Qaynarxətt: (+99470) 997 11 77
Xüsusi reportajlar
Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü.
Respublika Veteranlar Təşkilatında
ARİF SƏLIMOVUN QIZI ZƏHRA BALANIN AD GÜNÜNDƏ BİZDƏ QONAĞ OLDUĞ.AD GÜNÜNDƏN İSTİ GÖRÜNTÜLƏRI XEBEREKSPRESS.AZ SAYTINDA SİZDƏ İZLƏYİN
Ağstafada baxça Müdürəsi  jurnalistə hücum etdi - Video
Məmmədov Qara Məhərrəm oğlu  Zəngilan - Qubadlı sakinləri ilə görüşlər keçirmişdir.
Şuşa Dövlət Musiqili Dram Teatrinda Azərbaycan Rəssamlar İB-nin üzvləri Elnurə və Aygun bacılarının təşəbbüsü ilə 20 YANVAR faciəsinə həsr olunmuş tədbir keçirildi.
Sumqayıtda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AYB-nin ” NATƏVAN” klubunda istedadlı şairə Zəkiyyə Elruh Pənahovanın “YARITORPAQ İNSAN” adlı kitabının təqdimatı keçirildi
Əziz və dəyərli Azərbaycan xalqı. Dostluğumda olan hər bir dost bir ananın səsinə səs verib dəstək olsun. Çox xahiş edirəm paylaşın ki, tez bir zamanda kömək edək. Bir gün siqaret, kontur istifadə etməyək. Həmin məbləğı hesaba köçürək.
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  “Gövhəri - laməkan” adlı  sərgi-tədbir keçirildi.
Prezdentin Sərəncamina Baxmayan FHN nin vətəndaşa biganəliyi
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
16-01-2020, 17:41 Oxunub: 13

Medvedyevi “danışdıran” ilk azərbaycanlı: Qarabağ...

Medvedyevi “danışdıran” ilk azərbaycanlı: Qarabağ...
 

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya hökuməti istefaya gedib. Vaxtilə keçmiş Baş nazir Dmitri Medvedyevdən eksklüziv müsahibə alan Azərbaycanın əməkdar jurnalisti Faiq Hüsiyev onunla bağlı xatirələrini, fikirlərini bölüşüb.

Axar.az Faiq Hüsiyevin müsahibəsini təqdim edir:

- Dmitri Medvedyevlə görüşünüzü necə xatırlayırsınız?

- Mən onunla görüşəndə Dmitri Anatolyeviç Rusiyanın Prezidenti idi. 2011-ci ilin dekabr ayında ondan müsahibə almışdım. SSRİ dağıldıqdan sonra ilk dəfə idi ki, Rusiya prezidenti Cənubi Qafqazı təmsil edən jurnalistə eksklüziv müsahibə verirdi.

Mən onun dərin savada və yüksək intellektə malik olduğunu eşitmişdim. Müsahibə vaxtı buna bir daha əmin oldum. Onu da qeyd edim ki, D.Medvedyev həm də çox səmimi bir insan təəssüratı bağışladı və xatirimdə belə qaldı.

- Onunla cəmi bir dəfə görüşmüsünüz?

- Onunla başqa bir görüşüm də olub. Dövlət televiziyasının sədr müavini kimi MDB KİV rəhbərlərinin 2013-cü ildə keçirilən görüşündə iştirak edirdim. Həmin görüş Medvedyevin iştirakı ilə keçirilirdi. Amma artıq Baş nazir idi. O görüş də çox maraqlı və əhatəli alınmışdı.

- D.Medvedyevin fəaliyyətini necə qiymətləndirmək olar?

- Təbii ki, Rusiyanın ali dövlət vəzifəsini tutmuş siyasi xadimin fəaliyyətini bir-iki cümlə ilə qiymətləndirmək olmaz. Şübhəsiz, Rusiya-Azərbaycan münasibətlərinin inkişafında onun çox müsbət xidmətləri var. İstər prezident, istərsə də baş nazir olduğu dönəmlərdə dövlətlərimizin və xalqlarımızın mənafeyinə xidmət edən uğurlu addımlar atması Dmitri Anatolyeviçin sanballı siyasətçi olduğunu sübut edir. Dəfələrlə Azərbaycana səfər etmişdi.

Fikrimcə, Prezident İlham Əliyevlə Medvedyevin dostluq münasibətlərində olmasını da unutmaq olmaz. Prezidentlər dost olmasa, ölkələr dost ola bilməz! Məhz Medvedyevin səyləri nəticəsində 2008-ci ilin noyabrında Mayndorf Bəyannaməsinin imzalanmasını Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət hal kimi dəyərləndirmək olar. Hərçənd, siyasi danışıqlar prosesi Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından dalana dirəndi. Rusiyanın bu ölkəyə təzyiq mexanizmləri də tam şəkildə işə düşmədi. Ümumilikdə götürəndə - iqtisadi və humanitar sahələrdə, eləcə də hərbi-texniki əməkdaşlıqda Rusiya ilə əlaqələrimizin yüksək səviyyəyə qalxmasında Dmitri Medvedyevin rolu danılmazdır!

- Sizcə, Medvedyevin istefasının səbəbləri nədir? Bu istefa Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilərmi?

- Bu günlərdə hər kəs məlumatları açıq informasiya mənbələrindən alır, amma istefanın əsas səbəbi yazılmır. Aydındır ki, bütün dünyada gedən siyasi və iqtisadi proseslər islahatların çevik aparılmasını tələb edir. "İnkişaf” sözünün bir sinonimi də - dəyişiklikdir. Komandadaxili "rakirovka” indi hər yerdə qəbul olunmuş idarəçilik fəndidir! Dmitri Medvedyev baş nazir postundan getsə də, siyasi isteblişmentin aparıcı fiqurlarından biri kimi qalacaq. Unutmayaq ki, o, "Yedinaya Rossiya” hakim partiyasının sədridir. Dmitri Anatolyeviçin Rusiya Təhlükəsizlik Şurasında Prezident Vladimir Putinin müavini olacağı haqda xəbərlər də yayılmaqdadır. Odur ki, fikrimcə, Medvedyev üçün bu istefa siyasi karyeranın sonu deyil, yeni təzahürüdür! Özü də Rusiya Konstitusiyasına təklif edilən dəyişikliklər fonunda bu, heç də zəif sonluq deyil...

Ölkələrimiz arasında münasibətlərə gəldikdə isə deyə bilərəm ki, Rusiya–Azərbaycan əlaqələri bu gün möhkəm siyasi-iqtisadi, həmçinin humanitar bazaya əsaslanır. İlk növbədə Prezidentlərimizin iradəsinə əsaslanan və xalqlarımızın mənafeyinə xidmət edən qarşılıqlı münasibətlərimiz yüksək səviyyədədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyaya 2019-cu il 21-25 noyabr tarixli rəsmi səfəri də bu istiqamətdəki əlaqələrimizə əsaslı dinamizm vermiş oldu. Bu baxımdan, Rusiya ilə münasibətlərimizə heç bir təhlükə görmürəm.


XƏBƏR LENTİ
16:03 | Çavuşoğlu: Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək 15:39 | “Bir səbəb yetər ki, efirdən gedim” - Nanə Ağamalıyeva 15:11 | Əli Əsədovdan yeni TƏYİNATLAR 14:58 | Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac artıb 14:03 | Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumundakı iştirakının siyasi-iqtisadi əhəmiyyəti haqqında 13:30 | Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlandı - SİYAHI 13:09 | İrəvanda atışma olub 12:34 | Bütün Azərbaycan bu polis leytenantından danışır - Görün nə etdi... / FOTO 11:45 | “TAP Cənub-Şərqi Avropa ölkələri üçün mühüm əhəmiyyət daşıyır” 11:22 | Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır 11:03 | Alimlər açıqladı: Çini daha bir bəla gözləyir 10:45 | Türkiyədəki dəhşətli zəlzələlər Azərbaycanda gözlənilir? - Bu zonalarda təhlükə var 10:13 | 2019-cu ildə “Bank Respublika”nın xalis faiz mənfəəti 41 milyon manat olub 09:53 | Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək 22:30 | Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq etdi: Bu restoranlara getməyin! 22:15 | Dəmir yolunda virusla bağlı tədbirlər gücləndirildi 21:40 | Bu tarixdən tələbələrin köçürülməsinə başlanılır 21:39 | Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu 21:20 | DYP sürücülərə qarşı “karusel” əməliyyatının səbəbini açıqladı - RƏSMİ 21:00 | Elxan Məmmədov: "Futbolçu qəlyan çəkməməlidir" 17:20 | Ard-arda ölümlər baş verən Ağciyər İnstitutu - Xəstələrə verilən bərbad yeməklər, kəskin qoxulu palatalar... 17:07 | Polkovnik: Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına xidmət edir