Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
9-02-2018, 23:00 Oxunub: 186

Martin Şults Almaniyanın yeni koalisiya hökumətinə daxil olmaqdan imtina edib

Martin Şults Almaniyanın yeni koalisiya hökumətinə daxil olmaqdan imtina edib

 

Almaniya Sosial-Demokratik Partiyasının (ASDP) sədri Martin Şults yeni koalisiya hökumətinə daxil olmaqdan imtina etdiyini bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Şuls öz qərarını partiyada "kadr debatlarını” sona çatdırılmasının vacibliyi ilə izah edib.

"Mən federal hökumətə daxil olmaqdan imtina etdiyimi bildirirəm və eyni zamanda, ümid edirəm ki, ASDP-də kadr debatları sona çatacaq. Biz hamımız siyasəti bu ölkədəki insanlara görə aparırıq. Mənim şəxsi ambisiyalarım partiyanın maraqları ilə ziddiyyət təşkil etməməlidir”, - Şultsun bəyanatında belə deyilir.

Bir qədər əvvəl ASDP sədri yeni koalisiya hökumətində Almaniyanın Xarici İşlər Nazirliyinə başçılıq etmək istədiyini bildirmişdi.

Almaniyada yeni hökumətin apreldə formalaşacağı gözlənilir.