Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
30-12-2019, 18:40

Azərbaycan Ordusu yeni silahlarla təmin ediləcək

Azərbaycan Ordusu yeni silahlarla təmin ediləcək
 
Müdafiə Sənayesi Nazirliyində 2019-cu ilin yekunlarına və qarşıda duran məsələlərə dair geniş müşavirə keçirilib.

Nazirlikdən verilən məlumata görə, cari il ərzində Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin istehsal və təsərrüfat fəaliyyətinin yekunları, 2020-ci ildə bu sahədə qarşıda duran vəzifələr müzakirə edilib.

Müdafiə Sənayesi naziri Mədət Quliyevin sədrliyi ilə keçirilən iclasda tabeçilikdə olan birlik və müəssisələrin 2019-cu il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edildi. Qeyd olundu ki, Silahlı Qüvvələrin silah, sursat və digər müdafiə təyinatlı məhsullarla təmin edilməsinin vacibliyi nəzərə alınaraq cari ilin iyun ayında ölkə başçısı tərəfindən Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti bərpa olunub və Ali Baş Komandan İlham Əliyev tərəfindən verilmiş tövsiyyə və tapşırıqların həlli istiqamətində atılacaq addımlar müəyyənləşdirilib.


Bildirildi ki, ölkə başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məhsullar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.

Milli Ordunu yeni nəsil silah növləri ilə təmin etmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən yeni layihələrin reallaşdırılması istiqamətində məqsədyönlü işlərin davam etdirildiyi də diqqətə çatdırılıb.

Müşavirədə müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı ilə bağlı 2020-ci ildə qarşıda duran məsələlərə dair geniş müzakirələr aparılıb.

XƏBƏR LENTİ
12:26 | Milli Məclis tarixində bir İLK OLDU 12:05 | Ailə üzvlərində koronavirus aşkarlanan abituriyent imtahana BURAXILMAYACAQ 11:44 | Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik? 11:41 | Parlamentin növbədənkənar sessiyasının ilk iclası başladı 10:56 | Bərdədə oğul anası və bacısını güllələyib – Rəsmi açıqlama 10:37 | Mayda hərraclarda nə qədər valyuta satılıb? - FOND MƏLUMAT YAYDI 09:58 | Buraxılış imtahanlarının vaxtı açıqlandı - QRAFİK 09:24 | Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO 09:10 | 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür! 21:12 | "Dərs vaxtı" verilişinin sabahkı cədvəli 20:52 | Mərkəzi Bankdan vaxtı keçmiş kreditlərlə bağlı AÇIQLAMA 18:23 | ABŞ-dakı etirazlara “Anonymous” haker qrupu da qoşuldu 18:02 | Azərbaycanda daha 101 nəfər koronavirusdan sağaldı - RƏSMİ 17:58 | Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 248 yeni yoluxma - RƏSMİ 16:15 | Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ 16:13 | Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu 15:28 | “Mall”lar bu gün niyə açılmayıb? - RƏSMİ CAVAB 14:28 | Türkiyə parlamentinin sədri Sahibə Qafarovaya zəng etdi 14:00 | Zakir Həsənov Milli Məclisdə tənqid edildi: Azərbaycanca danışa bilmir 13:57 | İyun ayında da 190 manat verilsin! – Deputatdan təklif 12:45 | Azərbaycanda zərgərlik əşyaları kəskin ucuzlaşa bilər 12:40 | Spikerdən deputatlara irad: “Yuxarıda əyləşənlər telefondan başını qaldırmır”