Qaynarxətt: (+99470) 997 11 77
Xüsusi reportajlar
Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü.
Respublika Veteranlar Təşkilatında
ARİF SƏLIMOVUN QIZI ZƏHRA BALANIN AD GÜNÜNDƏ BİZDƏ QONAĞ OLDUĞ.AD GÜNÜNDƏN İSTİ GÖRÜNTÜLƏRI XEBEREKSPRESS.AZ SAYTINDA SİZDƏ İZLƏYİN
Ağstafada baxça Müdürəsi  jurnalistə hücum etdi - Video
Məmmədov Qara Məhərrəm oğlu  Zəngilan - Qubadlı sakinləri ilə görüşlər keçirmişdir.
Şuşa Dövlət Musiqili Dram Teatrinda Azərbaycan Rəssamlar İB-nin üzvləri Elnurə və Aygun bacılarının təşəbbüsü ilə 20 YANVAR faciəsinə həsr olunmuş tədbir keçirildi.
Sumqayıtda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AYB-nin ” NATƏVAN” klubunda istedadlı şairə Zəkiyyə Elruh Pənahovanın “YARITORPAQ İNSAN” adlı kitabının təqdimatı keçirildi
Əziz və dəyərli Azərbaycan xalqı. Dostluğumda olan hər bir dost bir ananın səsinə səs verib dəstək olsun. Çox xahiş edirəm paylaşın ki, tez bir zamanda kömək edək. Bir gün siqaret, kontur istifadə etməyək. Həmin məbləğı hesaba köçürək.
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  “Gövhəri - laməkan” adlı  sərgi-tədbir keçirildi.
Prezdentin Sərəncamina Baxmayan FHN nin vətəndaşa biganəliyi
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
9-12-2019, 14:32 Oxunub: 31

Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama

Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama

 

Gələn il yanvarın 1-dən etibarən evlər də icbari qaydada sığorta etdiriləcək. Evini sığortalatdırmayanlar isə cərimələnəcək. Hazırda sistemin elektronlaşdrılması üzərində iş gedir və ilin sonuna kimi proses yekunlaşacaq. Yoxlamalar da elektron qaydada aparılacaq.

Bakı şəhərində yerləşən yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləği 50 manat, sığortanın müddəti 1 il, təminat məbləği 25 min manatdır.

Gələn ilin yanvar ayından tətbiq olunması gözlənilən daşınmaz əmlakın sığortasının icbari olması və sığorta haqqı birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Bizimyol.info-ya bildirib ki, daşınmaz əmlakın icbari-məcburi sığortalanması 2011 ci ildən nəzərdə tutulub.

"Bununla bağlı işlər aparılır. Əvvəllər qanunda fiziki şəxslərə yəni vətəndaşlara nisbətdə qanun yumşaldılmış xarakter daşıyırdı. Yəni evini sığorta etməyən vətəndaşları cərimə etmirdilər. Vətəndaş əgər ipoteka ilə ev alırdısa, notariusda əmlakla bağlı hər hansı hərəkətlər edirdisə o zaman məcburi sığortalamaq anlayışı işə düşürdü. İlin əvvəlində Şamaxı və ətraf rayonlarda baş verən zəlzələ hadisələri, daha sonra Bakıda bir neçə Ticarət mərkəzində yanğınlardan sonra vətəndaşların kütləvi dövlətdən kompensasiya tələbi sığortanın aktuallığını ortaya qoymuş oldu”,-deyə İ.İbrahimov bildirib.

Ekspert qeyd edib ki, bundan sonra Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı” hazırlandı: "Əmlakın elektron qeydiyyat forması da yekunlaşdıqdan sonra sənədli evlərdə də avtomobillərdəki kimi sığoftası olmayanın cərimələnməsi prosesi avtomatikləşəcək. Yəni İnzibati Xətalar Məcəlləsinə əsasən sığorta etməyən fiziki şəxslər 30 manat miqdarında cərimələnəcəklər və bu proses hər 20 gündən bir sığorta olunana qədər davam edə bilər. Məcburilik prosesi nəticəsində vətəndaş sığortasını alacaq, sabah hər hansı sığorta hadisəsi olsa dövlətdən yalvararaq pul istəməyəcək. Digər tərəfdən dövlət də qəflətən baş verən təbii fəlakətlərlə bağlı büdcədən ayırmalar etməyəcək. Bununla bağlı cərimə protokolu tərtib etmək vəzifəsi yerli icra hakimiyyəti orqanlarına və onların nümayəndələrinə tapşırılır”.

Ekspert bildirib ki, sığorta şirkətinə hazırda əmlakla bağlı inam və faktiki ödənişlər çox azdır: "Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası böyük sığorta şirkətlərinin əlində qalmışdı. Çünki Palatanın verdiyi məcburi göstərişləri bəzi hallarda sığprta şirkətləri saymırdı, palata isə buna görə onları cəzalandırmırdı ya da cəzalandıra bilnirdi. Hətta fiziki şəxslərə ödənən sığorta ğdənişlərinin statistikası da hüquqi şəxslərlə bir yerdə verilirdi ki, bu da biyabırçılığı ört basdır etməyə hesabıanmışdı. Ekspert kimi şəxsi fikrim ondan ibarətdir ki, bu gün proses paralel aparılmalıdır: həm sığprta şirkətlərinə nəzarət olmalıdır ki ödənişi ədalətli və vaxtında etsinlər, həm də vətəndaşlar əmlaklarını sığorta etsinlər. Məncə sığorta şirkətləri vətəndaşa ödəniş versələr bu proses daha asan olacaq. Çünki cəmiyyət hazırda sığorta şirkətlərinin pul verməkdən imtina etdiyi qənaətindədir. Hesab edirəm ki, nəzarətedici orqan daha savadlı və peşəkar mütəxəsislərdən təşkil olunsa sığortaya inam artacaq. Necə avtonəqliyyat vasitələrinin icbari sığortasındakı kimi əvvəlki illərə nisbətdə hazırda sığortasız avtomobil tapmaq çox azdır. Bunun nəticəsi olaraq da həm vətəndaş, həm sığorta şirkəti həm də dövlət qazanır. Sığorta etməyənlərin cərimə olunması vətəndaşı bu sığortaya təşviq etməkdən ibarətdir”.

Eksperti bildirib ki, aztəminatlı ailələrin əmlaklarının sığorta haqqı dövlət büdcəsi hesabına ödənir: "Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerlərdəki şöbələrinə müraciət etmək lazımdır. Dövlət büdcəsi hesabına ödənilən əmlka sığorta haqlarına həm də dövlət büdcəsindən maliyyələşən idarə, təşkilatların inzibati binaları aiddir”.
XƏBƏR LENTİ
15:11 | Əli Əsədovdan yeni TƏYİNATLAR 14:58 | Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac artıb 14:03 | Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumundakı iştirakının siyasi-iqtisadi əhəmiyyəti haqqında 13:30 | Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlandı - SİYAHI 13:09 | İrəvanda atışma olub 12:34 | Bütün Azərbaycan bu polis leytenantından danışır - Görün nə etdi... / FOTO 11:45 | “TAP Cənub-Şərqi Avropa ölkələri üçün mühüm əhəmiyyət daşıyır” 11:22 | Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır 11:03 | Alimlər açıqladı: Çini daha bir bəla gözləyir 10:45 | Türkiyədəki dəhşətli zəlzələlər Azərbaycanda gözlənilir? - Bu zonalarda təhlükə var 10:13 | 2019-cu ildə “Bank Respublika”nın xalis faiz mənfəəti 41 milyon manat olub 09:53 | Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək 22:30 | Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq etdi: Bu restoranlara getməyin! 22:15 | Dəmir yolunda virusla bağlı tədbirlər gücləndirildi 21:40 | Bu tarixdən tələbələrin köçürülməsinə başlanılır 21:39 | Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu 21:20 | DYP sürücülərə qarşı “karusel” əməliyyatının səbəbini açıqladı - RƏSMİ 21:00 | Elxan Məmmədov: "Futbolçu qəlyan çəkməməlidir" 17:20 | Ard-arda ölümlər baş verən Ağciyər İnstitutu - Xəstələrə verilən bərbad yeməklər, kəskin qoxulu palatalar... 17:07 | Polkovnik: Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına xidmət edir 16:51 | Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü. 16:45 | Süleymaninin öldürülməsi əməliyyatına rəhbərlik etmiş yüksək rütbəli ABŞ zabiti qətlə yetirildi