Qaynarxətt: (+99470) 997 11 77
Xüsusi reportajlar
Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü.
Respublika Veteranlar Təşkilatında
ARİF SƏLIMOVUN QIZI ZƏHRA BALANIN AD GÜNÜNDƏ BİZDƏ QONAĞ OLDUĞ.AD GÜNÜNDƏN İSTİ GÖRÜNTÜLƏRI XEBEREKSPRESS.AZ SAYTINDA SİZDƏ İZLƏYİN
Ağstafada baxça Müdürəsi  jurnalistə hücum etdi - Video
Məmmədov Qara Məhərrəm oğlu  Zəngilan - Qubadlı sakinləri ilə görüşlər keçirmişdir.
Şuşa Dövlət Musiqili Dram Teatrinda Azərbaycan Rəssamlar İB-nin üzvləri Elnurə və Aygun bacılarının təşəbbüsü ilə 20 YANVAR faciəsinə həsr olunmuş tədbir keçirildi.
Sumqayıtda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AYB-nin ” NATƏVAN” klubunda istedadlı şairə Zəkiyyə Elruh Pənahovanın “YARITORPAQ İNSAN” adlı kitabının təqdimatı keçirildi
Əziz və dəyərli Azərbaycan xalqı. Dostluğumda olan hər bir dost bir ananın səsinə səs verib dəstək olsun. Çox xahiş edirəm paylaşın ki, tez bir zamanda kömək edək. Bir gün siqaret, kontur istifadə etməyək. Həmin məbləğı hesaba köçürək.
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  “Gövhəri - laməkan” adlı  sərgi-tədbir keçirildi.
Prezdentin Sərəncamina Baxmayan FHN nin vətəndaşa biganəliyi
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
9-12-2019, 12:15 Oxunub: 29

Seçkiyə qatılacaq partiya sədrləri: - Deputat olmaq istəyənlərin SİYAHISI

Seçkiyə qatılacaq partiya sədrləri: - Deputat olmaq istəyənlərin SİYAHISI
 
Növbədənkənar parlament seçkilərinin vaxtı bəlli olduqdan sonra siyasi partiyalar mövqeylərini qətiləşdirməyə başlayıb.

Milli Məclisə növbədənkənar seçki 2020-ci ilin 9 fevralına təyin olunub. Seçkilərə qatılacaq partiya sədrləri də müəyyən qədər bəllidir.

Cebhe.info xəbər verir ki, seçkilərdə namizəd olacağını açıqlayan partiya sədrlərindən birincisi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayevdir. R.Nurullayev seçkilərdə iştirak edəcəyini hələ seçkilərin dəqiq vaxtı bəlli olmadan elan edib.

AXCP sədri 2016-ci il prezident seçkisində də namizəd olub.

Ümid Partiyasının sədri İqbal Ağazadə də namizəd olacaq. "Ümid” seçkilərdə iştirakla bağlı yekun qərar verib və açıqlamaya görə, 70-dən çox namizədlə qatılacaq.

ReAL seçkinin tərəfdarları kimi daha əvvəldən mövqe ortaya qoyub. Ancaq sədr İlqar Məmmədovun seçkiyə namizəd kimi qatılmayacağı deyilir, çünki məhkumluğu var.

AĞ Partiya sədri Tural Abbaslının da seçkidə iştirak edəcəyi bəllidir. Tural Abbaslı 2015-ci ildə keçirilən parlament seçkilərində də namizəd kimi iştirak edib.

Müsavat Partiyası da artıq seçki qərarını verib. Lakin hələlik Arif Hacılı şəxsən namizəd olub-olmayacağını açıqlamayıb. Müsavatın sabiq başqanı İsa Qəmbər isə seçkilərdə iştirakın tərəfdarı olduğunu daha əvvəldən bildirib.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də seçkilərə qatılacaq. Ə.Əliyev seçkilərə hələ elan olunmamışdan qabaq hazırlaşan və daim açıqlamalarında növbədənkənar parlament seçkilərin keçiriləcəyini deyən siyasətçilərdəndir.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı da parlament seçkilərində namizəd kimi iştirak edəcək. VHP sədri bununla bağlı özü açıqlama verib. Qeyd edək ki, Sabir Rüstəmxanlı 2015-ci ildə keçirilən seçkilərdə namizəd olmamışdı.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu özü ilə bağlı yekun qərar verməsə də, seçkilərdə iştirakın tərəfdarıdır. Bugünlərdə S.Cəlaloğlunun da seçkilərdə iştirakını rəsmən elan edəcəyi gözlənilir. ADP sədri 2016-cı prezident seçkilərində namizəd olub.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) da seçkilərdə iştirak edəcəyi qətidir. AMİP Siyasi Şurasının üzvü Əli Orucov Cebhe.info-ya açıqlamasında seçkidə iştirak edəcəyini açıqlayıb.

Parlament partiyaları olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın da namizəd olacağı bəllidir.

Qeyd edək ki, 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərin irəli sürülməsi prosesi artıq başlayıb. Seçki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, birmandatlı seçki dairələri üzrə namizədlər bu seçkilərin təyin edilməsi haqqında sərəncam rəsmi dərc olunduqdan sonra irəli sürülür. Sərəncam isə 6 dekabrda dərc olunub. Deputatlığa iddiaçılar imza vərəqələrini götürmək üçün sənədlərini təqdim edə bilərlər. Namizədliyin qeydə alınması üçün ən azı 450 seçici imzası toplanmalıdır. Mərkəzi Seçki Komissiyası isə "Azərbaycan Respublikasında 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edib. Təqvim Planına görə, növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.

XƏBƏR LENTİ
15:11 | Əli Əsədovdan yeni TƏYİNATLAR 14:58 | Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac artıb 14:03 | Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumundakı iştirakının siyasi-iqtisadi əhəmiyyəti haqqında 13:30 | Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlandı - SİYAHI 13:09 | İrəvanda atışma olub 12:34 | Bütün Azərbaycan bu polis leytenantından danışır - Görün nə etdi... / FOTO 11:45 | “TAP Cənub-Şərqi Avropa ölkələri üçün mühüm əhəmiyyət daşıyır” 11:22 | Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır 11:03 | Alimlər açıqladı: Çini daha bir bəla gözləyir 10:45 | Türkiyədəki dəhşətli zəlzələlər Azərbaycanda gözlənilir? - Bu zonalarda təhlükə var 10:13 | 2019-cu ildə “Bank Respublika”nın xalis faiz mənfəəti 41 milyon manat olub 09:53 | Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək 22:30 | Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq etdi: Bu restoranlara getməyin! 22:15 | Dəmir yolunda virusla bağlı tədbirlər gücləndirildi 21:40 | Bu tarixdən tələbələrin köçürülməsinə başlanılır 21:39 | Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu 21:20 | DYP sürücülərə qarşı “karusel” əməliyyatının səbəbini açıqladı - RƏSMİ 21:00 | Elxan Məmmədov: "Futbolçu qəlyan çəkməməlidir" 17:20 | Ard-arda ölümlər baş verən Ağciyər İnstitutu - Xəstələrə verilən bərbad yeməklər, kəskin qoxulu palatalar... 17:07 | Polkovnik: Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına xidmət edir 16:51 | Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü. 16:45 | Süleymaninin öldürülməsi əməliyyatına rəhbərlik etmiş yüksək rütbəli ABŞ zabiti qətlə yetirildi