Qaynarxətt: (+99470) 997 11 77
Xüsusi reportajlar
Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü.
Respublika Veteranlar Təşkilatında
ARİF SƏLIMOVUN QIZI ZƏHRA BALANIN AD GÜNÜNDƏ BİZDƏ QONAĞ OLDUĞ.AD GÜNÜNDƏN İSTİ GÖRÜNTÜLƏRI XEBEREKSPRESS.AZ SAYTINDA SİZDƏ İZLƏYİN
Ağstafada baxça Müdürəsi  jurnalistə hücum etdi - Video
Məmmədov Qara Məhərrəm oğlu  Zəngilan - Qubadlı sakinləri ilə görüşlər keçirmişdir.
Şuşa Dövlət Musiqili Dram Teatrinda Azərbaycan Rəssamlar İB-nin üzvləri Elnurə və Aygun bacılarının təşəbbüsü ilə 20 YANVAR faciəsinə həsr olunmuş tədbir keçirildi.
Sumqayıtda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AYB-nin ” NATƏVAN” klubunda istedadlı şairə Zəkiyyə Elruh Pənahovanın “YARITORPAQ İNSAN” adlı kitabının təqdimatı keçirildi
Əziz və dəyərli Azərbaycan xalqı. Dostluğumda olan hər bir dost bir ananın səsinə səs verib dəstək olsun. Çox xahiş edirəm paylaşın ki, tez bir zamanda kömək edək. Bir gün siqaret, kontur istifadə etməyək. Həmin məbləğı hesaba köçürək.
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  “Gövhəri - laməkan” adlı  sərgi-tədbir keçirildi.
Prezdentin Sərəncamina Baxmayan FHN nin vətəndaşa biganəliyi
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
9-12-2019, 11:22 Oxunub: 39

2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat... - GƏLİŞMƏ

2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat... - GƏLİŞMƏ
 
2020-ci ilin gəlişinə sayılı günlər qaldığı ərəfədə dünyanın bir çox beynəlxalq iqtisadi təşkilatları, reytinq agentlikləri növbəti ildə neftin qiyməti və dolların dünya valyuta bazarında mövqeyi ilə bağlı proqnozlarını açıqlayıblar. Proqnozlar arasında ziddiyyət təşkil edənlər də var. Məsələn, ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi 2020-ci il üçün "Brent” markalı neftin orta qiymət proqnozu 60,01 dollar/barel olaraq müəyyən edilib.

WTI" markalı neftin isə 2020-ci il üçün proqnozlaşdırılan orta qiyməti 54,06 dollar ehtimal edilir. EIA hesab edir ki, 2020-ci ildə neftin qiyməti 2019-cu ilə nisbətən daha aşağı olacaq.

"Fitch” beynəlxalq reytinq agentliyi isə 2020-ci ildə Brent və WTI markalı neft üzrə qiymətlərin müvafiq olaraq 62,5 dollar və 57,5 dollar, 2021-ci ildə isə 60 dollar və 55 dollar olacağı proqnozlaşdırılır.

Danimarkanın "Saxo Bank” investisiya bankı da 2020-ci ilin proqnozlarını açıqlayıb. Hər ilin dekabrında açıqlanan proqnozlar adətən "şokedici”, "təəccüblü” və s. kimi xarakterizə olunur. Proqnozlara görə, neftin 1 bareli 90 dollara çatacaq və gələn il neft istehsalçıları üçün uğurlu olacaq. Buna səbəb ABŞ-da şift qazının çıxarılması prosesinin ləngiməsi, bundan istifadə edən Rusiya və OPEK-in hasilatı bir qədər də azalması olacaq.

"Saxo Bank”ın dollar proqnozlarına gəlincə, Asiya ölkələri dollardan imtina edərək, öz rezerv valyutalarını buraxacaq. Dollardan silah kimi istifadə olunmasının qarşısını almaq, ticarət müharibələri təhlükəsindən yayınmaq üçün Asiya İnvestisiya İnfrastukturları Bankı yeni valyuta - Asian Drawing Right (ADR) valyutasını dövriyyə buraxacaq. Bu valyutanın 1 vahidi 2 dollara bərabər olacaq. Dollarlaşmadan imtina ABŞ valyutasının bir neçə ayda 20% dəyər itirməsi ilə nəticələnəcək.

Bəs görəsən, neft və dollar ətrafında baş verənlər Azərbaycan manatına necə təsir göstərəcək? 2020-ci ildə milli valyutamızı nə gözləyir?

2020-ci ildə qlobal bazarlarda baş verən dəyişikliklər və onların Azərbaycana valyutasına təsirlərindən danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, son vaxtlar neftin qiymətini proqnozlaşdırmaq və bunun həyata keçməsini gözləmək çətinləşib: "Çünki neft qiymətləri iqtisadi məsələlərdən xeyli uzaqlaşıb. Əvvəl iqtisadi faktorlar neftin qiymətinin formalaşmasında birinci dərəcəli rol oynayırdı. Tələb və təklif, dünyada neftin istehsalı, istehlakı , tələbat və sair neftin qiymətinin müəyyənləşməsində çox önəmli rol oynayırdı. Üç ilə yaxındır ki, dünyada belə bir tendensiya başladı ki, OPEK və OPEK-ə daxil olmayan ölkələrin sözlü müdaxilələri, verdikləri inzibati qərarlar neftin qiymətinə təsir etməyə başladı. Daha çox geosiyasi gərginlik, hərbi müdaxilələr, hibrid müharibələri, iqtisadi sanksiyalar neftin qiymətində əhəmiyyətli rol oynamağa başladı. Son zamanlar formalaşmış qiymət əslində iqtisadi kateqoriyalara görə müəyyənləşən qiymət deyil. Son bir neçə ayda neftin qiyməti təxminən 60-65 dollar ətrafında dəyişir”.

N.Cəfərlinin sözlərinə görə, son illərdə də ciddi dəyişiklik yoxdur və bu da dünyadakı geosiyasi gərginliyin artması fonunda baş verir: "İrana qarşı sanksiyaların sərtləşməsi və bu ölkənin neft bazarından kənarda qalması, Liviyada hələ də vətəndaş müharibəsinin getməsi də bu gərginliyi artırır. Liviyanın illik potensialı 1,8 milyon barel olsa da, indi cəmi 600-700 min barel neft hasil edə bilirlər. Venesuelaya da ciddi sanksiyalar tətbiq olunur, bu ölkənin neft hasilatı da təxminən 3 dəfə aşağı düşüb. Səudiyyə Ərəbistanı ilə Yəmən arasında hibrid müharibəsi gedir, neft obyektləri tez-tez dron hücumuna məruz qalır. Bütün bu amillər neftin qiymətinə ciddi təsir göstərir və qiymətləri yuxarı çəkir. İqtisadi amillər önə çıxsa, tələb və təklif qaydaları işləsəydi, indi neftin qiyməti 50 dollardan aşağı olmalı idi. Çünki dünyada neft hasilatı sürətlə artır, istehlak isə ildən-ilə azalır. 10 il öncə belə bir proqnoz var idi ki, 2020-ci ildə gündəlik neft istehlakı 115-120 milyon barel olacaq. Bu gün isə gündəlik neft istehlakı 100 milyon barelə hələ çatmayıb. İstehlak azalır, elektrik enerjisi hasilatında bərpa olunan enerjiyə üstünlük verilir, avtomobil sənayesi kökündən dəyişir. Cəmi 10 il öncə dünyada olan avtomobillərin 0,3 faizi elektriklə çalışırdısa bu gün 10 faizə çatıb, 2025-ci ildə 50 faizə çatması gözlənilir. Bu da ciddi sıçrayışla baş verən artımdır və neft istehlakı da azalır. Gələn il də neft bazarında əsas həlledici məqam siyasi gərginliklərin olub-olmasıdır. Gələn il artıq OPEK və OPEK-ə daxil olmayan ölkələrin sözlü müdaxilə ilə neftin qiymətinə təsir imkanı olmayacaq”.

İqtisadçı ekspert vurğuladı ki, bütün bunların Azərbaycan iqtisadiyyatına və manatın məzənnəsinə də təsiri olacaq: "Azərbaycan iqtisadiyyatı kəskin şəkildə neftdən asılıdır. 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Neftin qiyməti gələn il təqribən 55 dollar civarında olacaqsa, manata təzyiqləri neytrallaşdırmaq mümkün olacaq. 55 dollardan aşağı olarsa, manata basqılar sürətlə artacaq. Çünki tədiyyə balansında mənfi saldo yaranması ehtimalı var. Bundan sonra da manatın məzənnəsində dəyişikliklərin olması ehtimalı güclüdür. Ancaq bir siyasi amil də odur ki, gələn il parlament seçkiləri olacaq. Parlament seçkilərinə qədər nə manatın məzənnəsində, nə də kommunal xidmətlərin qiymətlərində böyük ehtimalla heç bir artım olmayacaq. Seçkilərə köklənmiş bir ölkədə hökumət mənfi qəbul olunan, sosial gərginlik yaradan addımların atılmasından qaçacaq”.

2020-ci ildə dolların taleyinə gəlincə, iqtisadçı vurğuladı ki, hazırda dünyada ticarət müharibələri ilə yanaşı valyuta müharibələri də gedir: "Ciddi istehsal və ixrac potensialı olan hər bir ölkə öz milli valyutasının ucuzlaşmasında maraqlıdır. Uzun zamandır Çin bu yolu tutmuşdu və süni şəkildə yuanın məzənnəsini aşağı salmağa çalışırdı ki, daha çox ixracatda üstünlük qazanmağa başlasın. Son zamanlar Amerika ilə Çin arasında ticarət və valyuta müharibələrinin artmasının səbəbi də bu idi. Amerika da çalışır ki, dollar çox möhkəmlənməsin. Ona görə də Federal Rezerv Sistemi son 1 ildə heç kimin gözləmədiyi şəkildə 3 dəfə faizin azaldılmasına qərar verdi. FED uçot dərəcələrinin azaldılması yolu ilə dolların çox möhkəmlənməsinin qarşısını almağa çalışır. Gələn il də FED bu praktikanı davam etdirəcək. Ağ Ev adminstrasiyasının, Trampın özünün də istəkləri bu yöndədir. Ona görə də, hələn il bütün ölkələr çalışacaqlar ki, milli valyutaları həddindən artıq dəyərsizləşsin, zəifləsin. Ancaq bunun da müəyyən həddi var. Nə qədər çalışsalar da ABŞ dolları hələ də dünyanın ən nüfuzlu valyutasıdır, məzənnəsi ciddi şəkildə izlənildiyinə görə, dünyada dolların kəskin şəkildə ucuzlaşmasını gözləmək də əbəsdir. Amerikanın rəqibi olan Avropa Birliyi də eyni addımı atır, avronun güclənməsinin qarşısını alır. Yaponiya da, Çin də bənzər addımlar atır. Bu qarşılıqlı valyuta müharibələri gələn il məzənnənin kəskin şəkildə dəyişəcəyini deməyə əsas vermir. Çox güman ki, bu il gördüyümüz trendin gələn il də davam edəcəyinin şahidi olacağıq. Dollar-avro məzənnəsi aylardır eyni səviyyədədir, 1 avro 1 dollar 10 sentə bərabərdir. Gələnilin birinci yarısında dolların dünyada məzənnəsinin elə bir həddə qalacağı ehtimalı çox yüksəkdir”.
"Yeni Müsavat”

XƏBƏR LENTİ
14:03 | Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumundakı iştirakının siyasi-iqtisadi əhəmiyyəti haqqında 13:30 | Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlandı - SİYAHI 13:09 | İrəvanda atışma olub 12:34 | Bütün Azərbaycan bu polis leytenantından danışır - Görün nə etdi... / FOTO 11:45 | “TAP Cənub-Şərqi Avropa ölkələri üçün mühüm əhəmiyyət daşıyır” 11:22 | Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır 11:03 | Alimlər açıqladı: Çini daha bir bəla gözləyir 10:45 | Türkiyədəki dəhşətli zəlzələlər Azərbaycanda gözlənilir? - Bu zonalarda təhlükə var 10:13 | 2019-cu ildə “Bank Respublika”nın xalis faiz mənfəəti 41 milyon manat olub 09:53 | Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək 22:30 | Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq etdi: Bu restoranlara getməyin! 22:15 | Dəmir yolunda virusla bağlı tədbirlər gücləndirildi 21:40 | Bu tarixdən tələbələrin köçürülməsinə başlanılır 21:39 | Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu 21:20 | DYP sürücülərə qarşı “karusel” əməliyyatının səbəbini açıqladı - RƏSMİ 21:00 | Elxan Məmmədov: "Futbolçu qəlyan çəkməməlidir" 17:20 | Ard-arda ölümlər baş verən Ağciyər İnstitutu - Xəstələrə verilən bərbad yeməklər, kəskin qoxulu palatalar... 17:07 | Polkovnik: Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına xidmət edir 16:51 | Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü. 16:45 | Süleymaninin öldürülməsi əməliyyatına rəhbərlik etmiş yüksək rütbəli ABŞ zabiti qətlə yetirildi 16:29 | İlham Əliyev koronavirusla bağlı tapşırıq verdi 16:15 | Mübariz Mənsimov 150 tələbəyə təqaüd verəcək