Qaynarxətt: (+99470) 997 11 77
Xüsusi reportajlar
Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü.
Respublika Veteranlar Təşkilatında
ARİF SƏLIMOVUN QIZI ZƏHRA BALANIN AD GÜNÜNDƏ BİZDƏ QONAĞ OLDUĞ.AD GÜNÜNDƏN İSTİ GÖRÜNTÜLƏRI XEBEREKSPRESS.AZ SAYTINDA SİZDƏ İZLƏYİN
Ağstafada baxça Müdürəsi  jurnalistə hücum etdi - Video
Məmmədov Qara Məhərrəm oğlu  Zəngilan - Qubadlı sakinləri ilə görüşlər keçirmişdir.
Şuşa Dövlət Musiqili Dram Teatrinda Azərbaycan Rəssamlar İB-nin üzvləri Elnurə və Aygun bacılarının təşəbbüsü ilə 20 YANVAR faciəsinə həsr olunmuş tədbir keçirildi.
Sumqayıtda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AYB-nin ” NATƏVAN” klubunda istedadlı şairə Zəkiyyə Elruh Pənahovanın “YARITORPAQ İNSAN” adlı kitabının təqdimatı keçirildi
Əziz və dəyərli Azərbaycan xalqı. Dostluğumda olan hər bir dost bir ananın səsinə səs verib dəstək olsun. Çox xahiş edirəm paylaşın ki, tez bir zamanda kömək edək. Bir gün siqaret, kontur istifadə etməyək. Həmin məbləğı hesaba köçürək.
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  “Gövhəri - laməkan” adlı  sərgi-tədbir keçirildi.
Prezdentin Sərəncamina Baxmayan FHN nin vətəndaşa biganəliyi
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
16-01-2020, 17:19 Oxunub: 14

İlham Əliyev 3 sərəncam imzaladı

İlham Əliyev 3 sərəncam imzaladı

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Naxçıvan şəhərində ASAN Xidmət mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xeberekspress.az sərəncamın mətnini təqdim edir:

1. Naxçıvan şəhərində ASAN Xidmət mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 942; 2005, № 9, maddə 818; 2007, № 5, maddə 459; 2009, № 4 maddə 238, № 5, maddə 383; 2013, № 6, maddə 702; 2014, № 12, maddə 1627; 2015, № 8, maddə 907, № 10, maddə 1191; 2016, № 4,maddə 737; 2017, № 1, maddə 51) ilə təsdiq edilmiş "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın tərkibi aşağıdakı redaksiyada verilsin:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini ─ Azərbaycan Respublikasının Hərbi prokuroru

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri

Komissiyanın katibi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri”.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 174; 2002, № 1, maddə 71; 2004, № 4, maddə 282, № 7, maddə 566; 2005, № 8, maddə 733; 2007, № 12, maddə 1251; 2009, № 2, maddə 93; 2012, № 5, maddə 442; 2015, № 11, maddə 1301; 2016, № 12, maddə 2174; 2018, № 7 (II kitab), maddə 1597) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikasının Daxili İşlər naziri

Azərbaycan Respublikasının Xarici İşlər naziri

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Komissiyanın katibi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri.”.

2. 2-ci hissədən "və hərbi məsələlər” sözləri çıxarılsın.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

XƏBƏR LENTİ
14:58 | Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac artıb 14:03 | Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumundakı iştirakının siyasi-iqtisadi əhəmiyyəti haqqında 13:30 | Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlandı - SİYAHI 13:09 | İrəvanda atışma olub 12:34 | Bütün Azərbaycan bu polis leytenantından danışır - Görün nə etdi... / FOTO 11:45 | “TAP Cənub-Şərqi Avropa ölkələri üçün mühüm əhəmiyyət daşıyır” 11:22 | Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır 11:03 | Alimlər açıqladı: Çini daha bir bəla gözləyir 10:45 | Türkiyədəki dəhşətli zəlzələlər Azərbaycanda gözlənilir? - Bu zonalarda təhlükə var 10:13 | 2019-cu ildə “Bank Respublika”nın xalis faiz mənfəəti 41 milyon manat olub 09:53 | Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək 22:30 | Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq etdi: Bu restoranlara getməyin! 22:15 | Dəmir yolunda virusla bağlı tədbirlər gücləndirildi 21:40 | Bu tarixdən tələbələrin köçürülməsinə başlanılır 21:39 | Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu 21:20 | DYP sürücülərə qarşı “karusel” əməliyyatının səbəbini açıqladı - RƏSMİ 21:00 | Elxan Məmmədov: "Futbolçu qəlyan çəkməməlidir" 17:20 | Ard-arda ölümlər baş verən Ağciyər İnstitutu - Xəstələrə verilən bərbad yeməklər, kəskin qoxulu palatalar... 17:07 | Polkovnik: Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına xidmət edir 16:51 | Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü. 16:45 | Süleymaninin öldürülməsi əməliyyatına rəhbərlik etmiş yüksək rütbəli ABŞ zabiti qətlə yetirildi 16:29 | İlham Əliyev koronavirusla bağlı tapşırıq verdi