaq bu, əks-effekt verir. Y.Səfərov küçəsində yerdə çəkilən bəzi nişanlar düzgün olmadığı üçün sürücülər tez-tez cərimələnirlər. Halbuki bu nişanlar digərləri ilə uyğunlaşmalıdır və sürücülər də onları görməlidir. Görünməyən yerlərdə nişanlar qoyublar və sürücülər də buna görə cərimələnirlər.

Əhməd Rəcəbli küçəsindəki yol nişanlarında da problemlər var. Həmin küçədə əlavə olaraq işıqlandırma yox səviyyəsindədir. Bundan əlavə, tunellər, ötürücülər və keçidlər çox olan Ziya Bünyadov prospektində də yol nişanlarında problemlər mövcuddur.


XƏBƏR LENTİ
14:03 | Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumundakı iştirakının siyasi-iqtisadi əhəmiyyəti haqqında 13:30 | Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlandı - SİYAHI 13:09 | İrəvanda atışma olub 12:34 | Bütün Azərbaycan bu polis leytenantından danışır - Görün nə etdi... / FOTO 11:45 | “TAP Cənub-Şərqi Avropa ölkələri üçün mühüm əhəmiyyət daşıyır” 11:22 | Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır 11:03 | Alimlər açıqladı: Çini daha bir bəla gözləyir 10:45 | Türkiyədəki dəhşətli zəlzələlər Azərbaycanda gözlənilir? - Bu zonalarda təhlükə var 10:13 | 2019-cu ildə “Bank Respublika”nın xalis faiz mənfəəti 41 milyon manat olub 09:53 | Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək 22:30 | Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq etdi: Bu restoranlara getməyin! 22:15 | Dəmir yolunda virusla bağlı tədbirlər gücləndirildi 21:40 | Bu tarixdən tələbələrin köçürülməsinə başlanılır 21:39 | Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu 21:20 | DYP sürücülərə qarşı “karusel” əməliyyatının səbəbini açıqladı - RƏSMİ 21:00 | Elxan Məmmədov: "Futbolçu qəlyan çəkməməlidir" 17:20 | Ard-arda ölümlər baş verən Ağciyər İnstitutu - Xəstələrə verilən bərbad yeməklər, kəskin qoxulu palatalar... 17:07 | Polkovnik: Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına xidmət edir 16:51 | Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü. 16:45 | Süleymaninin öldürülməsi əməliyyatına rəhbərlik etmiş yüksək rütbəli ABŞ zabiti qətlə yetirildi 16:29 | İlham Əliyev koronavirusla bağlı tapşırıq verdi 16:15 | Mübariz Mənsimov 150 tələbəyə təqaüd verəcək