Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
9-02-2018, 22:52 Oxunub: 195

İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

 

Fevralın 9-da İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 39-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

Səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 39 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurların əldə edildiyini vurğulayıb. Qeyd edib ki, İran İslam Respublikası bu müddətdə regional sabitlik amili kimi çıxış edib, terrorizmin qarşısını almaq üçün ciddi və təsirli addımlar atıb. Terrorizm və radikalizmə qarşı mübarizə regional və beynəlxalq əməkdaşlıq tələb edir. Bu sahədə ikili standartlardan çəkinmək lazımdır.

Ölkələrimiz arasındakı münasibətlərdən danışan diplomat deyib ki, İran ilə Azərbaycan arasındakı dostluq və qardaşlığa əsaslanan əlaqələr gündən-günə inkişaf edir. Dövlət başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm dayaq olub. Biz iki qardaş xalq arasında olan çoxşaxəli əməkdaşlıqlar, qırılmaz tellər yaratmışıq. Son illər ərzində hər iki ölkə arasında qarşılıqlı turist mübadiləsinin artması ölkələrimiz arasındakı dostluğun nəticəsidir.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib.

Azərbaycan və İran xalqlarını ortaq mənəvi dəyərlərin birləşdirdiyini deyən nazir qeyd edib ki, ölkələrimiz arasında əlaqələr bu gün ən yüksək səviyyəyə qalxıb. Nazir deyib: "Son 4 ildə investisiya, ticarət sahəsində inkişaf əldə olunub. 2017-ci ildə ticarət dövriyyəsi 30 faiz artıb. Dünən Astara-Astara dəmir yolu xətti üzrə ilk sınaq yük qatarı İrana yola salınıb. İranda yük terminalının tikintisinə başlanılıb. Bundan başqa, ölkələrimiz arasında humanitar, təhsil, mədəniyyət sahələrində də əlaqələr inkişaf edir”.

Şahin Mustafayev qeyd edib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir. Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini diqqətə çatdıran nazir ölkələrimiz arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərinin olduğunu söyləyib. O, energetika, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.